Nour gölü Haqqinda Melumat - Vikipedia

Nour gölü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nour gölü (az-əbcəd. نوئور گؤلو‎) — Güney Azərbaycan (İran)da ƏrdəbilXalxal bölgələri arasında Bağrov dağlarında yerləşən dərinliyi az bir göldür. Bu göl Eosen geoloji dönəmində iki qayanın bir birinə dəyib su axımının qarşısını almağına görə yaranmışdır.

Nour gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.700 m
Sahəsi
  • 2,2 km²
Dərin yeri 5,5 m
Yerləşməsi
37°59′52″ şm. e. 48°33′53″ ş. u.
Ölkə
Nour gölü xəritədə
Nour gölü
Nour gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafyası redaktə

Göl Bağrov dağlarının ərgənə zirvəsinin aşağı yamaclarında yerləşir. Gölün hündürlüyü orta dəniz səviyyəsindən 2500 metr (8,200 ft) təşkil edir. Ərdəbil Xalxal yolunda 35 kilometr güneyə doğru gedib, Budalalı kəndinə çatanda, doğuya tərəf 18 kilometr də dərə təpəli yolları gedəndə, Nohur gölünə yetişmək olar.

Göl Eosen geoloji vaxt miqyaslı zamanı ortaya çıxdı. Nohur geoloji arizəsi və onun batısındakı/qərbindəki başqa arizə, bu gölün yaranmasına bayis olmuşlar. Soyuq dağ iqlimində yerləşən Nohur gölü hövzəsi 400 millimetr (16 inç) illik yağış alır.

 
Nohur gölündən başa-baş görüntü

Xüsusiyyətlər  redaktə

 
Nour gölünün doğası

Göl 220 hektar (540 acre) su yayılması sahəsi var və Azərbaycan Xəzər arasındakı dağlarının bir "yelaltına doğru cinahında bir tektonik depressiya ərzində formalaşmış su mövsümi 'şarj' orqanı/enerji mənbəsi"dir. Bu gölün dərinliyi 5.5 metr (18 ft) dir. İki göl (bir kiçik və bir böyük) onu təşkil edir. Gölün orta dərinliyi təxminən 3 metr (9.8 ft) dir. Göldə ağır lillənmə vardır və onun səbəbləri yüksək yağıntı halları, suvarma buraxılışları, Fizio-kimyəvi reaksiyalar, 35% dən az yamac qradienti (əyimi), və eroziya (yuyulma)dırlar. Bu amillər göldə bir tropik durumunda nəticələnmişdir.

Nohur gölündə göyqurşağı adlı bir növ qızılala (qızılxallı) balıq yaşayır. Neçə il öncəyə qədər balıqçılıq kommersiya və idman təcrübə məqsədilə baş verirdi. Ancaq göldəki balıqların nəsillərinin aradan getməsi təhlükəsinə görə, balıq tutmağa qadağa qoyulmuşdur. Balıqlar göl dibində olan Gammarus adlı bitkilərdən qidalanırlar.

Göl sahəsinin az dərinli bölümlərində fauna növlərinin arasında Anqıt adlı miqrant növ vardır.

Araşdırmalar redaktə

Gölün torf yatağının quzey-batı küncündə bir nümunə (diametri əsas nümunə: 30 santimetr) çıxardılıb. Araşdırmaçıların tədqiqatlarından sonra bilinib ki, buralarda 6500 il öncədən böcək və çiçək tozu qalıqları vardır. Mütaliələr bunu sübut edir ki, bura şərqi Mesiç mülayim Hirkan meşələrinə oxşayan bir "açıq çöl landşaftı" imiş. Tapılmış həşərat və çiçək tozu qalıqları bunu sübut edir.

Xarici keçidlər redaktə

  1. 1,0 1,1 GEOnet Names Server. 2018.

Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023