Ordubad Buzxanası Haqqinda Melumat - Vikipedia

Ordubad Buzxanası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ordubad Buzxanası

Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir.

Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür. Tağtavanların üst hissəsi, kərpic hörgüyə əsasən tağın zirvəsinə yaxın tağtavanın konstruksiyasının dəyişildiyi aydın görünür. Bütün binanın mərkəzi oxu istiqamətdə, tağların baş xətti boyunca xırda tağtavanlarla tamamlanır. Yay aylarında istilərdən qorunmaq məqsədilə yerli əhali yeyinti məhsullarını, şəxsi azuqələrini qorumaq üçün bu binadan istifadə edirmiş. Buzu almaq üçün qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə vurularaq, buz halına salınarmış. Buzun əriməməsi üçün onların aralarına saman tökülərmiş. Yay ayları bu buzu buradan sıxarmaq üçün xüsusi adamlar ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar, Ordubad əhalisinin buza olan tələbatını ödəyərmişlər.

Mənbə redaktə


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024