Pəhli Qəribov Haqqinda Melumat - Vikipedia

Pəhli Qəribov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pəhli Xaləddin oğlu Qəribov (17 sentyabr 1993; Kürdəmir, Azərbaycan8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Pəhli Qəribov
Pəhli Xaləddin oğlu Qəribov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kürdəmir, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Dəfn yeri Kürdəmir Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Xaləddin Qəribov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2021 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı və hərbi xidməti redaktə

Pəhli Qəribov 17 sentyabr 1993-cü ildə Kürdəmirdə dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Pəhli hərbi xidmət müddəti bitdikdən sonra mülki fəaliyyət göstərmişdir.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Pəhli sentyabr ayında çağırılmışdır.

İkinci Qarabağ müharibəsi redaktə

Azərbaycan Ordusunun əsgəri olan Pəhli Qəribov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Pəhli Qəribovun nəşi Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". 24.06.2021. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.07.2021.

Saytda 216 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024