Nostratik dillər Haqqinda Melumat - Vikipedia

Nostratik dillər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nostratik dillər

Nostratik dillər, bu termini ilk dəfə 1903-cü ildə yazdığı Türkische Lautgesetze adlı məqaləsində danimarkalı dilçi Holger Pedersen işlətmişdir. Hind-Avropa dilləri ilə əlaqəli dillərin mövzu edildiyi bu məqalədə istifadə edilən nostratik termini Latın dilindəki "nostrates" (bizim ölkənin insanları) sözündən gəlməkdədir. Pedersenin bu fərziyyəsi SSRİ sahəsində inkişaf sahəsi tapmışdır. 1960-cı illərin əvvəllərində Sovet dilçisi Vladislav İlliç-Svitıç tərəfindən fərziyyə inkişaf etdirilərək nəzəriyyəyə çevrilmişdir.[1] İlliç-Svitıç; Hind-Avropa, Ural, Altay, Kartvel, Hami-SamiDravid dilləri arasındakı oxşarlıqlar üzərində dayanmışdır. Nostratik dillərin ümumi lüğəti üçün işlərini davam etdirən İlliç-Svitıç proyektini bitirə bilmədən 1966-cı ilde vəfat etmişdir. İlliç-Svitıçın işləri daha sonra Vladimir Dıbo tərəfindən Opıt sravneniya nostratiçeskih yazıkov adı ilə 1971-ci, 1976-cı və 1984-cü illərdə üç cilddə çap olunmuşdur. Aron Dolqopolski, Sergey Starostin və Vladimir Dıbo kimi alimlər bu sahədəki işlərinə davam etmişlərdir.

Mənbələr redaktə

  1. Dolgopolski, Aron. Nostratic Dictionary (PDF). McDonald Institute for Archaeological Research. 7 may 2008. ISBN 9781902937441.[ölü keçid]

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024