Pərixan Sultan Haqqinda Melumat - Vikipedia

Pərixan Sultan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pərixan xanım

(Pərixan Sultan səhifəsindən istiqamətləndirilmişdir)

Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan[1]; 3 avqust 1548 — 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi.

Pərixan Sultan
Pərixan Sultan Təhmasib şah qızı Səfəvi
bayraq
Səfəvi Sultanı
bayraq2
1548 – 1578
1564 – 1576
ƏvvəlkiMəhinbanu Sultan
SonrakıPeykər Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Əhər
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Qəzvin
Fəaliyyəti yazıçı
Atası I Şah Təhmasib
Anası Sultan Ağa xanım
Həyat yoldaşı Sultan Bədiüzzaman Mirzə
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi Ədəbiyyat
Tanınır Natiq

Həyatı redaktə

Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə[2] doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir[3]:

"  Adlı-sanlı şahzadələrdən örpəkli Pərixan Sultan ağıl və biliyinin çoxluğuna görə başqa möhtərəm xanımlardan üstün və atasının yanında hamıdan izzətli, hörmətli, əziz olan rəy və məşvərət sahibi idi və başqaları ona həsəd aparırdı. Hətta o Təbriz əhlinin narazılığını qaldırmış, atasını onları vergilərdən azad etməyi məsləhət bilmişdir. " 

Heydər Mirzə dövründə redaktə

Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, ƏfşarQacar tayfaları da onun tərəfində idi:[4]

"  Pərixan Sultan və şahzadə qardaşlarının təhriki ilə anası bu işlər barədə şaha məlumat verib,Şahzadə Heydər Mirzəni öz yaradanına qarşı xain və qəddar adlandırdı, o həzrətin mübarək fikrini o şahzadədən uzaqlaşdırdı. " 

Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi. Şamxal sultan çərkəzlərdən ibarət 300 nəfərlik şəxsi heyəti ilə Heydər Mirzəni öldürdü. Taxt yolu II İsmayıl üçün artıq açılmışdı. Pərixan Sultan Heydərin ölümünü istəmirdi, lakin özü də istəmədən bu ölmə şahid olmuşdu. Özünü saraya yetirsə də, artıq Heydər Mirzənin kəlləsi alınmış, iş-işdən keçmişdi. Anası-Sultanağa Sultan da qardaşı-Şamxal Sultanın bu işinə görə şillə vurmuş, onu saraydan qovmuşdu. Və bundan sonra Pərixan Sultanın dərin mənəvi böhran dövrü başlamışdı.

Qısamüddətli hakimiyyəti redaktə

İsmayılın Qəhqəhədən paytaxta gəlməsinə qədər olan müddətdə Pərixan Sultan hakimiyyəti əlinə almışdı. 23 may 1576-cı ildə İsmayılın adına xütbə oxutdurmuşdu. 4 iyun 1576-cı ilədək hələ də hakimiyyət onun əlində idi.

II İsmayıl dövründə redaktə

Yeni şah taxta çıxandan sonra Pərixan Sultanın gücündən çəkinməyə başlamışdı. Onu min bir əziyyətlə taxta çıxardan Pərixanı özünə təhdid sayırdı. Hətta İsmayıl bir dəfə belə bəhanə gətirərək demişdi:[5]

"  Məgər dostlar başa düşmürlər ki, məmləkət işlərinə qadınların qarışması ölkə və şahlıq namusuna layiq hərəkət deyil? Məgər onlar bilmirlər ki, kişilərin bu xanədan qadınları ilə aşinalığı qəbih bir haldır? " 

Şah, çox keçmədən bütün əyanların Pərixan Sultanın sarayına girməsinə qadağa qoydu və özü də Sultanın onunla görüş istəklərinə məhdudiyyət qoymağa başladı. Az müddətdən sonra Şah, zövcəsinin də təhriki ilə anasından başqa bütün qohumlarının əsas saraya girməsinə qadağa, onların şəxsi xəzinəsinə və qulamlarına isə əl qoydu. Daha sonra təzə şah xənədanda bir yenilik edib, ata-babasından fərqlilik gətirib, bir çox qohumlarını, hətta onların övladlarını günahsız və durduq yerə öldürməyə başladı. O cümlədən Pərixan xanımın qardaşlarını, onlardan biri də Şahzadə Süleyman Mirzə idi. Həmçinin Sultanın nişanlısını və şahın öz əmisioğlu Bədiüzzaman mirzə də öldürülmüşdü. Bacısı-Gövhər Sultanın həyat yoldaşı, özünün naibi, ən əsası əmisioğlu Şahzadə İbrahim Mirzənin öldürülməsi, Gövhər Sultanın bu nailədən vəfat etməsi Pərixan Sultan üçün "həyat faciəsi" demək idi. Bu işdə isə Şahın zövcəsi Peykər Sultan ilə yanaşı anasının da rolu böyük idi. Bir dəfəsində bu edamlardan sonra Pərixan Sultan Şah'a belə demişdi:"And olsun ki, Şah, bu edam, qətillərlə nə bu xənədan (dövlət) irəli gedəcək, nədəki sən". Burada Pərixan Sultanın qardaşına "Şah"-deyə müraciət etməsi vəziyyətin kökdən dəyişdiyini, Pərixanla İsmayıl arasında yaxınlığın qalmadığını görürük. Xənədan qətilləridən çox keçmədi ki, Səfəvi xənədanının "ölüm mələyi"-II İsmayıl özü də qətlə yetirildi."Pərixan Sultan dövləti və xənədanı üçün hətta doğma qardaşlarından çox sevdiyi, ümid bəslədiyi, xəyalındakı o mərd, igid sərkərdəni, özü taxta gətirdiyi kimi də taxdan saldı".

Yenidən hakimiyyəti redaktə

Şah İsmayılın öldürülməsindən sonra Pərixan Sultan əsas hakimiyyəti əlinə almışdı:[6]

"  Şiraz hakimi Vəli Sultan Qalxançıoğlu Zülqədər dedi:
"- Atanın mirası oğula çatar. Şah Şücanı padşah edin".
Əmirlər ona etiraz edərək dedilər:

"- Sən vəkilüssəltənə və qızılbaşların böyüyü olmaq istəyirsən. Səkkiz aylıq uşaq necə İran padşahı ola bilər?"
Bütün əmirlər və dövlət başçıları nəvvab Pərixan Sultanın hökmünə tabe olduqlarından, Vəli Sultan nəvvab Sultanın xoşuna gəlməkdən ötrü dedi:
"Səltənət işlərinin icrası Pərixan Sultan tərəfindən həyata keçirilsin. Amma, Sikkə qoy Şah Şücanın adına zərb edilsin".

" 

Vəli sultan Zülqədər Məhəmməd Xudabəndənin hakimiyyətə gəlməyini istəmirdi və 8 aylıq oğlu Şücaəddin Məhəmmədi (dolayısı ilə Pərixan xanımı) dəstəkləyirdi . Pərixan xanım isə şahzadə Məhəmməd paytaxta gələnəcən qəyyum olacağını bildirmişdi. Pərixan xanım onun hakimiyyətini sorğulayan, qadınlığını aşağılayan bir çox kişiləri meydanda edam etdirmiş və tikə-tikə edib Qəzvin sarayının 4 bir yanına ibrətə buraxmışdır. Vəli sultanın da danışıqlarına əhəmiyyət verməyərək öz adına da sikkə basdırmışdı. Pərixan xanım ilk iş olaraq qardaşının həbs etdirdiyi önəmli şəxsləri həbsdən azad etdirdi. Lakin bu dəfə də Məhdi Ülya və Pərixan arasında problem yarandı. Belə ki, vəzir Mirzə Salman əsas gücün Pərixan xanımda olacağı barədə onu məlumatlandırmışdı. Bununla belə şahın taxta çıxması mərasimində Məhdi Ülya Pərixan Sultana təzim etmişdi. Hakimiyyəti ələ alsa da, Pərixan Sultan kədərlərə qərq olmuşdu iki qardaşının ölümünə bais olduğunu unuda bilmirdi. Bu, onun anasını da çox narahat edirdi. Qızı-Pərixan Sultan "sanki günbəgün çiçək kimi solurdu".

Ölümü redaktə

Şah Məhəmməd taxta çıxandan sonra Pərixan Sultana, dayısına, qardaşı evladına və digərlərinə toxunmayacağını desə də,12 fevral 1578-ci ildə Şamxal sultanı bir qrup əfşar tərəfindən hiylə ilə şəhərdən çıxardaraq öldürtdü. Pərixan Sultan özü bir neçə saat sonra bel bağladığı adamlardan, onu sevənlərdən biri olan Xəlil xan Əfşar tərəfindən Məhdi Ülyanın əmri ilə boğduruldu. II İsmayılın bir yaşlı oğlu Şahzadə Şücaəddin Məhəmməd də eyni gün öldürüldü. Beləliklə, Məhdi Ülya Sultan həm mərhum oğlu-Şahzadə Həsənin intiqamını aldı, həm də ona və ailəsinə təhdid olan adamları aradan götürdü və öz "hakimiyyətini" başlatdı.

Ailəsi redaktə

Anası Şamxal sultanın bacısı-Sultanağa Sultandır. Əmisioğlu Bədiüzzaman Mirzə ilə evlənmişdir. Qardaşı- Şahzadə Süleyman mirzə 1576-cı ildə öldürülmüşdür.

İstinadlar redaktə

  1. "Royal Ark — Safavi". 2017-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.
  2. "Pərixan xanım — Encyclopedia Iranica". 2019-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.
  3. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2011, səh 236
  4. İsgəndər bəy Münşi, səh. 237
  5. İsgəndər bəy Münşi, səh.356
  6. İsgəndər bəy Münşi, səh. 388–389

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023