Norveç dənizi Haqqinda Melumat - Vikipedia

Norveç dənizi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Norveç dənizi (ing. Norwegian Sea) — Rus və sovet hidroqlafları rəyinə əsasən Şimal Buzlu okeanına daxil olan və onun qutaracağında yerləşir. Skandinaviya yarımadası, İslandiyaYan Mayen adaları arasında yerləşir.

Norveç dənizi
ing. Norwegian Sea
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 1,400000 km²
Həcmi 2.000.000 km³
Dərin yeri 3970 m
Orta dərinliyi 1600-1700 m
Duzluluğu 35 
Yerləşməsi
67°52′32″ şm. e. 1°03′17″ ş. u.
Ölkələr
Üst akvatoriyası
Yerləşməsi Şimali Avropa
Norveç dənizi xəritədə
Norveç dənizi
Norveç dənizi
Norveç dənizi (Norveç)
Norveç
dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dənizin mənsubluğu redaktə

 
Norveç dənizinin sərhədləri

Sovet və Rus biblioqrafları dənizi Şimal Buzlu okeanına daxil olaraq, sərhədi Qrenlandiya, İslandiya, Farer adaları, Şetland adalarıSkandinaviya yarımadası arasından keçir. Bu qənaətə əsasən, Norveç dənizi Şimal Buzlu okeanına daxildir. Qərb mənbələri isə Ümumdünya Hidroqrafiya Cəmiyyətinin qərarına əsasən dənizi Atlantik okeanına daxildir. Belə ki, onun sərhədi Qrenlandiya, İslandiya, Şpitsberqen və Medvejnıy adaları və Norveç sahilləri daxildir.[1]

Fiziki və Coğrafi xüsusiyyətləri redaktə

Sahəsi 1,4 milyon km², dərinliyi isə 3970 metr təşkil edir. Dənizin orta dərinliyi 1600–1700 m arasıdadır. Duzluğu 35 ‰ təşkil edir. Norveç dənizinə isti Qolfstrim cərəyanının bir qolu olan isti Norveç cərəyanı böyük təsir göstərir. Bu səbəbdən dəniz şimalda yerləşməsinə baxmayaraq qış ayları donmur. Dənizin Norveç sahilləri dayazdır və fiordlarla zəngindir. Sularında nisbətən iri adalar Sereya, Seylann, Anneya, Rinqvassey, Kvaleya və Senya adaları, kiçik adalara isə Kerterolen, Lofotenskie Denna, Veqa və Smela adaları daxildir.

Ehtiyatlar və Limanlar redaktə

Burada balıqçılıq və neftçıxarma sahələri inkişaf etmişdir. Əhəmiyyətli limanları əsasən Norveç sahillərindəki Tromse, Norvik və Tronxeym limanlarıdır.

Fauna və flora redaktə

Şimal dənizindənBarens dənizindən balıqlar kürü qoymaq tökmək üçün Norveç dənizinin sahillərinə axın edir.

Müxtəlif balina növlərinə rast gəlinir.

İstinadlar redaktə

  1. "Dünya okean və dənizlərinin sərhədi, Ümumdünya Hidroqrafiya Cəmiyyəti, 1953" (PDF). 2011-10-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-03-14.

Həmçinin bax redaktə


Saytda 167 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024