Paris Haqqinda Melumat - Vikipedia

Paris Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2
-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir.

Paris
Paris
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
48°51′24″ şm. e. 2°21′08″ ş. u.
Ölkə
Başçı Ann Hidalqo
Tarixi və coğrafiyası
Əsası qoyulub III əsr[1]
Sahəsi
Mərkəzin hündürlüyü 28 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.145.906 nəf. (1 yanvar 2020)[4]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +33 1
Poçt indeksi 75116, 75001, 75002, 75003, 75004, 75005, 75006, 75007, 75008, 75009, 75010, 75011, 75012, 75013, 75014, 75015, 75016, 75017, 75018, 75019, 75020, 75000
Nəqliyyat kodu 75
Digər
paris.fr
Paris xəritədə
Paris
Paris
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası redaktə

 
Körpülərin birində "Paris Meridianı" həkk olunmuş tunc medalyon

Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var[5].

Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir. Parisin körpülərində, piyada zolaqlarında, binaların üzərində Paris meridianı həkk olunmuş tunc medalyonlara rast gəlmək olar.

İqlimi redaktə

Paris süst klimatik zonada yerləşir. Orta illik temperatur 10,9 °C, orta illik yağıntı – 585 mm-dir. Parisin mikro iqlimi az rütubətli, gündüzləri az işıqlı, gecələri isə nisbətən işıqlıdır. Ən yüksək temperatur 39,3 °C 12 avqust 2003-cü ildə, ən aşağı temperatur −25,6 °C 10 dekabr 1878-ci ildə, 24 saat ərzində ən dəyişkən temperatur (+12 °C-dən −10 °C-dək) 31 dekabr 1978-ci ildə, ən güclü külək isə (169 km/saat) 1999-cu ilin dekabrında qeydə alınmışdır.Meteoroloji müşahidələr 1873-cü ildən bəri Montsouris parkındakı meteoroloji stansiyadan davamlı olaraq aparılır[6].

Paris üçün aylıq orta temperatur və yağıntı
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
Max. Temperatur (°C) 6,9 8,2 11,8 14,7 19,0 21,8 24,4 24,6 20,8 15,8 10,4 7,8 Ø 15,5
Min. Temperatur (°C) 2,5 2,8 5,1 6,8 10,5 13,3 15,5 15,4 12,5 9,2 5,3 3,6 Ø 8,5
Yağıntı (mm) 53,7 43,7 48,5 53,0 65,0 54,6 63,1 43,0 54,7 59,7 51,9 58,7 Σ 649,6
Günəşli saatlar (s/g) 1,9 2,9 5,1 6,0 7,5 8,1 7,8 7,1 6,0 4,1 2,0 1,5 Ø 5
Yağışlı günlər (g) 10,2 9,3 10,4 9,4 10,3 8,6 8,0 6,9 8,5 9,5 9,7 10,7 Σ 111,5
Nisbi rütubət (%) 86 81 76 69 71 73 73 74 79 85 87 88 Ø 78,5
T
e
m
p
e
r
a
t
u
r
6,9
2,5
8,2
2,8
11,8
5,1
14,7
6,8
19,0
10,5
21,8
13,3
24,4
15,5
24,6
15,4
20,8
12,5
15,8
9,2
10,4
5,3
7,8
3,6
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
53,7
43,7
48,5
53,0
65,0
54,6
63,1
43,0
54,7
59,7
51,9
58,7
  Yan Fev Mar Apr May İyn İyl Avq Sep Okt Noy Dek


Hidroqrafiya redaktə

Kiçik adalara malik Sena çayı Paris şəhərinin yaranmasında və inkişafında mühüm rol oynamışdır. Adalar içərisində ən əhəmiyyətlisi Parisin beşiyi sayılan hələ antik dövrdə məskunlaşmış Site adası sayılır. Notr-Dam de Pari, Sent-Şapel, Konserjeri kimi tarixi abidələr məhz burada yerləşir.

Ənənvi olaraq şəhər sağ sahilə (Biznes və ticarət hissəsi) və sol sahilə (mədəni maarif hissəsi) bölünür.

Tarixi redaktə

 
Lütesiyanın planı

Şəhərin əsası (qədim adı Lütesiya) e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.

e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilər Luteçiya şəhərini oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı parisilərə saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.

Orta əsrlər redaktə

border=none  Əsas məqalə: Paris orta əsrlərdə
 
Parisin planı, 1223-cü il

Romalıların hökmranlığı 508-ci ildə franklıların gəlişindən sonra süqut etdi. Filipp II Avqustun hakimiyyəti illərində şəhərin müdahiəsi möhkımləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərinh qərb hissəsidə isə Luvr qəsiri tikilmişdir.

XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif və dini mərkəzinə cevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu, sonralar Strabon universitetinin yaranmasında mühüm rol oynamış coxlu kolleclər acılır.

XIV əsrdə Böyük bulvar deyilən yerdə, sol sahil boyu yeni qala divarları tikilir.

Yeni tarix redaktə

XIV Lüdovikin zamanında kral iqamətgahı Versala köçürülür. Buna baxmayaraq Parisin artan iqtisadi potensialı və əhalisi onu siyasi mərkəz olaraq daha da aktuallaşdırır. 1844-cü ildə indiki dairəvi yol boyu sayca üçüncü qala divari tikilərək şəhərətrafı 16 girişli qala divarlarının uzunluğu 36 km-ə çatdırılır.

 
Bastiliyanın alınması

XIX əsrdə 21 beynəlxalq sərginin beşi Parisdə keçirilir ki, bu da şəhərin mədəni siyasi həyatına çox müsbət təsirini göstərir.

 
Eyfel qülləsi Ümumdünya sərgisi münasibətilə 1889-cu ildə tikilmişdir.

Almanlar tərəfindən Parisin işğalı, fəhlələrdən, xırda sənətkarlardan və burjuaziyadan ibarət Paris Kommunası Fransa imperiyasını süquta yetirir.

İkinci dünya müharibəsində şəhər faşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir.(6 həftə)

1968-ci ildə Paris kütləvi ixtişaşlar meydanına çevrilir ki, bu da hakimiyyət dəyişikliyi ilə nəticələnir.

Əhalisi redaktə

Paris əhalisinin
illər üzrə artım cədvəli

1150 50 000
1200 120 000
1328 200 000
1365 275 000
1422 100 000
1500 150 000
1565 294 000
1590 300 000
1637 415 000
1680 515 000
1750 576 000
1789 650 000
1801 547 800
1810 714 600
1851 1 053 000
1872 1 851 702
1881 2 240 000
1901 2 714 000
1926 2 871 000
1954 2 850 000
1975 2 300 000
1999 2 125 000
2007 2 143 000
Des villages Cassini

Paris Fransanın ən six əhali yaşayan şəhəridir. İl de Frans əyalətinin əhalisinin 19,3%-i, Fransa əhalisinin 3,6%-i Parisdə yaşayır. Əhalinin orta sıxlığı 20 433 nəfər/кm²-dir.

Demoqrafik məlumatlar redaktə

Antik zamanlarda və orta əsrlərdə çoxsaylı müharibələr, epidemiyalar və əhali arasında kütləvi aclıqlar əhalinin tez-tez azalmasına səbəb olmuşdur.1832-ci ildə vəba epidemiyası təxminən 20 000 insanın tələfinə səbəb olmuşdur.

XIX əsrin sənayeləşməsi əhalinin artımına səbəb olmuşdur. 1921-ci ildə əhali rekord həddə 3 milyona catmışdır. Hal hazırda Parisdə 2 milyondan bir qədər artıq əhali yaşayır.

Ətraf rayonlarda əksinə əhali artmaqdadır. 1921-ci ildə 4,85 milyon yaşadığı halda, 2006-cı ildə rəqəm 11,6 milyonu kecmişdir.

Təgaüd yaşlı əhali əsasən şəhərətrafında yaşamağa üstünlük verir. Məhz buna görə də Parisi "cavan" şəhər adlandırırlar. Əhalinin əksəriyyəti subaylardan ibarətdir. Orta hesabla hər parisli ailəsi 1,75 nəfərdən ibarətdir.

Etnik tərkibi redaktə

Hal azırda Parisdə 310 000 immiqrant yaşayır ki, bu da şəhərin əhalisinin 14,5%-ni təşkil edir. İmmiqrantların əksəriyyətini Portuqaliya, Əlcəzair, Mərakeş, AvropaAfrika olkələrindən olan gəlmələr təşkil edir.

İnzibati bölgüsü redaktə

 
Parisin 20 bələdiyə dairəsi

Şəhər iki aqlomerasiyadan: intra-muros – "divar içi" və Grand Paris – "Böyük Paris"dən ibarətdir.

Paris 20 bələdiyə dairəsinə — arrondissementinə (fr. arrondissements; [aʀɔ̃dismɑ̃]) bölünür. Hər bir dairə dörd məhəlləni (fr. quartiers) əhatə edir. Beləliklə Paris 80 məhəllədən ibarətdir. Hər bir məhəllə öz polis şöbəsinə malikdir.

İdarəçilik redaktə

 
Paris bələdiyyəsi

2001-ci ilin martından şəhərin bələdiyyə başçısı Fransa sosialist partiyasının nümayəndəsi Bertran Delanodur. Onun lehinə şəhər şurasının 163 üzvündən 92-si öz səsini vermişdir. 2008-ci ildə təkrar seçilmişdir.

Qardaşlaşmış şəhər redaktə

İtaliya  İtaliya, Roma (1956). Məşhur deyimə görə: fr. Seule Paris est digne de Rome; seule Rome est digne de Paris / it. Solo Parigi è degna di Roma; Solo Roma è degna di Parigi / "Yalnız Paris Romaya layiqdir; yalnız Roma Parisə layiqdir".

İqtisadiyyatı redaktə

Ölkənin mühüm iqtisadi mərkəzidir. Demək olar ki, əksər sənaye müəssisələrinin, bankların, sığorta, telerabitə kompaniyalarının (Vivendi Universal, Groupe Lagardère, Groupe TF1), məşhur mətbuat müəssisələrinin (Le Figaro, Le Monde, Libération) ofis və mənzil-qərargahları burada yerləşmişdir. İşsizlik ölkənin orta işsizlik səviyyəsinə uyğundur.

İş yerlərinin 85%-i xidmət sahələrinin payına düşür. Ümumiyyətlə iş yerlərinin 35%-i iaşə xidmətinin, 30%-i istehsal müəssisələrinin, 20%-i tikinti sektorunun və 15%-i yeyinti sənayesinin payına düşür.

Turizm biznesi yüksək inkişaf səviyyəsindədir. 2007-ci ildə Paris mağazalarında çinli turistlər 79 milyon, yaponlar 87 milyon, ruslar 72 milyon, amerikalılar 71 milyon avro xərcləmişlər.

 
Le Figaro nəşriyyatı

Nəqliyyat redaktə

Avtomobil nəqliyyatı redaktə

 
Parisətrafı dairəvi yol

Paris nəhəng nəqliyyat qovşağına malik olub, tarixi yolların kəsişdiyi şəhərdir. Parisdən radius şəkilli müxtəlif istiqamətlərə yönəlmiş avtomobil yolları başlanğıc götürürlər. Bu yollara A1 Lill isiqamətli, A4 Reyms isiqamətli, A5 Dijon isiqamətli, A6 Lion istiqamətli, A7 Never isiqamətli, A10 Orlean isiqamətli, A13 Ruan isiqamətli avtomagistrallarını misal göstərmək olar.

Bilavasitə şəhərətrafı iki dairəvi A86 və A104 magistrallarına malikdir.

 
Şəhərətrafı dairəvi yolun xəritəsi

Hava nəqliyyatı redaktə

Paris üç beynəlxalq hava limanına malikdir:

Dəmiryol nəqliyyatı redaktə

 
Sen-Lazar vağzalı

Paris vağzallarının dəmiryol xətləri Fransanın bütün əyalətləri və qonşu Avropa ölkələri ilə birbaşa əlaqəlidir.

İctimai nəqliyyat redaktə

 
Paris metrosu
 
Paris metrosunun sxemi

Ən rahat və praktik nəqliyyat vasitəsi Paris metrosudur. 1900-cü ilin iyul ayında fəaliyyət göstərən uzunluğu 212,5 km olan metro 16 xəttdən ibarətdir. Metro infrastrukturuna eyni zamanda əlavə olaraq 5 (RER – A, B, C, D, E xətləri) ekspress regional elektrik qatar xətti də daxildir.

Hələ 1930-cu illərdə ləğv edilmiş tramvay xətlərinin 1992-ci ildən etibarən bərpasına başlanılmışdır. 4 xəttə malik tramvaylar Parisin əsasən ətraf məhəllələrlə əlaqələndirilməsində heç də az rol oynamırlar.

Parisin avtobus nəqliyyat sisteminə nəinki adi marşrutlar, eyni zamanda turist marşrutları da daxildir.

2007-ci ildən Parisdə çoxlu sayda avtomat velosiped kirayə məntəqələri (Vélib) mövcuddur.

Təhsil redaktə

Fransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir. Sarbonna universitetinin əsası 1257-ci ildə xeyriyyə məqsədilə onlarla kasıb tələbənin təhsil ala bilməsi üçün Robert Sarbon tərəfindən yaradılmış kolleclə qoyulmuşdur. XIV əsrdən etibarən universitet adlanaraq, Parisin və Fransanın ən iri və nüfuzlu təhsil müəssisəsinə çevrilmişdir. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünmüşdür.

Parisin digər məşhur təhsil müəssisələrinə Kollec de Frans, Politexnik məktəbi, Katolik institutu, Dağ-mədən və Milli idarəetmə institutları aiddirlər. Həmçinin 5 akademiyanı, xüsusilə 1803-cü ildən tərkib hissəsi sayılan Fransa Akademiyasını özündə birləşdirən Fransa İnstitutu (Institut de France) Parisdə yerləşir. Fransa Akabemiyası Paris ədəbiyyat dərnəyi əsasında 1629-cu ildə Valentin Kanrar tərəfindən təsis edilmişdir. Akademiya 1635-ci ildən dövlət elm müəssisəsi statusuna malikdir. Fransa Milli Kitabxanası 1368-ci ildə kral V Karl tərəfindən Luvrdakı şəxsi kitabxanası əsasında yaradılmışdır. Kral XI Lüdovikin vəfatından sonra monarxa məxsus bütün əlyazmaların ənənəyə əsasən məhv edilməsinə qarşı çıxaraq, əksinə onların toplanib kitabxana fonduna verilməsi qərarına gəlməsi onu daha da zənginləşdirmişdir.

Muzeylər redaktə

1793-cü ildə Fransa krallarının keçmiş iqamətgahında yaradılmış Luvr muzeyi dünyada ən zəngin, 30 000 eksponatdan ibarət kolleksiyaya malikdir. Dünya incəsənətinin şedevrləri sayılan Mona Liza rəsm əsəri və Miloslu Venera heykəli məhz burada saxlanılır.

Luvr muzeyinin şüşəli piramida formasındakı girişi
 
Muzey Orsay
 
Pikasso muzeyi

Orse muzeyi 1980-ci illərdə Sena sahilindəki Viktor Lalunun layihəsi əsasında 1900-cü ildə tikilmiş keçmiş Orse dəmiryol vağzalının binasında yaradılmışdır. Muzeyin kolleksiyası fransız impressionistlərinin əsərləri ilə zəngindir.

Pikasso muzeyinin kolleksiyasına 250 əsər daxildir. 1985-ci ildə Parisin Mare məhəlləsindəki 1656–1659-cu illərdə inşa olunmuş Sale malikanəsində yaradılmış və Pablo Pikassonun yaradıcılığına həsr olunmuşdur. Kolleksiyaya əsasən Pikassonun əsərləri və onun özü tərəfindən yığılmış bir çox rəssamın (Jorj Brak, Pol Sezan, Anri Matis, Amadeo Modilyani) əsərləri daxildir.

Teatr redaktə

Parisdə iki opera teatrı, Opera Qarnye və Bastiliya operası fəaliyyət gostərir. 1875-ci ildə açılan və memarının adı ilə adlandırılan "Opera Qarnye"nin sahəsi 11 237 m² olub dünyanın ən böyük operası sayılır.

Görməli yerləri redaktə

Parisin görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü – Napoleonun sərəncmı ilə 1806–1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmiş Zəfər tağı, 1887–1889-cu illər arasında Qustav Eyfelin layihəsi əsasında inşa edilmiş Eyfel qülləsiXII əsrdə Site adasında tikilmiş Notr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir.[7]

Parisin gecə görüntüsü

Beş kral meydanı redaktə

Parisin malik olduğu "Beş kral" meydanı onun tarixini əyani əks etdirən atributlardan sayılır.

border=none  Əsas məqalə: Vandom meydanı

Vandom meydanı (fr. Place Vendôme), əvvəlki "Böyük Lüdovik meydanı" (fr. Place Louis le Grand) — Parisin "beş kral meydanından" biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xəttləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699 cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720 ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur.

Konkord meydanı ya Razılıq meydanı (fr. Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görə Fransanın Bordo şəhərindəki lat. “Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. Meydan Sena çayından şimalda, VIII arrondissement ərazisində, Tyuilri bağı ilə Şanzelize prospekti arasında yerləşir. Konkord meydanına RivoliRoyal küçələri açılırlar.

Viktoriya meydanı ya Qələbə meydanı (fr. Place des Victoires) — Parisin mərkəzi lakin bir o qədər də böyük olmayan meydanı, "5 kral meydanından" dördüncüsü. Meydan Pale-Royaldan şimal-şərqdə, I və II arrondissementlərin sərhəddində, Luvrdan 500 m şimalda yerləşir. Holland müharibəsi bitdikdən və Nimvegen sülhü bağlandıqdan sonra onun salınmasının təşəbbüskarı marşal La Feyad olmuşdur. Marşal La Feyad həmin sahəni alıb, ətraf evləri sökdürüb memar Jül Arduen Mansara mərkəzində XIV Lüdovikin at üstündə heykəli olan bir meydan salmağı tapşırır. Bununla o, fransızların Holland müharidəsindəki qələbəsini əbədiləşdirmək istəmişdir.

border=none  Əsas məqalə: Dofina meydanı (Paris)

Dofina meydanı ya Vəliəhd meydanı(fr. Place Dauphine) — Parisin mərkəzi meydanı, "5 kral meydanından" ikincisi. Meydan 1607 ci ildə kral IV Henri tərəfindən vəliəhd XIII Lüdovikin şərəfinə sifariş edilmişdir. O dövrdə (XVII əsrdə) bu meydan Voje meydanından sonra ikinci kral meydanı olmşdur.

Vogezlər meydanı (fr. Place des Vosges)) — Parisin ən qədim meydanı, "5 kral meydanından" birincisi. Mare məhəlləsində yerləşən bu meydan kvadrat şəklindədir. 1799 cu ilə qədər "Kral meydanı" fr. Place Royale adlanmış.

Brendlər redaktə

border=none  Əsas məqalə: Chanel

Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel‎) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması öz fəaliyyətinə 1910 cu ildə Parisdə Kambon küçəsi (fr. Rue Cambon) 21 ünvanında, Ritç otelinin arxasında fr. “Chanel Modes” atelyesini açmaqla başlamışdır.

Mənbələr redaktə

İstinadlar redaktə

  1. Google Books (çd.). 2005.
  2. 1 2 3 4 archINFORM (alm.). 1994.
  3. répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
  4. Populations légales 2020. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2022.
  5. "Париж" (rus). 22 июня 2021. 2013-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  6. "Comparateur de territoire: Unité urbaine 2020 de Paris (00851)" (French). INSEE. 19 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2021.
  7. Famous Places to Visit in Paris[ölü keçid]

Xarici keçidlər redaktə


Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024