Ox (teleserial, 2012) Haqqinda Melumat - Vikipedia

Ox (teleserial, 2012) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ox (teleserial, 2012-2020)

(Ox (teleserial, 2012) səhifəsindən istiqamətləndirilmişdir)

Ox (ing. Arrow) — amerikan dram janrının elementləri ilə macəra-super qəhrəman teleserialı. Serialın əsasında DC Comics nəşriyyat evinin buraxdığı Yaşıl oxatan adlı qəhrəman komiksi dayanır[1]. Serialın premyerası 10 oktyabr 2012-ci ildə baş tutmuşdu[2]. 22 oktyabr telekanal "Ox"u 23 epizoddan ibarət tam mövsümə uzatdı[3]. 11 fevral 2013-cü ildə isə The CW telekanalı serialın ikinci mövsümünü buraxdı[4].

Ox
ing. Arrow
Loqonun şəkli
Serialın təbliğat afişası
Serialın təbliğat afişası
Janr Dram filmi
Macəra filmi
Super qəhrəman filmləri
Döyüş filmi
Prodüser Con Uolles
Qreq Berlanti
Mark Quggenhaym
Yaradıcısı Con Uolles
Qreq Berlanti
Mark Quggenhaym
Personajlar:
Mort Vezinger
Corc Pepp
(komikslər)
Rollarda Stiven Amell
Keti Kessidi
Kolin Donnel
Devid Remzi
Uilla Holland
Süzanna Tompson
Pol Blektorn
İstehsalçı ölkə ABŞ ABŞ
İl 2012
Studiya Warner Bros. Television
Berlanti Productions
Berlanti Television
DC Comics
DC Entertainment
Dil İngilis dili
İlk çıxış tarixi 10 oktyabr 2012-ci il
Növü bədii serial
Rəng rəngli
Mövsüm sayı 8
Seriya sayı 170
Seriya vaxtı 43 dəqiqə (təxminən)
Davametmə müddəti çəkilir
Telekanal The CW
IMDb ID2193021
Format 1080i (HDTV)
480i (SDTV)
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Süjet redaktə

Gəmi qəzasından sonra itkin düşən playboy-miliarder Oliver Kuini ölmüş hesab edirlər. Lakin 5 ildən sonra Sakit okean adaların birində onu sağ olaraq aşkar edirlər. Onun doğma şəhəri Starlinq-Sitiyə qayıdanda, onun anası Moyra, sevimli bacısı Tea və ən yaxın dostu Tommi qarşılayırlar. Lakin onlar hiss edirlər ki, Oliver adada tək qalarkən nəsə baş verib və bu hadisə onun xasiyyətində əks edilib. Oliver özünün necə insana çevrildiyini yaxınlarından gizlətməyə çalışır. Əslində o ümidsizcəsinə keçmişdə etdiyi pis işləri düzəltməyə çalışır. Xüsusi ilə də eks girlfriendi Loren Lenslə yenidən barışmaq arzusundadır. Onun əsas istəyi - ailəsinin səhvlərini düzəltmək, cəmiyyətin dərdlərinə mübarizə olmaq və Starlinq-Sitini əvvəlki möhtəşəmliyinə qaytarmaqdır. Oliver gizlincə yaşıl kapüşonlu və yay-ox ilə silahlanmış Yaşıl Oxatan adlı linçləyən-qəhrəmana çevrilir.

Gündüzlər Oliver bir zaman olduğu varlı, qayğısız və avam eşqbaz kişi rolunu oynayır. Gecənin düşməsi ilə isə özünün əsl kimliyini yaxşıca gizlədərək Yaşıl oxatan kostyumunu geyinir və cinayətkarların ovuna çıxır. Lorelin atası - detektiv Kventin Lens - şəhərdə fəaliyyət göstərən, qurbanlarını linçləyən gizli qatili həbs etməyə qərara alır. Elə bu zaman Oliverin anası - Moyra - oğlunun üzləşdiyi gəmi gəzası haqqda daha çox şey bilir, bunu bütün gücü ilə hamıdan gizlətməyə çalışır.

Baş qəhrəmanlar redaktə

  • Oliver Kuin - Baş qəhrəman, miliarder. Gəmi qəzası nəticəsində 5 il müddətində tək-tənha adada məhkum qalıb. Gecələr milli qəhrəman kostyumunu geyinir. Xalq arasında onu "Linçləyən" və ya "Kapüşon" adlandırırlar. Onun əsas silahı yay və oxdur və həmçinin onun öz bədəni. Oliver mükəmməl döyüşçüdür.
  • Dina Lorel Lens - advokat. Güclü ədalət hissinə malikdir, buna görə də klient günahsız olduğunu görən zaman Yaşıl oxatandan kömək diləməyə çalışır. Əvvllər Oliverin sevgilisi idi. Birinci mövsümdə Tommi Merlinlə görüşürdü. Lakin sonda Tommi onunla ayrılır və Dina Oliveri hələ sevdiyini anlayır.
  • Tommi Merlin - Oliver Kuinin ən yaxın dostu, Malkolm Merlin adlı miliarderin oğlu. Bir ara Lorel ilə görüşürdü və buna görə özünü günahkar hiss edirdi. Bunun üçün də onunla ayrılır. Oliverin klubunda rəhbər gismində işləyir və Yaşıl oxatanın sirrini bilir.
  • Con Diqql - Oliverin keçmiş cangüdəni, sonradan isə əvvəlki gunahlarını yumaq və Oliveri bədheybətə çevrilmədən qorumaq üçün onun partnyoru olur. Bəzən Yaşıl oxatanın kostyumunu geyinir.
  • Tea Kuin - Oliverin 17-18 yaşlı kiçik bacısı. Tea məktəblidir, sonralar Məhkəmə qərarı ilə Lorelin olduğu kompaniyada işləyir.
  • Moyra Kuin - Oliverin anası, Oliverin mübarizə apardığı təşkilatın üzvü. Öz uşaqlarını qorumaq məqsədi ilə cinayət və xəyanətlə məşğul olmağa hazırdı.
  • Detektiv Kventin Lens - polis işçisi və Lorelin atası. Yaşıl oxatanı qatil sayaraq tutmaq istəyir.
  • Roy Harper (müntəzəm olaraq ikinci mövsümdən)[5] - oğru və quldur, Teanın boyfriendi. Şəhərin kasıb məhəlləsində yaşayır. Seriaların birində Yaşıl oxatan tərfindən xilas edilmişdi və bundan sonra onu taparaq komanda yoldaşı olmasını özünə məqsəd qoymuşdu.
  • Felisiti Smouk (müntəzəm olaraq ikinci mövsümdən)[6] - Aytiş qadın, Kuin ailəsinin kompaniyasında işləyir. Oliver bəzən kömək üçün ona müraciət edirdi. Həmçinin Uolterə onun həyat yoldaşının gizli sirrləri ilə kömək edirdi. Uolterin itməsindən sonra Yaşıl oxatanın dəstəsinə qoşuldu.
  • Dezstrouk (müntəzəm olaraq ikinci mövsümdən) - Avstraliyalı xüsusi qüvvə işçisi.

İkinci dərəcəli qəhrəmanlar redaktə

  • Robert Kuin - Oliverin atası. Oğlunun sağ qalması üçün özünü gülləliyir.
  • Yao Fei[7][8] - keçmiş Çin generalı. Hökumət onu "gunah keçisinə" çevirərək onu adaya sürgün etdi. Məhz həmin adada o Oliveri tapıb, onu xilas edir.
  • Coanna de la Veqa[9][10] - Lorelin həmkarı.
  • Malkolm Merlin[11] - Tomminin atası, miliarder. Şəhər rəhbərlərindən biri. Öz göstəriş və təlimatlarını Moyraya verir.
  • Helena Bertinelli[12] - mafiozi Frenk Bertinellinin qızı. Bir zaman Yaşıl oxatanın partnyoru idi. Öz ərinin ölümünə görə atasına intiqam etməyi planlaşdırırdı, buna görə də Oliverdən ayrıldı. "Ovçu" adı ilə tanınırdı.

Baş rollarda redaktə

Rol adı Aktyor/Aktrisa Baş rol Köməkçi rol Səsli aktyor/aktrisalar
Oliver Queen Stephen Amell 1.01– Johannes Raspe
Dinah „Laurel“ Lance Katie Cassidy 1.01– Stephanie Kellner
John „Dig“ Diggle David Ramsey 1.01– Ole Pfennig
Thea Dearden „Speedy“ Queen Willa Holland 1.01– Farina Brock
Moira Dearden Queen Susanna Thompson 1.01– Daniela Hoffmann
Det. Quentin Lance Paul Blackthorne 1.01– Michael Roll
Tom „Tommy“ Merlyn Colin Donnell 1.01–1.23 Alexander Brem
Felicity Megan Smoak Emily Bett Rickards 2.01– 1.03–1.23
Slade Wilson Manu Bennett 2.01– 1.13–1.23
Roy William Harper Jr. Colton Haynes 2.01– 1.15–1.23

İstehsal redaktə

Başlanğıc mərhələsi redaktə

Serialın konsepsiyası Endryu Kreyzberq, Qreq Berlanti və Mark Quggenhaym tərəfindən hazırlanmışdı. Filmin pilot epizodunu Devid Natter çəkmişdi, o həmçinin «Smollvilin sirrləri» şousunun birinci seriyasının rejissoru idi. Serial 11 may 2012-ci ildə «The CW» telekanalı tərəfindən alınmışdı[13]. Serial Vankuverdə (Kanadada) çəkilmişdi[14].

Kastinq redaktə

Birinci mövsümün gedişhaqqı zamanı müəlliflər DC Comics'in digər personajların da (Derren Şahlavi Konstantin Dreykon[15], Maykl Rou Dedşot, Kelli Hu isə Çayna Vayt rolunda[16]) çəkiləcəyinə də söz veriblər. 2012-ci ilin sentyabr ayında Tamo Penikett Frenk Bertinellinin köməkçisi Nik Salvati rolunu qazandı[17]. Noyabr ayında məlum oldu ki, Ben Brouder Ted Geynor rolunda[18], Set Geybl isə Qraf Vergitonun prototipi olan personaj rolunda çıxış edəcək[19].

12 fevral 2013-cü ildə Emili Bett Riçards serialın ikinci mövsümün əsas tərkibində iştirak etməyə razılaşmış və müqavilə imzalamışdı[20].

Film musiqisi redaktə

Beynəlxalq yayım redaktə

Ölkə Kanal Buraxılış tarixi
Avstraliya  Avstraliya Nine 1 may 2013[21]
Kanada  Kanada CTV Two[22]
MuchMusic[23]
10 oktyabr 2012
12 oktyabr 2012
İspaniya  İspaniya Calle 13[24]
Antena 3
14 noyabr 2012[25]
18 iyul 2013[26]
Meksika  Meksika Canal 5 6 may 2013
Böyük Britaniya  Birləşmiş Krallıq Sky1[24] 22 oktyabr 2012[27]
Cənubi Afrika Respublikası  CAR M-Net 19 oktyabr 2012[28]

Epizodlar redaktə

Mövsüm Epizodlar Orijinal buraxılış tarixi DVD relizi
Mövsümün premyerası Mövsümün finalı Region 1 Region 2 Region 4
Birinci mövsüm 23 10 oktyabr 2012 15 may 2013 n/a n/a n/a
İkinci mövsüm 23 9 oktyabr 2013 n/a n/a n/a n/a


Mükafat və nominasiyalar redaktə

İl Mükafat Kateqoriya Resipiyentlər və namizədlər Nəticə
2012 Satellite Award[29] en:Satellite Award for Best Television Series – Genre Ox (Arrow) Namizəd
IGN Awards Best TV Hero Stephen Amell/Ox (Arrow) Namizəd
2013 People's Choice Awards Favorite New TV Drama Ox (Arrow) Namizəd
en:NewNowNext Awards[30] Best New Indulgence Namizəd
Cause You’re Hot Stephen Amell Namizəd
Saturn Awards[31] Best Youth-Oriented Series on Television Ox (Arrow) Namizəd
en:Teen Choice Awards[32] Choice TV Show: Fantasy/Sci-Fi Namizəd
Choice TV Breakout Show Namizəd
Choice TV Actor: Fantasy/Sci-Fi Stephen Amell Namizəd
Choice TV Breakout Star Namizəd
Choice TV Actress: Fantasy/Sci-Fi Katie Cassidy Namizəd
Canadian Society of Cinematography Awards[33] Cinematographer Awards for TV Drama Cinematography Glen Winter csc, Arrow (Pilot) Qazandı
Broadcast Music, Inc. BMI Television Music Awards Blake Neely Qazandı
TV Guide Award Favorite New Series Arrow Qazandı

İstinadlar redaktə

  1. Lesley Goldberg , Lacey Rose. "CW's 'Carrie Diaries,' 'Arrow,' 'Cult,' 'First Cut,' 'Beauty and the Beast' Ordered to Series". The Hollywood Reporter. May 11, 2012. May 31, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 12, 2012.
  2. "CW 2012-13 Primetime Schedule". May 17, 2012. 2012-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-14.
  3. Nicholson, Max. "The CW Gives Arrow a Full-Season Order". IGN (ingilis). 22 октября 2012. 2012-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-27.
  4. Villarreal, Yvonne. "CW's 'Arrow,' 'Vampire Diaries,' 'Supernatural' get early renewal". Los Angeles Times. February 11, 2013. March 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2013.
  5. Holbrook, Damian. "Exclusive: Teen Wolf Vet Colton Haynes Joins Arrow as...Who?!". TV Guide. December 11, 2012. January 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2012.
  6. Andreeva, Nellie. "Shiri Appleby Poised To Recur On NBC's 'Chicago Fire' & More TV Castings". Deadline.com. August 10, 2012. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2012.
  7. Andreeva, Nellie. "Odette Annable To Recur On CBS's 'Golden Boy', Byron Mann On CW's 'Arrow'". Deadline.com. August 9, 2012. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2012.
  8. "Who Is That Hooded Figure? We Have A Name… | GreenArrowTV". 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-14.
  9. Jeffery, Morgan. "'Arrow': CW superhero drama adds 'Charlie's Angels' star Annie Ilonzeh". Digital Spy. March 13, 2012. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2012.
  10. Ilonzeh, Annie. "Joanna De La Vega. #Arrow #Lawyer #Swag #Tired #Canada #Vancouver #SunnyDay". Twitter. July 25, 2012. October 25, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2012.
  11. Hibberd, James. "'Torchwood' star John Barrowman joins CW's 'Arrow'". Entertainment Weekly. August 15, 2012. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2012.
  12. Hibberd, James. "The CW's 'Arrow' casts The Huntress". Entertainment Weekly. August 21, 2012. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2012.
  13. Lesley Goldberg, Lacey Rose. "CW's 'Carrie Diaries,' 'Arrow,' 'Cult,' 'First Cut,' 'Beauty and the Beast' Ordered to Series". May 11, 2012. 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  14. Strachan, Alex. "Stephen Amell brings Arrow to small screen". canada.com. October 11, 2012. March 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2013.
  15. Cassidy, Mark. "Darren Shahlavi Joins ARROW As Villain Constantine Drakon". Comic Book Movie. March 21, 2012. March 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2012.
  16. The Deadline Team. "Comic-Con: Kelly Hu Cast As China White In CW's 'Arrow'". July 13, 2012. 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  17. Goldberg, Lesley. "'Arrow' Enlists 'Battlestar Galactica's' Tahmoh Penikett". September 18, 2012. 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  18. Goldman, Eric. "Arrow Exclusive: Farscape and Stargate SG-1's Ben Browder to Play DC Comics Character Ted Gaynor". November 7, 2012. 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  19. Ausiello, Michael. "Exclusive: Arrow Targets Fringe's Seth Gabel to Play Big Bad 'Vertigo'". TV Line. November 13, 2012. March 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 17, 2012.
  20. Marnell, Blair. "Emily Bett Rickards Promoted For 'Arrow' Season 2". CraveOnline. February 12, 2013. March 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2013.
  21. Knox, David. "Airdate: Arrow. Bumped: The Following". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  22. A DECADE IN THE MAKING: CTV UNVEILS 2012/2013 PRIMETIME SCHEDULES # # # FOUR NEW SERIES JOIN CTV THIS FALL; CTV TWO ADDS THREE NEW SERIES
  23. "MuchMusic Fall 2012 Schedule". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  24. 24,0 24,1 Munn, Patrick. "BSkyB Acquires UK Rights To 'Arrow', 'Elementary', 'The Following' & 'Vegas'". TVWise. 2012-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  25. "Arxivlənmiş surət". 2012-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  26. "Arxivlənmiş surət". 2013-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  27. Munn, Patrick. "Arxivlənmiş surət". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  28. "Arxivlənmiş surət". 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  29. "2012 Winners". November 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2013.
  30. "2013 Logo NewNowNext Awards: And The Nominees Are…". January 1, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 25, 2013.
  31. "The 39th Saturn Award Nominations". September 13, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 25, 2013.
  32. "TC News". October 7, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 25, 2013.
  33. "The 56th Canadian Society of Cinematography Awards". November 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2013.

Xarici keçidlər redaktə


Həmçinin bax redaktə


Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023