Ontoloji sübut Haqqinda Melumat - Vikipedia

Ontoloji sübut Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ontoloji sübut — fəlsəfi baxış. Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır [mənbə göstərin]

Orta əsrlərdə xristian ilahiyyatçısı Anselm (1033-1109) Allahın varlığını təkcə zehni anlayışa əsaslanaraq, "ontoloji yolla" sübuta yetirməyə çalışır. Anselmin fikrincə, bütün insanlar "ən mükəmməl varlıq" məfhumunu öz zehnlərində təsəvvür edə bilərlər. Lakin o bununla kifayətlənmir və deyir: "Ən mükəmməl varlıq" təkcə zehndə ola bilməz. Zehndə "var" olan bu varlıq mütləq xarici aləmdə də "var" olmalıdır. Çünki biz "ən mükəmməl" varlığı təsəvvür etmişdik. Xarici aləmdə var olan mövcud isə zehndə var olan mövcuddan daha mükəmməldir. Deməli,"biz ən mükəmməl varlıq haqqında düşünürüksə, bu varlıq mütləq (təkcə zehndə deyil) xarici aləmdə mövcud olmalıdır (Çünki təkcə zehndə olmaq onu ən mükəmməl varlıq etmir.) Nəticədə, insanların asanlıqla təsəvvür etdikləri "ən mükəmməl varlıq "xaric aləmdə də mövcud olan Allahdır.

Rene Dekart və Ontoloji sübut redaktə

Ontoloji sübutun digər forması, yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri Rene Dekart (1596-1650) tərəfindən irəli sürülmüşdür. Dekart rasionalizminin əsas prinsipi bu idi ki,"yalnız tamamilə şübhəsiz və aydın dərk edilən şeyi həqiqət kimi qəbul etmək ola". Bu əsasla o şərti olaraq bütün mövcudlara şübhə etdikdən sonra bir şey müstəsna oldu. Bu, şübhənin özü idi. Yəni Dekart şübhənin özünü, şübhəsiz və aydın dərk etdiyinə görə öz fəlsəfəsinin təməl prinsipini, özünün həqiqi varlıq olmasını sübuta yetirdi. Daha sonra öz təsəvvürləri haqqında düşünməyə başladı.Yəni mənim zehnimdəki müxtəlif təsəvvürlər haradan gəlmişdir? Onlar tam xəyala əsaslanır, yoxsa real bir varlıqdan qaynaqlanır? Həmin təsəvvürlərdən biri də,"Allah"haqqında təsəvvürdür.Dekart deyir:"Mən Allahı belə təsəvvür edirəm: Əbədi, dəyişməz, müstəqil, sonsuz bilik və qüdrətə malik bir varlıq. Mən və mənim kimi bütün mövcudları O yaratmışdır. "Dekartın bu təsəvvürlə bağlı iki sualı var:Birincisi,qəbul edilən prinsipə əsasən(şübhəsiz və aydın dərk edilənləri həqiqət adlandırmaq olar) mən üçbucaqa aid xüsusiyyətləri şübhəsiz və aydın dərk etdiyim üçün onları üçbucağın xüsusiyyətləri sayır və üçbucağın həqiqətən var olduğunu qəbul edirəm. İndi mən Allahın xüsusiyyətləri haqqında təsəvvürlərimin şübhəsiz və aydın dərk edilməsini əsas götürüb,Allahın həqiqətən "var" olduğunu iddia edə bilərəmmi?Dekartın cavabı müsbətdir: "Allah var!" Çünki mən elə bir həqiqətin xüsusiyyətlərini tam şübhəsiz və aydındərk edirəm.

Dekart bildirir ki,mən həmin təsəvvürləri öz zehnimdə yaratmağa qadir deyiləm. Çünki mən Allahı sonsuz qüdrət,bilik və bir sözlə əzəmətə malik bir həqiqət kimi anlayıram.Mən özüm məhdud varlıq olaraq,qeyri-məhdud varlıq barədə təsəvvürü necə yarada bilərəm?Dekart belə hesab edir ki,o buna qadir deyil.Bunu mənim zehnimdə təkcə sonsuz qüdrət və əhatəyə malik bir varlıq yarada bilər. Demək,belə bir varlıq həqiqətdir və o "Allah"dır.İstər Anselm,istərsədə Dekartın irəli sürdüyü ontoloji sübut qərbdə xeyli etiraza səbəb olmuşdur.

Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır. Axı xarici aləmdə "var" olmayan bir şey necə "ən mükəmməl varlıq" sayıla bilər? Anselmin müasirlərindən olan Qalino adlı bir keşiş,Anselmin müddəalarını rədd edir və deyir: "Öncə bunu nəzərə almaq lazımdır ki,biz insan olaraq "ən mükəmməl varlıq" məfhumunu düzgün dərk etmək iqtidarında deyilik. Məsələn, mən "insanlar" məfhumunu təsəvvür edirəm.Çünki,öncədən insanlar barədə müəyyən məlumata malikəm,onları yaxından müşahidə edirəm,onlar haqqında konkret təsəvvürüm var.Lakin "ən mükəmməl varlıq" heç bir müşahidə və təcrübəyə malik deyiləm. Hətta ən mükəmməl varlığın tərifini və onun xüsusiyyətlərini bilmirəm.Demək,mən bu məfhumu düzgün dərk edə bilmərəm."

Bundan əlavə Qalino etiraz edir ki, Anselmin Allahın varlığı barədə ontoloji sübutu ilə bir çox qeyri-həqiqi məfhumların həqiqi olduğunu iddia etmək olar. Məsələn,mən ən mükəmməl şəraitli bir ada təsəvvür edirəm.Bu ada sonsuz gözəlliyə malikdir.Deməli belə bir ada həqiqətən vardır?Xarici aləmdə həqiqi varlığa malik olan ada mənim zehnimdə təsəvvür etdiyim adadan daha gözəl və daha yüksək şəraitə malikdir? Mən ən mükəmməl və ən gözəl ada təsəvvür etmişdim.Nəticə etibarilə həqiqi ada belə bir xüsusiyyətə malik olsa,"var" sayılar.Qeyd edək ki,digər mütəfəkkirlər Qalinonun misalına irad tutmuşlar. Dekartın ilahi varlığın sübutu haqqında mülahizələrinə gəldikdə isə onun ontoloji sübutu, Anselmin mülahizələrindəki nümunədən bir o qədər fərqlənmir.Çünki onların hər ikisi zehni təsəvvürdən birbaşa həqiqi varlığa körpü atır.Bu isə heç bir fəlsəfi-məntiqi qanunla izah edilə bilməz.XVIII əsrin tanınmış alman filosofu İmmanuel Kant (1727-1804 )ontoloji formada Allahın varlığının sübutunu tam əsassız hesab edir.

Kantın "Təmiz idrakın tənqidi" əsərində redaktə

Kant "Xalis zəkanın tənqidi" əsərində yazır: "Ontoloji sübuta əsasən,bizdə "ən kamil və mükəmməl varlıq" haqqında təsəvvür varsa,bu o deməkdir ki,həmin təsəvvür həqiqətən xarici aləmdə müəyyən varlıqda təzahür etmişdir. Yəni kamil varlığın ən birinci xüsusiyyəti,onun "var" olmasıdır. O, "var" deyilsə demək naqisdir,kamil deyil." Kant təəccüblə deyir:"Onlar nəzərə almırlar ki,biz əvvəlcə təsəvvür etdiyimiz məfhumun həqiqətən var olduğunu sübuta yetirməli,sonra onun xüsusiyyətlərini və kamillik sifətlərini sadalamalıyıq.Təkcə zehndə olan məfhum hansı kamillik xüsusiyyətlərinə malik olmalıdır? Bu zərurət haradan yaranmışdır?" Kant hesab edir ki,"ən mükəmməl varlıq" məfhumu bütün müsbət xüsusiyyətlərə,o cümlədən "var" olmaq xüsusiyyətinə malik olsa da,bu yalnız "məfhum" və "təsəvvür" həddindədir.Bunun həqiqətən "var" olmasını təsdiqləmək üçün müxtəlif sübutlar lazımdır.O deyir:"Ən mükəmməl varlığı təsəvvür edirəm,demək,həmin varlıq həqiqətən var" iddiası ona bənzəyir ki,mən xeyli qızıl pula malik olduğumu təsəvvür edirəm.Deməli,mənin həqiqətən xeyli miqdarda qızıl pulum var.Qeyd edək ki, Kant ilahi varlığı qəbul edənfilosoflar sırasına daxildir.Lakin o bildirir ki,ontoloji üsulla Allahın varlığını sübut etmək olmaz.Ontoloji sübutun tənqidində Kantla həmrəy ola bilərik.Çünki bir varlığı təsəvvür etmək,onun gerçəkdə varlığı demək deyil.Misal üçün,mən zehnimdəki "od"u xarici aləmdəki odla eyni saya bilmərəm.Çünki zehndə olan od həqiqi odun təkcə zehni təsəvvürüdür.Deməli,"ən mükəmməl varlığı"təsəvvür etməklə həmin varlığın həqiqətən "var"olmasını sübut etmək mümkün deyil.

Həmçinin bax redaktə


Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023