PCR Haqqinda Melumat - Vikipedia

PCR Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Polimeraz zəncir reaksiyası

(PCR səhifəsindən istiqamətləndirilmişdir)

Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) — biokimyamolekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb.

Əsas prinsip redaktə

 
PZR üçün termik dövr cihazı

Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir.

PZR-in tətbiqi redaktə

Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır:

  • İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT.
  • Regionun sonlarına tamamlayıcı olan iki növ praymer.
  • İstiliyə davamlı DNT polimeraz fermenti.
  • Dörd növ dezoksiribonukleotid fosfat (A, G, C, T)
  • Fermentin çalışması üçün optimal şərait yaradan bufer məhlulu.
  • Divalent kation, {adətən maqnezium ancaq manqan da istifadə oluna bilər}.

Reaksiya 0,2-0,5 millilitrlik plastik qabcıqlar içərisində 15-100 mikrolitr həcmə malik PZR cihazında aparılır. Cihaz reaksiyanın gedişatı üçün önəmli olan dəqiqliyi ən az 0,1°С olan isitmə və soyutma dövrlərini təmin edir.

Praymerlər redaktə

Praymer 13-30 nükleotid uzunluğunda PZR-in spesifikliyini müəyyən edən sintetik DNT parçasıdır. Reaksiya üçün lazım olan praymer cütünün hər biri matriksə DNT-nin 3' ucuna tamamlayıcı olur.




Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023