Novruz Əsgərov (20 Yanvar şəhidi) Haqqinda Melumat - Vikipedia

Novruz Əsgərov (20 Yanvar şəhidi) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Novruz Əsgərov (20 Yanvar şəhidi)

Novruz Əsgərov (tam adı: Novruz Faiq oğlu Əsgərov; 29 mart 1968, Bakı, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Novruz Əsgərov
Novruz Faiq oğlu Əsgərov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Köhnə Əhmədli qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Faiq
Anası Amay
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Fəhlə

Həyatı redaktə

1968-ci il martın 29-da[2] Bakıda anadan olmuşdur. 250 nömrəli orta məktəbdə 8-ci sinfə qədər təhsil almış, sonra isə texniki peşə məktəbində oxuya-oxuya fəhləlik etməyə başlamışdır. Üç il əsgərliyini dənizdə çəkmiş, əsgərlikdən geri döndükdən sonra tikinti kooperativində işləmişdir.[3]

Qanlı Yanvar faciəsi redaktə

O gecə Novruz Bakıdakı hadisələr haqqında məlumat alan Novruz qonşusu və dostu Əhmədov İlqarın «QAZ-53»nə minmiş və onlar birlikdə Əzizbəyov metrosuna tərəf getmişdir. Orada onlar 20 gülləyə rast gəlmiş, onların ikisi də yaralanmışdır. Novruzun yaraları daha ağır olmuşdur: Novruz baş nahiyəsindən bir neçə güllə yarası almışdır. Səhər Novruzun meyidi Caparidze adına xəstəxananın meyidxanasından tapılmışdır.

Köhnə Əhmədli qəbiristanlığında dəfn edilmişdir.

Ünvan redaktə

Bakı, 8-ci km, Darvin küçəsi 65, mənzil 29.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
  3. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024