Nuri Sərinləndirici Haqqinda Melumat - Vikipedia

Nuri Sərinləndirici Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nuri Sərinləndirici

Nuri Sərinləndirici və ya əsl adı ilə Vüqar Nuriyev (29 iyun 1979, Culfa rayonu) — AzərbaycanRusiya musiqiçisi; estrada müğənnisi.

Nuri Sərinləndirici
Vüqar Rəşid oğlu Nuriyev
Ümumi məlumatlar
Ləqəbi Nuri
Doğum tarixi 29 iyun 1979(1979-06-29) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2002–h.h.
Janr Pop
Albom şirkəti Nurimusic

Həyatı redaktə

Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.[1]

Nuri özü "Sərinləndirici" təxəllüsü haqqında demişdir:

"Naxçıvanın Culfa rayonunda doğulub böyümüşəm. Uzun illərdir Rusiyada yaşayıram. Rusiyada ən çox öz həmyerlilərimizlə sıx əlaqə və ünsiyyətdə oluruq. Orda el şənlikləri və tədbirlərdə iştirak edəndə dostlarım deyirdilər ki, Nuri gəlsin oxusun sərinləyək (gülür). Elə bundan sonra elə mənə "Sərinləndirici" deməyə başladılar.

2017-ci ilin aprel ayında Dominikanda duet ortağı Jane Şirokih ilə ailə həyatı qurub.[2][3][4]

Karyerası redaktə

Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 6 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinfi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinfi də elə həmin məktəbdə bitirib. Məktəbdə təhsil aldığı müddət ərzində öz musiqi kolektivini yaradıb və məktəbdə konsertlərlə çıxış etməyə başlayıb.[1]

Orta məktəbi bitirdikdən sonra Türkiyəyə, İstanbul şəhərinə gedib və orada Yılmaz müzik dərslik evində (musiqi akademiyası) 2 il təhsil alıb. 1999-cu ildə Hərbi xidməti yerinə yetirmək üçün vətənə qayıdıb. Hərbi orkestrdə qulluq edib. 2001-ci ildə hərbi xidmətini başa vurub.[1]

2002-ci ildən Rusiya Federasiyasına gedən Nuri, hal-hazırda da Moskva şəhərində yaşayır və özünün rəhbərlik etdiyi musiqi kolektivi var.[1]

Yaradıcılığı redaktə

Müğənni rus dilində yazılan "Ya, ya, ya" (Mən, mən, mən) adlanan mahnısını duet ortağı Jane Şirokihlə birgə ifa edib.[5]

İstinadlar redaktə

  1. 1 2 3 4 "Nuri Sərinləndirici - Musiqi kolleksiyası" (az.). qadin.net. 21 dekabr 2011. 5 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2015.
  2. "1 yaşı tamam olan kimi üzünü göstərdi". qafqazinfo.az (az.). 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
  3. "Nuri duet ortağı ilə evləndiyini etiraf etdi". news.day.az (az.). 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
  4. "Bu da Nuri Sərinləndiricinin həyat yoldaşı". musavat.com (az.). 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2024.
  5. Zülfiyyə Qurbanova. "Bacısı Nuri Sərinləndirici üçün qız tapdı və..." (az.). anspress.com. 27 may 2015. 24 avqust 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2015.

Xarici keçidlər redaktə


Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024