Orxan Hümbətov Haqqinda Melumat - Vikipedia

Orxan Hümbətov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Orxan Kazım oğlu Hümbətov (4 noyabr 1992; Kiş, Şəki rayonu, Azərbaycan2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi.

Orxan Hümbətov
Orxan Kazım oğlu Hümbətov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kiş, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Talış, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Kiş, Şəki rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Kazım Hümbətov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2016
Rütbəsi Gizir
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı və hərbi xidməti redaktə

Orxan Hümbətov 1992-ci ilin 4 noyabr günündə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı gizir Orxan Hümbətov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Orxan Hümbətov 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

Aprelin 5-i isə Orxan Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Hümbətov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Orxan Hümbətov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Təltifləri redaktə

İstinadlar redaktə


Saytda 49 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024