Nizami küçəsi (Bakı) Haqqinda Melumat - Vikipedia

Nizami küçəsi (Bakı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nizami küçəsi

(Nizami küçəsi (Bakı) səhifəsindən istiqamətləndirilmişdir)

Nizami küçəsi və ya TarqovıBakı şəhərinin Sabail rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan küçə.

Nizami küçəsi
Ümumi məlumatlar
Ölkə
Rayon Səbail
Uzunluğu 3,538 km
metro Sahil
Poçt indeksi 1001
2015-ci ildə buraxılmış Azərbaycan poçt markası

Öz başlanğıcını Abdulla Şaiq küçəsindən götürür və indiki Sabit Orucov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 3,538 km-dir. Küçə paytaxt Bakının mərkəzini kəsərək qərbdən şərqə doğru uzanır. Küçə demək olar ki, mərkəzi hissəsində piyadalar zonasına keçir. Küçənin bu kəsiyi sakinlər tərəfindən "Tarqovı" da adlandırılır. Fəvvarələr meydanından Rəşid Behbudov küçəsnə qədər olan hissəsi tam piyadaların ixtiyarında olub, bütün növ nəqliyyat vasitələri üçün bağlıdır. Küçədə hərəkət bir tərəflidir.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 219 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024