Osman Əhmədoğlu Haqqinda Melumat - Vikipedia

Osman Əhmədoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Osman Əhmədoğlu

Osman Əhmədoğlu (digər adları: "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman"; 1948, Keşəli, Marneuli rayonu18 mart 2020) — Gürcüstanın şair-publisisti, ictimai xadimi, Gürcüstan Aşıqlar Birliyinin sədri.[1]

Osman Əhmədoğlu
Doğum tarixi 1948
Doğum yeri
Vəfat tarixi 18 mart 2020(2020-03-18)
Dəfn yeri
Təhsili
Fəaliyyəti şair
Üzvlüyü

Həyatı redaktə

Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində orta məktəbi bitirib.

Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1968-1973). 10 il doğma Keşəli kənd orta məktəbində müəllim işləmiş, Borçalı rayon mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Gürcüstan Aşıqlar Birliyinin sədridir.

18 mart 2020-ci ildə vəfat etmişdir.[2]

Yaradıcılığı redaktə

Bədii yaradıcılığa erkən başlamışdır. İlk şeri məktəbli ikən rayon qəzetində çıxmışdır. "Gürcüstan", "Azərbaycan gəncləri", "Şərq qapısı" və s. qəzetlərdə, "Çeşmə", "Dan ulduzu" almanaxlarında, "Azərbaycan" jurnalında şerləri və publisist yazıları dərc olunmuşdur. Onun şer, poema və məqalələri dövri mətbuatda "Osman Keşəli", "Osman Əfəndi", "Dərviş Osman" imzalan ilə verilmişdi. Son illər "Osman Əhmədoğlu" imzası ilə çıxış etmişdir. "Borçalıda yanan ocaq" adlı ilk şerlər kitabı 1989-cu ildə "Yazıçı" nəşriyyatında çıxmışdır.

Kitabları redaktə

  • “Borçalıda ocaq yanır” (şeirlər), Bakı, “Yazıçı” nəşriyyatı, 1989

İstinadlar redaktə

  1. Güllü Tomarova, "Aşıq Nargilə" — qafqazmedia.az, 03.06.2015,[ölü keçid]
  2. "Dərviş Osman Əhmədoğlu vəfat edib". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024