Nizami Məmmədov (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia

Nizami Məmmədov (milli qəhrəman) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nizami Məmmədov (milli qəhrəman)

Nizami Məmmədov (12 yanvar 1958, Stepanakert29 mart 1992, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Nizami Məmmədov
Nizami Murad oğlu Məmmədov
Doğum tarixi 12 yanvar 1958(1958-01-12)
Doğum yeri
Vəfat tarixi 29 mart 1992(1992-03-29) (34 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı üç oğlu var
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları "Qızıl Ulduz" medalı

Həyatı redaktə

12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edirdi. Polis zabiti Nizami daha sonra Şuşaya köçür və burada işini davam etdirir.

Döyüşlərdə iştirakı redaktə

Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş erməni basqınçılarına öz gücünü göstərmişdi. 1992-ci il 29 mart snayper gülləsi onun arzularla dolu qəlbini susdurdu. Vətənin cəsur övladı əbədiyyətə qovuşdu.

Ailəsi redaktə

Evli idi, üç oğlu yadigar qalıb.

Xatirəsi redaktə

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.

Həmçinin bax redaktə

Mənbə redaktə

İstinadlar redaktə


Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024