Pərviz Səmədov Haqqinda Melumat - Vikipedia

Pərviz Səmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pərviz Səmədov

Pərviz Səmədov (5 may 1970, Kirovabad15 may 1992, Abdalgülablı[d], Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Pərviz Səmədov
Pərviz Əbdüləhəd oğlu Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1970(1970-05-05)
Doğum yeri
Vəfat tarixi 15 may 1992(1992-05-15) (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977–1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir.

Döyüşlərdə iştirakı redaktə

Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb məhv edilmişdi. 1992-ci il 15 may Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər gedirdi. Pərviz başda olmaqla bölüyü döyüşə atıldı ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas etmək mümkün oldu lakin Ermənistan Silahlı Qüvvələrinin snayper gülləsi tuş gələrək həlak olur.

Ailəsi redaktə

Ailəli idi. Bir oğlu var.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]

Gəncə şəhərində dəfn edilib və adına Gəncədə küçə var.

Ədəbiyyat redaktə

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 7 iyun 1992-ci il tarixli 833 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 1992-06-07. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.

Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024