Odd Hassel Haqqinda Melumat - Vikipedia

Odd Hassel Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Odd Hassel (norv. Odd Hassel; 17 may 1897[1][2][…], Kristianiya[d]11 may 1981[1][2][…], Oslo) — norveçli fiziki kimyaçı və 1969-cu il Kimya üzrə Nobel mükafatı laureatı.

Odd Hassel
Doğum tarixi 17 may 1897(1897-05-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 may 1981(1981-05-11)[1][2][…] (83 yaşında)
Vəfat yeri
Elm sahəsi fiziki kimya
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatıKimya üzrə Nobel mükafatı (1969)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya redaktə

Odd Kristianiada ginekoloq Ernst "Skippi" Hassel və Matilda Torrealba Rodriqez İmlaks Fernando Qonzales Klavenesin ailəsində anadan olmuşdur. 1915-ci ildə o, Oslo Universitetinə qəbul olunmuş, 1920-ci ildə buranı bitirmişdir. Universitetdə o riyaziyyatıfizikanı mükəmməl qavramışdır. Bu dövrdə o, bir illiyinə təhsilindən ayrılaraq, professor Kazimir Fayansın laboratoriyasında işləmək üçün Almaniyaya, Münhenə getmişdir.[3]

Onun buradakı işi hopdurma (elektromaqnetik radiasiyanın) indikatorlarının kəşf olunmasına gətirib çıxardı. Sonradan o, Berlinə köçərək Kayzer Vilhelm İnstitutunda rentqen şüalarının kristalloqrafiyası üzrə tədqiqatlar aparmağa başlamışdır.[4] Öz araşdırmasını Frits Haberin köməyi ilə əldə etdiyi Rokfeller təqaüdü ilə davam etdirmişdir. 1924-cü ildə o Berlin Universitetində fəlsəfə doktoru dərəcəsini aldı. 1934-cü ildən professor vəzifəsində olmaqla, 1925–1964-cü illərdə Oslo Universitetində fəaliyyət göstərmişdir.[5]

Karyera redaktə

Osloya qayıdanda, o ilkin olaraq qeyri-üzvi kimya üzrə ixtisaslaşmışdı, lakin 1930-cu ildən başlayaraq molekulların quruluşu ilə bağlı problemlərə keçdi, xüsusilə də sikloheksan və onun düzəltmələri ilə məşğul olmağa başladı. O, Norveç Elmi Cəmiyyətini elektrik dipol momenti və elektronun difraksiyası ilə tanış etmişdir. Sikloheksanın quruluşu ilə bağlı işi dərc olunduqdan sonra, Odd Hassel alman işğalçıları tərəfindən həbs edilərək, 1944-cü ilə qədər Grini toplama düşərgəsində qaldı.

İstinadlar redaktə


Saytda 72 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023