Nyotaymori Haqqinda Melumat - Vikipedia

Nyotaymori Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nyotaymori (女体盛り, hərf. qadın bədəni üzərində yemək servisi?) və ya bədən suşisiYaponiyada çılpaq qadın bədəni üzərində saşimi və ya suşi servis etmək praktikası. Daha az populyar olan çılpaq kişi bədəni variantı isə nantaymori (男体盛り?) adlanır. Son dövrlərdə Avropa və Amerikada populyarlaşmışdır.[1]

Nyotaymoridə suşi çılpaq qadın bədəninin üzərində servis edilir.

Tarixi redaktə

Nyotaymorinin mənşəyi Edo dövründə Yukakuda yerinə yetirilən vakamezake (わかめ酒?) adlı yemək oyunu ilə bağlıdır. Vakamezake zamanı sake yapon seks işçisinin qasıq nahiyəsinə tökülürdü və sake oradan içilirdi. Samuraylar əldə etdikləri qələbəni qeyd etmək üçün geyşa evinə gedirdilər və nyotaymori praktikası geyşalar arasında populyar olmuşdur.[2]

1960-cı illərdə Yaponiyanın iqtisadi inkişafının sürətlənməsindən sonra İşikava prefekturasındakı onsen sənayesi iş gəzintisi səbəbilə buraya səyahət edən kişi müştəriləri cəlb etmək məqsədilə nyotaymori praktikasının erotik təbiətindən yararlanmağa başlamışdır. 1980-ci illərdə onsenlərdə ailəvi ziyarətlər populyarlaşdığı üçün nyotaymori onsenlərdəki populyarlığını itirmiş və seks xidməti təklif edən qurumlar tərəfindən ekzotik əyləncə kimi istifadə olunan praktikaya çevrilmişdir.[3][4] Yaponiyada nyotaymorini suşi servis etmə sənətinin bir növü kimi qəbul edirlər.[5]

Praktika redaktə

 
Qərb üslubunda nyotaymori. İştirakçı suşini birbaşa ağzı ilə götürür.

Ənənəvi nyotaymoridə model bütün tədbir boyunca uzanır və qonaqlarla danışmır. Suşi modelin üzərinə təmiz yarpaqlar vasitəsilə qoyulur: yeməyin dəri ilə birbaşa təmas etməməsinə diqqət yetirilir. İştirakçılar modellə danışa, uyğunsuz jestlərdən və şərhlərdən istifadə edə bilməzlər. Modelə narahatlıq yaradan iştirakçılar tədbirdən uzaqlaşdırılır. İştirakçılar yalnızca yemək çubuqları vasitəsilə qadının bədəni üzərindəki suşiləri alıb yeyə bilərlər, lakin bəzən birbaşa ağızla yeyilməsinə icazə verilir.[2]

Nyotaymori üçün gözəl bədənli yox, suşini üzərində saxlaya biləcək bədən quruşuluşu olan modellərə üstünlük verilir.[2] Seçilən modellər saatlarla tərpənmədən uzanmaq və suşinin soyuqluğuna dözmək üçün xüsusi məşqlər keçirlər. Model noytaymori üçün uzanmazdan öncə yuyunur.[6] Suşi bədənin üzərində yerləşdirilərkən düşməyəcəyi düz nahiyələrə qoyulmasına əhəmiyyət verilir.[1]

Tənqid redaktə

Nyotaymori praktikası alçaldıcı, qadın bədənini obyektləşdirən, seksist, qəddar praktika kimi tənqid olunur.[7][8] Xüsusilə, feministlər bu praktikanı pisləyirlər. Bəzi ölkələrdə nyotaymori praktikası qadağan olunmuşdur.[9] 2005-ci ildə Çin sağlamlığa zərərli və əxlaqsız olduğunu əsas gətirərək bu praktikanı qadağan etdiyini açıqlamışdır.[10]

İstinadlar redaktə

  1. 1 2 "Naked Sushi Makes Waves in Vancouver". Inside Vancouver (ingiliscə). 6 sentyabr 2014. 16 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2023.
  2. 1 2 3 Stainsby, Mia. "Naked Sushi: eat but don't touch". Vancouver Sun. 29 avqust 2014. 2023-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2023.
  3. "日本人が抱く、裸体への悲しき郷愁「女体盛り」の深すぎる歴史を探る!". R-18. 16 may 2015. 23 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2023.
  4. "【ニッポンの裏風俗】お手頃料金で遊べる温泉風俗". メンズサイゾー. 27 aprel 2012. 2015-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2023.
  5. "What It's Like to Be a Nyotaimori (aka Naked Sushi) Model". Cosmopolitan (ingiliscə). 11 sentyabr 2019. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2023.
  6. "Your Fantasy Of Eating Sushi Off A Naked Woman In Vancouver Is Now A Reality". Super Vancouver (ingiliscə). 16 avqust 2014. 4 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2023.
  7. Strong, Jeremy. A Short Poetics of Cruel Food // Educated Tastes: Food, Drink, and Connoisseur Culture. Lincoln: University of Nebraska Press. 2011. 189. ISBN 9780803219359.
  8. Sen, Mayukh. "Naked Sushi Brunch Cancelled Amid Allegations of Sexism". VICE. 18 oktyabr 2017. 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-24.
  9. "The world's weirdest dining experiences". The Independent (ingiliscə). 11 sentyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2023.
  10. "No naked sushi in China". CBC (ingiliscə). 22 may 2005. İstifadə tarixi: 24 sentyabr 2023.

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024