Nino Rota Haqqinda Melumat - Vikipedia

Nino Rota Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Covanni Rota Rinaldi (Nino Rota) (it. Nino Rota; 3 dekabr 1911[1], Milan[5][1]10 aprel 1979[2][3][…], Roma[1]) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi.

Nino Rota
it. Nino Rota
Ümumi məlumatlar
Doğum adı Giovanni Rota Rinaldi[4]
Doğum tarixi 3 dekabr 1911(1911-12-03)[1]
Doğum yeri
Vəfat tarixi 10 aprel 1979(1979-04-10)[2][3][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi koronar tromboz[d]
Dəfn yeri
  • Kampo Verano[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, müəllim, pianoçu, aktyor, ssenarist, film bəstəkarı, mühazirəçi, musiqiçi
Janrlar opera[6], simfoniya, XX əsr klassik musiqisi[d], klassik musiqi
Musiqi aləti piano
Təhsili
  • Körtis Musiqi İnstitutu[d],
  • Milan Konservatoriyası[d],
  • Müqəddəs Çeçiliya Milli Akademiyası[d]
Mükafatları Academy Award for Best Original Dramatic Score
ninorota.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə MilandaParisdə səsləndirilmişdi.

1930–1932-ci illərdə o, ABŞ-də yaşamışdır[7]. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır. 1950-ci ildən ömrünün sonuna kimi (1979) Bari konservatoriyasının direktoru vəzifəsində çalışmışdır.

Nino Rota bir sıra operabaletlərin, o cümlədən, "Ariodante" (1942), "Torquemada" (1943), "I due timidi" (1950), "Il capello di paglia di Firenze" (1955), "La notte di un nevrastenico" (1959–1960), "Aladino e la lampada magica" (1968), "La visita meravigliosa" (1970), "Napoli milionaria" (1977) kimi operaların və "La rappresentazione di Adamo ed Eva" (1957), "La Strada" (1965), "Aci e Galatea" (1971), "Le Molière imaginaire" (1976) və "Amor di poeta" (1978, xüsusi olaraq Moris Bejar üçün yazılmışdır) kimi baletlərin müəllifi olmuşdur. Bundan başqa, bəstəkar bütün dünya musiqisevərlərinin rəğbətini qazanmış orkestr üçün musiqilər də yazmışdır.

1940-cı illərdən başlayaraq Nino Rota müxtəlif kinofilmlərə də musiqi bəstələmişdir. O, Federiko Fellini, Renato Kastelliani, Lukino Viskonti, Franko Zeffirelli, Mario Moniçelli, Frensis Ford Koppola kimi kino rejissorları ilə çalışmışdı. 1974-cü ildə Nino Rota "Xaç atası 2" filminə yazdığı musiqiyə görə ən yaxşı musiqi nominasiyasında nüfuzlu "Oskar" mükafatına layiq görülmüşdür.

Nino Rota 10 aprel 1979-cu ildə Romada vəfat etmişdir.

Filmoqrafiya redaktə

  1. Roma günəşi altında (film, 1948) / Sotto il sole di Roma
  2. Büllur dağ (film, 1949) / The Glass Mountain
  3. Qarabasma (film, 1949) / Obsession
  4. Kapri piratları (film, 1949) / Pirates of Capri
  5. Anna (film, 1951) / Anna
  6. Ağ şeyx (film, 1952) / Lo Sciecco Bianco
  7. Böyük arzu (film, 1954) / La Grande speranza
  8. Yol (film, 1954) / La Strada
  9. Fırıldaqçılar (film, 1955) / Il Bidone
  10. Müharibə və sülh (film, 1956) / War & Peace
  11. Bəyaz gecələr (film, 1957) / Le Notti bianche
  12. Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria
  13. Qanun qanundur (film, 1958) / La Loi C'Est La Loi…
  14. Fortunella (film, 1958) / Fortunella
  15. Böyük müharibə (film, 1959) / La Grande Guerra
  16. Şirin həyat (film, 1960) / La Dolce Vita
  17. Rokko və onun qardaşları (film, 1960) / Rocco e i Suoi Fratelli
  18. Bokaçço-70 (film, 1962) / Boccaccio '70
  19. Bəbir (film, 1963) / Il Gattopardo
  20. Səkkiz yarım (film, 1963) / 8 ½
  21. İnadkarın ram edilməsi (film, 1967) / The Taming Of The Shrew
  22. Romeo və Cülyetta (film, 1968) / Romeo and Juliet
  23. Klounlar (film, 1970) / I Clowns
  24. Vaterloo (film, 1970) / Waterloo
  25. Roma (film, 1972) / Roma
  26. Xaç atası (film, 1972) / The Godfather
  27. Amarkord (film, 1973) / Amarcord
  28. Xaç atası 2 (film, 1974) / The Godfather Part II
  29. Orkestrin məşqi (film, 1978) / Prova d’orchestra
  30. Nildə ölüm (film, 1978) / Death on the Nile
  31. Tufan (film, 1979) / Hurricane
  32. Xaç atası 3 (film, 1990) / The Godfather Part III

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 Archivio Storico Ricordi. 1808.
  2. 2,0 2,1 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 3,0 3,1 Nino Rota // Encyclopædia Britannica (ing.).
  4. (unspecified title). Rivista del Cinematografo.
  5. 5,0 5,1 http://www.nytimes.com/2000/03/29/style/29iht-hat.t.html.
  6. http://www.allmusic.com/artist/nino-rota-mn0000416785/biography.
  7. "The Nino Rota Catalogue". 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023