Paris Konservatoriyası Haqqinda Melumat - Vikipedia

Paris Konservatoriyası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Paris Konservatoriyası

Paris Konservatoriyası — 1795-ci ildə yaradılan musiqi və rəqs məktəbi, hal-hazırda Parisin 19-cu bölgəsində mövcud olan Jan Jores küçəsində yerləşir. Konservatoriya musiqi, rəqs, dramrəsm sahələrində ənənəvi "fransız məktəbi" istiqamətində təhsil verir. 1946-cı ildə konservatoriya iki ayrı konservatoriyaya ayrıldı; teatr, dram və aktyorluq fakültələrinin olduğu Conservatoire national supérieur d'art dramatique (CNSAD) və musiqi, rəqs təhsilinin verildiyi Conservatoire national supérieur de musique et de danse de Paris (CNSMDP).

Paris Konservatoriyası
CNSMDP
Conservatoire national supérieur de musique et de danse de Paris
Loqonun şəkli
Xəritə
48°53′20″ şm. e. 2°23′27″ ş. u.
Əsası qoyulub 3 avqust 1795
Tələbə sayı 1.339[1]
Ölkə
Sayt conservatoiredeparis.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Köhnə konservatoriya binası (1911-ci ilə qədər) indiki CNSAD binasıdır.

Konservatoriya Fransa Mədəniyyət Bələdiyyəsinin himayəsi altında fəaliyyətini davam etdirir.

Tarix redaktə

Paris Konservatoriyasının tarixi XIV Lüdovikin 1669-cu il iyunun 28-də qurduğu Kral musiqi məktəbinə (fr. École Royale de Chant) qədər gedib çıxır. 1785-ci ildə Fransua Josef Qossek konservatoriyanı yenidən qurdu.

1793-cü ildə konservatoriya Kral musiq məktəbi milli qvardiyanın musiqiçiləri üçün olan bir məktəblə birləşdirildi və İnsitut national de musique olaraq adlandırıldı.

Böyük Fransa inqilabı ərəfəsində qurulmuş olan Milli konqres məktəbi 1795-ci ildə Musiqi Konservatoriyası (fr. Conservatoire national supérieur de musique) adlandırıldı və yeni konservatoriyanın ilk 350 şagirdi 1796-cı ilin noyabrında təhsillərinə başladı.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  • Pierre, Constant, editor (1900). Le Conservatoire national de musique et de déclamation. Documents historiques et administratifs. Paris: Imprimerie National. 1031 pages. View at Google Books.

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024