Nina Dobrev Haqqinda Melumat - Vikipedia

Nina Dobrev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nina Dobrev (bol. Нина Константинова Добрева; 9.1.1989[5]) —bolqar mənşəli Kanada aktrisası.

Nina Dobrev
Nina Konstantinova Dobreva
Doğum adı Nikolina Kamenova
Doğum tarixi 9 yanvar 1989(1989-01-09)[1] (35 yaş)
Doğum yeri Sofiya, Bolqarıstan
Vətəndaşlığı Kanada Kanada
Partnyorları
Fəaliyyəti Aktrisa
Fəaliyyət illəri 2006 - bu günlər
Təhsili
Boyu 170 sm[3][4]
IMDb ID2400045
lnk.bio/ninadobrev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aktrisanın debütü Degrassi: The Next Generation serialında tənha gənc ana rolu Mia Cons (Mia Jones) ilə olmuşdur. Lakin aktrisa The CW telekanalının dram janrında lentə aldığı "Vampirin gündəlikləri" teleserialından sonra dünya şöhrəti qazanmışdır.

Həyatı redaktə

Dobrev Bolqarıstanın paytaxtı Sofiya şəhərində doğulub. İki yaşında ikən o, ailəsi ilə birgə sonradan məşhurluq qazandığı Kanadanın Ontario vilayətinin Toronto şəhərinə köçüb. Onun anası rəssam, atası isə bilgisayar mütəxxəsisidir. Onun Aleksandr adlı mühəndis təhsili alan böyük qardaşı var.[6] Aktrisa Ontarioda J. B. Tyrrell Sr. Ümumi məktəbində və "Wexford Collegiate School for the Arts in Scarborough"da təhsil alıb. Nina kiçik yaşlarından incəsənətə böyük maraq göstərərək rəqs, gimnastika, teatr, musiqi və oyunçuluqla məşğul olub. Dobrev həmçinin onun böyük istedadının aşkarlandığı Torontodakı Dean Armstrong Acting məktəbində də təhsil alıb.

Kariyerası redaktə

Fəaliyyətinə model kimi başlayan Nina Dobrev tezliklə film industriyasına cəlb olunmuş, Fugitive Pieces, Away from Her, Never Cry Werewolf filmlərində və Degrassi: The Next Generation serialında kiçik rollar canlandırmışdır. O, eyni zamanda MTV telekanalında The American Mall filmində də rol almışdır. Aktrisa daha çox The CW telekanalının ekranlaaşdırdığı "Vampirin gündəlikləri" teleserialında canlandırdığı iki vampir qardaşın sevdiyi gözəl qadın Yelena Gilbertin və Vətəndaş müharibəsi zamanında ABŞ-də yaşamış və xarici görünüşcə tamamilə Yelena Gilbertlə eyni olan vampir qadın (həmin qadın Yelenanı sevən iki vampir qardaşı dişləyərək vampirə çevirir) Ketrin Piersin (Katherine Pierce) rolunu canlandırmışdır.

Aktrisa həmçinin Sony Pictures Classics tərəfindən çəkilmiş və 26 mart 2010-cu ildə ekranlara çıxan Chloe erotik trillerində də kiçik bir rol almışdır. Film ABŞ-də ilk nümayişlərindən $3 milyon gəlir gətirərək 2010-cu ilin ən uğurlu filmlərindən biri olmuşdur.[7]

Nina Dobrev həmçinin 2010-cu ilin avqustunda keçirilən 62-ci Primetime Emmy Awardsda da iştirak etmişdir.

Şəxsi həyatı redaktə

Nina Dobrev ingilis, fransız, bolqar dillərini bilir[8]. Vampirin gündəlikləri teleserialında çəkilərkən, Dobrev, Atlantada yaşayırdı . Lakin 2015-ci ildə serialı bitirdikdən sonra Los-Ancelesə köçmüşdür.[9]

Filmoqrafiyası redaktə

Çəkildiyi filmlər və qatıldığı telelayihələr
İl Film Rol Qeydlər
2006 Repo! The Genetic Opera Teenage Zytrate Addict
2006 Away from Her Monica
2006 Playing House Shania
2006–2009 Degrassi: The Next Generation Mia Jones 2006–2009 (44 seriyada)
2007 The Poet Rachel
2007 Fugitive Pieces Bella
2007 My Daughter's Secret Justine
2007 Too Young to Marry Jessica
2008 Mookies Law Rosebella Qısametrajlı film
2008 The American Mall Ally Shepherd
2008 Never Cry Werewolf Loren Hansett
2008 The Border Maia Epizodlar: "Articles of Faith" və "Blowback"
2009 Chloe Anna
2009 Degrassi Goes Hollywood Mia Jones
2009 Eleventh Hour Grace Dahl Seriyalar: "Eternal"
2009 Merry Madagascar Cupid the Reindeer Səsləndirmə
2009–indiyə qədər Vampirin gündəlikləri Elena Gilbert/Katherine Pierce Baş rolda
2011 Deathgames Post-production

Mükafat və nominasiyalar redaktə

İl Mükafat Kateqoriya Film Nəticə
2010 Teen Choice Awards Choice TV Breakout Star – Female Vampirin gündəlikləri Qazandı
2010 Teen Choice Awards Choice TV Actress – Fantasy/Sci-Fi Vampirin gündəlikləri Qazandı
2010 J-14 Teen Icon Awards Iconic TV Actress Vampirin gündəlikləri Namizəd
2010 Young Hollywood Awards Making Their Mark Vampirin gündəlikləri Qazandı
2010 Young Hollywood Awards Cast To Watch (with Paul Wesley and Ian Somerhalder) Vampirin gündəlikləri Qazandı
2011 Teen Choice Awards Choice TV Actress – Fantasy/Sci-Fi Vampirin gündəlikləri Qazandı
2011 Teen Choice Awards Choice Hottie – Female Vampirin gündəlikləri Namizəd
2011 Teen Choice Awards Choice Vampire Vampirin gündəlikləri Namizəd
2012 People's Choice Awards Favorite TV Drama Actress Vampirin gündəlikləri Qazandı
2012 Teen Choice Awards Choice TV Actress – Fantasy/Sci-Fi Vampirin gündəlikləri Qazandı
2012 San Diego Film Critics Society Award Best Ensemble Performance The Perks of Being a Wallflower Qazandı
2012 J-14 Teen Icon Awards Iconic TV Actress Vampirin gündəlikləri Gözlənilir
2013 People's Choice Awards Favorite Dramatic TV Actress Vampirin gündəlikləri Namizəd
2013 Teen Choice Awards Actress Fantasy/Sci-fi Vampirin gündəlikləri Qazandı

Televiziya redaktə

  • Playing House — (2006)
  • Degrassi: The Next Generation — (2006–2009)
  • My Daughter's Secret — (2007)
  • Too Young to Marry — (2007)
  • The Border — (2008)
  • Never Cry Werewolf — (2008)
  • The American Mall — (2008)

İstinadlar redaktə

  1. Deutsche Nationalbibliothek Record #101852312X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 https://people.com/tv/ian-somerhalder-nina-dobrev-relationship-timeline/.
  3. https://www.imdb.com/name/nm2400045/bio/.
  4. https://www.celebheights.com/s/Nina-Dobrev-4226.html.
  5. "Arxivlənmiş surət". 2011-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-28.
  6. http://www.nugget.ca/ArticleDisplay.aspx?e=2126336[ölü keçid]
  7. "Arxivlənmiş surət". 2010-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-28.
  8. "Arxivlənmiş surət". 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  9. "Arxivlənmiş surət". 2017-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024