On səkkizincı sülalə (Misir) Haqqinda Melumat - Vikipedia

On səkkizincı sülalə (Misir) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

On səkkizincı sülalə (Misir)

XVIII sülalə( e.ə 1550-1292) - yeni padşahlıq dövründə Qədim Misirdə hakimiyyətdə olmuş ilk sülalə[1][2]. Sülalə bəzən Tutmoslar xanədanı da adlanır. XIII sülalənin fironluğu zamanı Qədim Misir yüksək inkişaf mərhələsinə yüksəlmişdir.

Qədim Misir tarixi
Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Ümumi məlumat redaktə

I Ahmos və I Amenhotepin hakimiyyəti dövrü redaktə

XVIII sülalənin banisi I Ahmos XVII sülalənin son hökmdarı Kamosun qardaşı idi. I Ahmos Kamosun yadelli hiksoslara qarşı müharibəni davam etdirdi və onları Nil deltasından qova bildi. I Ahmosun hakimiyyətə gəlməsi ilə ikinci aralıq dövr başa çatdı və yeni padşahlıq dövrü başladı. I Ahmosdan sonra taxta oğlu I Amenhotep çıxdı[3]. I Amenhotep tarixdə Nubiyaya hücumu və liviyalılarla qarşı hərbi yürüşləri ilə yadda qalmışdır. I Amenhotep Fələstinə də hücumlar təşkil etmişdir. Ancaq bu barədə məlumat çox azdır. I Ahmos və I Amenhotepin yürüşləri nəticəsində Misir orta padşahlıq dövründə əldə etdiyi ərazilərə yenidən qovuşdu. İki hökmdar birlikdə təqribi olaraq 46 il hökmdarlıq etmişlər.

I Amenhotepin uşağı yox idi. Buna görə firon hələ sağlığında yaxın qohumu I Tutmosu öz vəliəhdi elan etmişdi. I Tutmosla I Amenhotep arasında hansı qohumluq əlaqəsinin olduğu bilinmir. Birincinin mumyasının üzərində aparılan yoxlamalar onun vəfat edərkən 60-a yaxın yaşı olduğunu deməyə imkan verir. Manefona görə I Tutmos 13 il hökmdarlıq edib. Belə çıxır ki, I Tutmosun taxta çıxarkən təxminən 47 yaşı vardı. Deməli o I Amenhotepin hansısa qohumunun oğlu ola bilməzdi. Bəzi tədqiqatçılar I Tutmosun nikah you ilə sonradan firon nəslinə qoşulduğunu qeyd edirlər.

I və II Tutmosun hakimiyyəti dövrü redaktə

I Tutmos taxta çıxan kimi Nubiyada üsyan qalxdı. Belə olan halda I Tutmos şəxsən özünün rəhbərlik etdyi ordu ilə Nilin yuxark axarlarına doğru yürüşə başlayır. İlk olaraq üsyançı nubiyalılar məğlub edildi. Bu qələbə firona öz təsirini bu ərazilərdə yaşayan digər qəbilələrə yaymağa imkan verdi. Bu uğurun şərəfinə Tombos adasındakı qalada fironun qələbəsindən bəhs edilən pilitə qoyuldu.

Nubiya yürüşündən qayıdandan sonra I Tutmos üzünü şimal torpaqlarına tutdu. Misir ordusu Tir, Sidon və Levantdan keçərək Fərat çayı sahillərinə qədər irəlilədi. Mitanni çarı məğlub edildi. Məlumatın azlığına baxmayaraq bu yürüşün də əvvəlki kimi qələbə bitdiyini deyə bilərik. Firon Misirə böyük qənimətlə qayıtdı. I Tutmosun ölümündən sonra taxta oğlu II Tutmos çıxdı.

 
Qədim Misir e.ə. XV əsrdə

İyirmili yaşlarındakı II Tutmos I Tutmosun həyatda olan ən böyük övladı olmasına baxmayaraq vəliəhd sayılmırdı. Beləki onun anası Mutnofret fironun ikinci dərəcəli həyat yoldaşı idi. I Tutmosun əsas həyat yoldaşı çariça Ahmosdan Hatşepsut adlı bir qızı vardı. Hatşepsut II tutmosadn təxminən 5-6 yaş kiçik idi. II Tutmosu taxtın öncül varisi etmək üçün ögey bacısı Hatşepsutla evləndirirlər. Hatşepsuta aid yazılardan əldə edilən məlumata görə I Tutmos belə bir izdivaca qarşı idi və ondan sonra hakimiyyətə qızının gəlməsini istəyirdi.

II Tutmos hakimiyyətə gələndən dərhal sonra Nilin yuxarı axarında yenidən üsyan qaldıran nubiyalılarla müharibə aparmalı olur. Müasir Sudan ərazisindəki Cəbəl-Barkal adlanan yerdə II Tutmosun adı həkk olunmuş fraqmentlər tapılmışdır. Bu isə Misir ərazisinin Nilin dördüncü axarına qədər genişləndiyini göstərir. Deyr əl-Bahridəki məbəddə aşkar edilən yazılarda II Tutmosun Suriya ərazilərinə yürüş etdiyindən bəhs edilir. Farafra çölündə tapılan yazıda isə II Tutmosun liviyalıları tabe etdiyi qeyd olunur. II Tutmos təqribən 40 yaşında vəfat edir. Ondan sonra hakimiyyətə oğlu III Tutmos gəlir.

Hatşepsut və III Tutmosun hakmiyyəti dövrü redaktə

II Tutmos sələfi kimi ikinci dərəcəli həyat yoldaşı İsetdən oğlu Tutmosu göstərdi. II Tutmosun qəfil ölümündən sonra taxta III tutmos çıxdı. Yeni firon azyaşlı olduğundan II Tutmosun əsas həyat yoldaşı Hatşepsut onun regenti təyin edilir. Hatşepsut hələ II Tutmosun sağlığında çox böyük nüfuza malik idi. Misirşünaslar bəzi hallarda onun təsirinin firondan dha çox olduğunu göstərirlər. Hatşepsut cəmi 18 ay sonra Amon məbədi kahinlərinin dəstəyi ilə III Tutmosu hakimiyyətdən kənarlaşdırır və Misirin təkbaşına hökmdarına çevrilir.

Manefon və İosif Flaviyə görə Hatşepsut 21 il 9 ay hökmdarlıq etmişdir. Sekst Yuli Afrikan isə onun 22 il taxtda oturduğunu qeyd edir. Hatşepsutun hakimiyyəti Misirin çiçəklənməsi, iqtisadi və siyasiyüksəlişi dövrü kimi xarakterizə olunur[4]. Ona qurucu hökmdar da deyə bilərik. Beləki çariça II Ramzeslə yanaşı tarixdə özündən sonra ən çox tikili buraxan firondur. O nəinki yeni məbədlər tikir, həm də uzunmüddətli müharibələrdə ziyan görmüş binaları bərpa edir və böyüdürdü. Hatşepsutun hakimiyyəti dövründən günümüzə gəlib çatan ən möhtəşəm abidə fironun qəbri olan Deyr əl-Bahridəki "Ceser-ceseru" (Müqəddəslərdən müqəddəs) məbədidir.

 
Hatşepsutun Deyr əl-Bahridəki məbədi

Hatşepsutun hökmdarlığı zamanı Punt ölkəsi fironun hakimiyyətini tanıyır. Bu dövr Suriya üsyançılarına və fələstinlilərinə qarşı mübarizəni çıxmaqla sakit keçmişdir. Hatşepsut təqribən e.ə. 1458-ci ildə vəfat etdi. Ondan sonra hakimiyyətə yenidən III Tutmos gəldi[5]. III Tutmos tarixdə öz hərbi yürüşləri ilə yadda qalmışdır. Misirşünaslar onun azı 15 yürüşündən bəhs edirlər. Nubiya, Levant, Fələstin, Finikiya (Cahi), Suriya, Mesopatamiya, İran körfəzi sahilləri, Kiçik Asiya və s. əraziləri hücumlar nəticəsində Misirin bölgədə hegemoniyası böyüdü, təsir dairəsi genişləndi. Karnakdakı Amon məbədində III Tutmosun Suriyadakı uğurları haqqında yazılar əldə edilmişdir.

III Amenhotep və Exnatonun hakimiyyət dövrü redaktə

III Amenhotep Qədim Misir tarixinin ən qüdrətli fironlarından biridir. Onun zamanında sosial-iqtisadi və mədəni yüksəlişinin əsas göstəricisi aşkar edilən çoxsaylı artefaktlardır[6]. Misirin xarici ölkələrlə əlaqəsi haqqında ilk əlyazma III Amenhotepin dövrünə aiddir. Bu yazışmaların bir qismi akkad dilində aparılmışdır. III Amenhotepin dövründə su tanrısı Sebekə həsr edilmiş çox saylı məbədlər ucaldılmışdır. Firon Babilistan çarının qızı ilə evlənərək bu ölkə ilə əlaqələri gücləndirdi. Egey dənizi adalarında tapılan predmentlər Misirin bu bölgə ilə təmasının olduğunu göstərir.

 
Exnaton və həyat yoldaşı Nefertiti

III Amenhotepdən sonra taxta onun oğlu IV Amenhotep çıxdı. Yeni hökmdar öz islahatları ilə yadda qalıb. Onun hakimiyyət periodu Amarna dövrü adlanır. IV Amenhotepin etdiyi ən böyük dəyişiklik dini görüşlə bağlı idi. O nəsillərcə davam edən Amona sitayişi dayandıraraq Aton kultunu qəbul etdi. Firon hökmdarlığının beşinci ilində adını Aton tanrısın şərəfinə Exnaton kimi dəyişdi[7]. Exnaton həmçinin Tebesdən 300 km aralıda Axetaton adlı yeni paytaxt şəhərini saldırdı.

Aton kultunun ən güclü və sərbəst inkişaf etdiyi yeganə dövr elə Exnatonun hakimiyyəti zamanı idi. Onadan sonra taxta çıxan SmenxkaraNefernefruaton yavaş-yavaş köhnə adətləri bərpa etdilər.

Tutanhamonun hakimiyyəti və sülalənin süqutu redaktə

 
Tutanhamon və həyat yoldaşı Anhesenamon

Tutanhamon təqribən e.ə 1332-1323-cü illər aralığında hökmdarlıq etmişdir. Hakimiyyətinin ilk illərində adı Tutanxaton idi. Ancaq sonradan Amon kultunu qəbul edərək adını dəyişdirdi. Əlbəttə ki, Tutanhamonu müasir dövrdə məşhur edən onun naliyətləri yox, qəbri idi. İlgilis misirşünas və arxeoloq Hovard Karter 1922-ci ildə Hökmdarlar vadisində Tutanhamonun toxunulmamış qəbr abidəsini tapır. Fironun gənc yaşında nədən ölməsi uzun müddətdirki müzakirə mövzusudur və müxtəlif fikirlər söylənilir[8]. Övladsız olduğundan ondan sonra hakimiyyətə firon nəslindən olmayan sərkərdələr EyeHoremheb gəlir. Horemhebin zamanında Amar dövrü yeni yüksəliş dövrünü keçirdi. Horemhebdən sonra taxta onun vəziri Parames gəlir. Parames I Ramzes adını götürərək Misirin yeni fironu olur. I Ramzes həm də yeni sülalənin əsasını qoydu.

Fironlar redaktə

XVIII əsr fironları 250 ilə qədər fironluq etmişlər.

Ad Şəkil Taxt adı Hakimiyyət illəri
I Ahmos
 
Nebpehtire
e.ə. 1549-1524
I Amenhotep
 
Ceserkara
e.ə. 1524-1503
I Tutmos
 
Aaxeperkara
e.ə. 1503-1493
II Tutmos
 
Aaxeperenre
e.ə. 1493-1479
Hatşepsut
 
Maatkare
e.ə. 1479-1458
III Tutmos
 
Menxeper(en)ra
e.ə 1479-1425
II Amenhotep
 
Aaxeperura
e.ə. 1427-1397
IV Tutmos
 
Menxeperura
e.ə. 1397-1388
III Amenhotep
 
Nebmaatra
e.ə. 1388-1351
Exnaton
 
Neferxeperura-Vaenra
e.ə. 1351-1334
Smenxkara
 
Anxeperura
e.ə. 1335-1334
Nefernrfruaton
 
Anxeperura
e.ə. 1334-1332
Tutanhamon
 
Nebxeprura
e.ə. 1332-1323
Eye
 
Xeperxeprura
e.ə. 1323-1319
Horemheb
 
Ceserheperura-Setepenra
e.ə. 1319-1292

XVII və XVIII sülalələrin nəsil ağacı redaktə

  On yeddincı sülalə nümayəndələri boz rənglə verilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
  I Таа
 
Tetuşeri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  II Таа
 
Ahhotep
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Kamos
 
Meritamon
 
Nefertari
 
  I Ahmos
 
Henuttamexu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  I Amenofis
 
Meritamon
 
 
 
Mutnofrent
 
  I Tutmos
 
Ahmos
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Amenemhat
 
 
 
İsida
 
  II Tutmos
 
  Hatşepsut
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  III Tutmos
 
Meritra
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tiaa
 
  II Amenhotep
 
 
 
 
 
 
 
 
 
 
I Artatama
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yuya
 
Tuya
 
 
Yaret
 
  IV Tutmos
 
Mutemuya
 
 
 
 
 
 
II Şuttarna
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Teye
 
  II Eye
 
 
Tiya
 
  III Amenhotep
 
 
 
Giluhipa
 
 
Tuşratta
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Horemheb
 
Mutnecmet
 
 
Nefertiti
 
 
  Exnaton
 
qızı
 
Sitamon
 
 
Тaduxipa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Smenxkara
 
Meritaton
 
Maketaton
 
Anxesenamon
 
  Tutanxamon
 
 
 


Ədəbiyyat redaktə

  • Kuhrt, Amélie (1995). The Ancient Near East: c. 3000–330 BC. London: Routledge. ISBN 9780415013536.

İstinadlar redaktə

  1. "Eighteenth Dynasty". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  2. "Eighteenth Dynasty of Egypt". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  3. Aidan Dodson, Dyan Hilton: pg 122
  4. "Queen Hatshepsut (1500 B.C.)". nbufront.org. 21 February 2017 tarixində orijinalından arxivləşdirilib.
  5. "Thutmose III". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  6. "Amenhotep III". 2021-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  7. "Akhenaten". 2008-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  8. Dodson, Aidan; Hilton, Dyan. The Complete Royal Families of Ancient Egypt. Thames & Hudson. 2010. səh. 143. ISBN 978-0-500-28857-3. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024