Paris-Dofin Universiteti Haqqinda Melumat - Vikipedia

Paris-Dofin Universiteti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Paris-Dofin Universiteti

Paris-Dofin Universiteti (fr. Université Paris-Dauphine) — Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşən ali təhsil müəssisəsi;

Paris-Dofin Universiteti
Loqonun şəkli
Xəritə
48°52′14″ şm. e. 2°16′26″ ş. u.
Əsası qoyulub 1968
Tip Dövlət
Rektor Laurent Batş[1]
Tələbə sayı 10,000
Şəhər Paris şəhəri
Ölkə
Sayt dauphine.psl.eu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Paris-Dofin Universiteti 1968-ci ildə Paris Universitetində keçirilən islahatlar nəticəsində təsis olunmuşdur.[2]

Məkanı redaktə

Hazırda bu universitet Parisin qərbində, NATO-nun keçmiş qərərgahında yerləşir.[2]

Tərkibi redaktə

Universitetin tərkibinə Maliyyə İnstitutu və Riyazi Tədqiqatlar Mərkəzi daxildir.[2] Universitetdə əsas diqqət tətbiqi riyaziyyat, informatika və idarəçilik sahələrində tədqiqatların inkişafına ayrılır.[2]

Kontingenti redaktə

Burada 10 min tələbə təhsil alır və təxmini 365 müəllim çalışır.

Reytinqi redaktə

Paris-Dofin Universiteti iqtisadiyyat və 60 istiqamətdə idarəetmə sahəsində ən yaxşı ali təhsil müəssisələrindən biridir.[2]

Tədris redaktə

Universitetin Fransanın özəl və dövlət şirkətləri ilə sıx əlaqələri burada müəssisələrin maliyyələşməsi, maliyyə menecmenti, dövlət və bələdiyyə maliyyələri kimi fənlərin yüksək səviyyədə tədris olunmasına imkan yaradır.[2] Bu fənlərin müəllimləri universitetin 23 tədqiqi mərkəzlərində fəal şəkildə araşdırmalar aparırlar.[2]

Magistr proqramı redaktə

Universitetdə maliyyə, bank işi və sığortalama üzrə magistr proqramları çox məşhurdular.[2] Magistr proqramına əsas iqtisadi anlayışlar (marko və mikro iqtisadiyyat, təhlilin kəmiyyət üsulları) və həmçinin xüsusi fənlər (maliyyə təhlili, bank texnologiyaları və məhsulları, maliyyə idarəçiliyi, beynəlxalq maliyyələr və s.) daxildir.[2]

Xarici əlaqələri redaktə

Universitet dünyanın təxminən 90 ali təhsil müəssisələri ilə saziş bağlayıb.[2]

Maraqlı faktlar redaktə

1994-cü ildə universitetin professoru Pyer Lui Lion "Filds medalı"na layiq görülmüşdü.[2]

Şəkilləri redaktə

İstinadlar redaktə

  1. BIOGRAPHIE DE LAURENT BATSCH Arxivləşdirilib 2011-09-20 at the Wayback Machine. educpros.fr  (fr.)
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 Paris-Dofin Universiteti Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. banker.az, 20.02.2014  (az.)

Xarici keçidlər redaktə

  • dauphine.fr — Paris-Dofin Universitetinin rəsmi saytı

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024