Nikolay Popov Haqqinda Melumat - Vikipedia

Nikolay Popov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nikolay Fyodoroviç Popov (d. 1905, Rusiya – ö. 1945, Polşa) — Sovet İttifaqı Qəhrəmanı (29 iyun 1945).

Nikolay Popov
rus. Николай Фёдорович Попов
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tambovka, Samara vilayəti, Rusiya
Vəfat tarixi (39 yaşında)
Vəfat yeri Polşa
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rus
Qoşun növü piyada
Rütbəsi Kiçik leytenant
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Həyatı redaktə

Nikolay Popov 1905-ci ildə Rusiyanın Samara vilayətinin Puqaçov rayonunun Tambovka kəndində anadan olub. Milliyətcə rusdur. Müharibədən əvvəl Bakı şəhərində yaşamış, neft mədənlərində işləmişdir. 1941-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kiçik leytenant idi. 2-ci zərbə ordusunun 340-cı atıcı alayının taqım komandiri. Donbas, Qafqaz, Ukrayna, Belarus torpaqlarında bir çox döyüş əməliyyatlarında iştirak etmişdir[1].

26 yanvar 1945-ci ildə Polşanın Visla şəhəri yaxınlığında həlak olmuşdur[1].

29 iyun 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeniQırmızı Ulduz medalı ilə təltif edilmişdir[1].

İstinadlar redaktə

  1. 1 2 3 Azərbaycan Respublikası Xatirə Kitabı, XII cild. Bakı: Respublika Xatirə Kitabı redaksiyası. 2012. səh. səh.251. ISBN A-49.

Ədəbiyyat redaktə

  • Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2
  • Золотые Звёзды Азербайджана. Баку, 1975.

Xarici keçidlər redaktə


Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024