Pəncərə (film, 1991) Haqqinda Melumat - Vikipedia

Pəncərə (film, 1991) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pəncərə (film, 1991)

film

Pəncərə — 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi.

Pəncərə
Fayl:Pəncərə (film, 1991).jpg
Janr dram
uşaq
Rejissorlar Həsən Əbluc
Ənvər Əbluc
Ssenari müəllifi İsi Məlikzadə
Baş rollarda İlham Babayev — Əhsən
Valeh Kərimov — Əhsənin atası
Yaşar Nuri — Nəsib
Ənvər Əbluc — Direktor
Ruslan Nəsirov — Köçəri
Simuzər Ağakişiyeva — Nərminə
Operator Elxan Əliyev
Bəstəkar Mobil Babayev
Rəssam Rafiq Nəsirov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1991
Filmin növü tammetrajlı bədii film
Müddət 82 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1991
Texniki məlumatlar 8 hissə
2255 metr
35 mm
Rəng rəngli

Məzmun redaktə

Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır.

"Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır.

Film haqqında redaktə

Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana... Allah-Təala qiyamət günü əzab verməz".

Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür.

Filmin ideyası 1987-ci ildə yaranmışdır.

Filmin heyəti redaktə

Film üzərində işləyənlər redaktə

Ssenari müəllifi: İsi Məlikzadə
Quruluşçu rejissor: Həsən Əbluc, Ənvər Əbluc
Quruluşçu operator: Elxan Əliyev
Quruluşçu rəssam: Rafiq Nəsirov
Bəstəkar: Mobil Babayev
Operator: Etibar Şirinov
Səs operatoru: Akif Nuriyev
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov
Rejissor: Mayak Kərimov

Rollarda redaktə

İlham Babayev — Əhsən
Valeh Kərimov — Əhsənin atası
Yaşar Nuri — Nəsib
Ənvər Əbluc — direktor
Ruslan Nəsirov — Köçəri
Simuzər Ağakişiyeva — Nərminə
Elxan Bayramov — Savalan
Abbasqulu Əbluc — Vasif
Zemfira Əliyeva — Sultannisə
Təvəkkül İsmayılov — Burxan
Xəlil İsmayılov — Ceyhun
Məmmədbağır Həsənov — Qənimət
Ramin Məlikov — Rövşən
Həsən Əbluc — Rövşənin atası
Fərid Hacıyev — Zəki
Nazir Əliyev — Zəkinin atası
Emil Bayramov — Qurban
Vüsalə Nəbiyeva — Qumral
Rövşən Cahangirov — Səməd
Əbdül Mikayılov — Əhməd
Elxan Quliyev — milis kapitanı
Fikrət Məmmədov — milis leytenantı
Laləzar Mustafayeva — ana
A.Seyidova
Ülvi Səfərov
Ş.Məmmədova
Mayak Kərimov
Dadaş Kazımov — qarovulçu
Vəliəhd Vəliyev — restoran sahibi
Şəmsi Şəmsizadə — ata
S.Tağıyev
İdris Rüstəmov
Zilli Namazov — restorandakı müştəri
Vüqar Muradov
Filmi səsləndirənlər:
Eldəniz Rəsulov - Burxan (Təvəkkül İsmayılov) (titrlərdə yoxdur)

Mənbə redaktə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-364.

Xarici keçidlər redaktə


Saytda 238 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024