Nikolay Tixonov (şair) Haqqinda Melumat - Vikipedia

Nikolay Tixonov (şair) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nikolay Tixonov (şair)

rus şairi

Nikolay Semyonoviç Tixonov (22 noyabr (4 dekabr) 1896[1][2][…], Sankt-Peterburq[2]8 fevral 1979[1][3][…], Moskva[2]) ― rus yazıçısı, tərcüməçi, siyasətçi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1966).

Nikolay Tixonov
rus. Николай Семёнович Тихонов
Doğum tarixi 22 noyabr (4 dekabr) 1896[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 fevral 1979(1979-02-08)[1][3][…] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti yazıçı, şair, tərcüməçi, siyasətçi
Fəaliyyət illəri 1918-ci ildən
Əsərlərinin dili rus dili
İstiqamət sosialist realizmi
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Leninqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
1-ci dərəcəli "Stalin" mükafatı 1-ci dərəcəli "Stalin" mükafatı 1-ci dərəcəli "Stalin" mükafatı Azərbaycan SSR xalq şairi "Lenin" mükafatı Lenin sülh mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Nikolay Tixonov 1896-cı il dekabr ayının 4-də (bəzi mənbələrdə bu tarix 22 noyabr olaraq göstərilir) Sankt-Peterburq şəhərində anadan olmuşdur. O, ilk əvvəl ibtidai şəhər məktəbində, sonra isə ticarət məktəbində təhsil almışdır. Nikolay Tixonov aztəminatlı ailənin övladı idi. Ailəsinə kömək etmək məqsədilə 1911-ci ildə təhsilini yarımçıq qoymuş və Baş Dəniz İqtisadiyyat İdarəsinin katibi vəzifəsində çalışmışdır.[4]

Ədib 1914–1918-ci illər Birinci Dünya müharibəsi, 1918–1920-ci illər Rusiyada Vətən müharibəsi və 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmişdir.[4]

Nikolay Tixonov Sovet Sülhü Müdafiə Komitəsinin sədri, SSRİ Nazirlər Soveti yanında Ədəbiyyat, İncəsənət və Memarlıq Sahəsində LeninSSRİ Dövlət Mükafatları Komitəsinin sədri vəzifələrində çalışmışdır. Ümumdünya Sülh Şurasının üzvü olan Tixonov SSRİ Ali Sovetinin 2–9-cu çağırış deputatı və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.[4]

Nikolay Tixonov 8 fevral 1979-cu ildə Moskva şəhərində vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn olunmuşdur.[4]

Yaradıcılığı redaktə

Nikolay Tixonovun yaradıcılığının əsas mövzuları sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümüdür. Yazıçının əsərləri SSRİ xalqlarının dillərinə, habelə Azərbaycan və bir sıra xarici dillərə tərcümə olunmuşdur. Ədib Sankt-Peterburq şəhərində yerləşən Ermitaj muzeyində Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinin təşkilatçılarından biri olmuşdur. Dəfələrlə Azərbaycanda olmuş Nikolay Tixonov Azərbaycan haqqında bir sıra şeirlər yazmışdır. O, eyni zamanda Azərbaycan ədəbiyyatı və ədibləri haqqında məqalə və xatirələr qələmə almışdır. Habelə Azərbaycan ədəbiyyatından rus dilinə tərcümələr etmişdir.[4]

Əsərləri redaktə

  • "Sami" (1920)
  • "Üz-üzə" (1934)
  • "Güruh" və "Braqa" (1922)
  • "Dost ölkəsi" (1936)
  • "İki axın" (1951)
  • "Sülh tərəfdarları ikinci dünya konqresində" (1953)
  • "Ağ möcüzə" (1956)
  • "Yaşıl zülmət" (1966)
  • "Altı sütun" (1968)[4]

Mükafatları redaktə

Nikolay Tixnov müxtəlif illərdə üç dəfə "Lenin" ordeninə layiq görülmüşdür. O, eyni zamanda Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Beynəlxalq mükafatlar laureatı olmuşdur. 1974-cü ildə "Azərbaycan SSR xalq şairi" fəxri adı ilə təltif olunmuşdur.[4]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 ТИХОНОВ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  3. 3,0 3,1 Nikolay Semyonovich Tikhonov // Encyclopædia Britannica (ing.).
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 4,6 Nikolay Tixonov (PDF). Bakı: "Zərdabi" nəşriyyat. 2020. səh. 460. ISBN 978 9952 542 04 2.

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023