Nutsara Tomkom Haqqinda Melumat - Vikipedia

Nutsara Tomkom Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nutsara Tomkom (7 iyul 1985) – 2016-cı ildən Fənərbaxçanın şərəfini qoruyan toppaylayıcısı.[1]

Nutsara Tomkom
นุศรา ต้อมคำ
tay นุศรา ต้อมคำ
Şəxsi məlumatlar
Tam adı Nutsara Tomkom
Doğum tarixi (38 yaş)
Doğum yeri Tailand Banqkok Tailand
Vətəndaşlığı Tailand Tailand
Voleybolçu məlumatları
Boyu 1.69 m
Çəkisi 69 kq
Zərbəsi 289 sm
Bloku 278 sm
Mövqeyi Toppaylayıcı
Karyerası
Komandası Türkiyə Fənərbaxça QVK
Nömrəsi 13
Milli komanda karyerası
2001– Tailand Tailand
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası redaktə

Nutsara karyerasına ölkəsinin Vatbangkhongnoy klubunda başlamışdır.[2] Azərbaycandakı karyerası isə 2010-cu ilə təsadüf edir. Azərreyl Bakıya transferindən sonra voleybolçu uğurlu çıxışı ilə diqqət çəkməyə başlamışdır. Bu səbəbdən də klubu ilə yeni müqavilə imzalayıb 2011–12 mövsümünü də Azərreyldə keçirmişdir.[3]

Tomkom 2012–13 mövsümünü də Bakıda keçirmişdir. Belə ki, o Azərreyli digər bir Bakı klubu İqtisadçıya dəyişmişdir. 2013-cü ildə dünyanın ən yaxşısı seçilmişdir.[4] Burada Azərbaycan çempionatının gümüş medallarına da yiyələnən voleybolçu Azərbaycandakı legioner həyatını sonlandırmamağı qərara almışdır.[5]

2013-cü ildə Rabitə Bakıya transfer olunan voleybolçu burada bir-birindən dəyərli təcrübələr qazanmışdır.[6][7] Rabitədə karyerasında ilk dəfə olaraq Çempionlar Liqasının "dördlər finalı"nda oynayan voleybolçu komandası ilə birlikdə üçüncülük yaşaması ilə yanaşı bir şəxsi mükafat da qazanmışdır. Belə ki, tailandlı voleybolçu turnirin ən yaxşı toppaylayıcısı seçilmişdir.[8]

2007-ci ildən bəri oynadığı klublar

Uğurları redaktə

Şəxsi mükafatları redaktə

  • 2007 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Ötürücü"
  • 2007 "Asiya çempionatı"nda "Ən Yaxşı Ötürücü"
  • 2008 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Ötürücü"
  • 2009 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Servisçi"
  • 2010 "Asiya çempionatı"nda "Ən Dəyərli Oyunçu"
  • 2010 "Asiya kuboku"nda "Ən Yaxşı Ötürücü"
  • 2010–11 Azərbaycan Superliqasında "Ən Yaxşı Ötürücü"
  • 2011 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Servisçi"
  • 2012 "Asiya Klublar Çempionlar Liqası"nda "Ən Yaxşı Servisçi"
  • 2012 "London yay olimpiya oyunları təsnifat mərhələsi"ndə "Ən Yaxşı Ötürücü"
  • 2012 "FİVB Dünya Qranpirisi"ndə "Ən Yaxşı Ötürücü"
  • 2012 "Asiya kuboku"nda "Ən Yaxşı Ötürücü"
  • 2013 "Asiya çempionatı"nda "Ən Yaxşı Ötürücü"
  • 2013–14 CEV Çempionlar Liqasında "Ən Yaxşı Ötürücü"

Milli komanda ilə redaktə

  • 2001 Asiya Çempionatı —   Bürünc medal
  • 2007 Asiya Çempionatı —   Bürünc medal
  • 2007 Asiya Kuboku —   Bürünc medal
  • 2009 Asiya Çempionatı —   Qızıl medal
  • 2010 Asiya Kuboku —   Gümüş medal
  • 2012 Asiya Kuboku —   Qızıl medal
  • 2013 Asiya Çempionatı —   Qızıl medal

Klublar ilə redaktə

İstinadlar redaktə

  1. Toppaylacısı — voleybolda ötürücü mövqeyinin digər bir adı.
  2. "Player's biography fivb.ch". 2016-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-30.
  3. "Azərreyl" 4 voleybolçusu ilə yeni müqavilə imzalayıb sport.sia.az Arxivləşdirilib 2014-03-31 at the Wayback Machine  (az.)
  4. ""İqtisadçı"nın oyunçusu dünyanın ən yaxşı voleybolçusu seçildi gun.az". 2013-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-30.
  5. "Azərreyl"in oyunçusu "İqtisadçı"da? sportnews.az Arxivləşdirilib 2013-10-12 at the Wayback Machine  (az.)
  6. "Rabitə"dən daha bir supertransfer! apasport.az Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine  (az.)
  7. "Rabitəçilər"in heyətində asiyalı voleybolçu olimpnews.az Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine  (az.)
  8. "Dördlər finalı" yekunlaşdı, "qızıl" "Rabitə"nin olmadı cempion.az Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine  (az.)

Xarici keçidlər redaktə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024