Niyazi Aslanov Haqqinda Melumat - Vikipedia

Niyazi Aslanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Niyazi Aslanov (25 dekabr 1960, Tap Qaraqoyunlu, Qasım İsmayılov rayonu4 may 1992, Tap Qaraqoyunlu, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Niyazi Aslanov
Niyazi Şərəfxan oğlu Aslanov
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1960(1960-12-25)
Doğum yeri
Vəfat tarixi 4 may 1992(1992-05-04) (31 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.

Döyüşlərdə iştirakı redaktə

Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarırdı. Onlar iki tank tapırlar, onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur.[1]

Ailəsi redaktə

Ailəli idi, iki oğlu həyatda yadigar qalıb.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir. Kənddəki

kənd ora məktəbi onun adını da.şıyır

Ədəbiyyat redaktə

İstinadlar redaktə

  1. Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024