Paşa Təhməzov Haqqinda Melumat - Vikipedia

Paşa Təhməzov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Paşa Qurban oğlu Təhməzov (23 mart 1949, Lənkəran23 avqust 1993, Lənkəran) — Azərbaycanın Milli Qəhrəmanı.

PAŞA TƏHMƏZOV
Paşa Qurban oğlu Təhməzov
Doğum tarixi 23 mart 1949(1949-03-23)
Doğum yeri
Vəfat tarixi 23 avqust 1993(1993-08-23) (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • Lənkəran Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Dini İslam
Mükafatları "Qızıl Ulduz" medalı

Həyatı redaktə

Paşa Təhməzov 23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur[1]. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq "Talış Muğan Respublikası" adı ilə baş qaldıran daxili çəkişmələrin qarşısını almağa yollanır. Paşa Təhməzov dövlətçiliyimizin qorunması uğrunda öz canını əsirgəmir. Cinayətkar dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur.

Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, "23 Avqust" meydanında büstü qoyulmuşdur.

Ailəsi redaktə

Ailəli idi, üç övladı qalıb.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Lənkəran rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Lənkəranda küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. "23-Avqust" meydanında büstü qoyulub.

Ədəbiyyat redaktə

İstinadlar redaktə

  1. "Paşa Təhməzov (1949-1993) — sabuncu.libmks.az saytı". 2014-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-09.

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024