Oğulcaq xan Haqqinda Melumat - Vikipedia

Oğulcaq xan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Oğulcaq xan - Qaraxanilər dövlətinin üçüncü xaqanı.

Oğulcaq xan
Qaraxanilər dövlətinin III xaqanı
893 – 940
ƏvvəlkiBazir Arslan xan
SonrakıSatıq Buğra xan
Şəxsi məlumatlar
Atası Bilgə Qul Qədir xan
Ailəsi Qaraxanilər sülaləsi
Dini Tenqriçilik

Hakimiyyəti redaktə

Qardaşının dövründə Buğra xaqan yəni kiçik xaqan kimi tanınırdı. Hakimiyyəti dövründə I İsmayıl tərəfindən qovulmuş I Nəsr Qaraxanilər dövlətinə pənah gətirmişdi. Artış şəhərinin idarəsini Nəsrə verən Oğulcaq xaqan ona məscid tikməyə də icazə vermişdir. Ticarət şəhərinə çevrilməsi və müsəlman tacirlərin artması halı qardaşı oğlu, şahzadə Satıq Buğranın da müsəlman olmasına səbəb oldu.

Ölümü redaktə

Oğulcaq xaqan Satıq Buğranın müsəlman olmasına eşidib ona Tenqri məbədi hazırlamağı əmr etdi. Satıq Nəsrin məsləhəti ilə bu məbədi ucaltdı.[1] Daha sonra açıq şəkildə əmisinə qarşı gələn Satıq Buğra xan tərəfindən Oğulcaq öldürüldü.[2]

İstinadlar redaktə

  1. Robert Shaw (1878). A Sketch of the Turki Language as Spoken in Eastern Turkistan (Kashghar and Tarkand)
  2. Golden, Peter. B. (1990), "The Karakhanids and Early Islam", in Sinor, Denis, The Cambridge History of Early Inner Asia, Cambridge University Press, p. 357

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024