Pennzoyl Haqqinda Melumat - Vikipedia

Pennzoyl Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pennzoil — 2002-ci ildə Royal Dutch Shell tərəfindən alınmış ABŞ neft şirkəti. Şirkətin baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşir.

Pennzoyl
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye neft sənayesi[d]
Məhsulu Mühərrik yağları
Təsis tarixi 1963
Baş qərargahın yeri
pennzoil.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

1889-cu ildə Pensilvaniyada Con Rokfellerə məxsus Standard Oil-in törəmə şirkəti olan South Pen Oil Co. tərəfindən kommersiya neft hasilatına başladı. 1960-cı ildə South Pen şirkəti Penn's neft şirkətinə çevrildi və artıq 1963-cü ildə şirkətin adı Pennzoil olaraq dəyişdirildi[1]. 70-ci illərdə şirkətin baş ofisi Pensilvaniyadan Texas ştatının Hyuston şəhərinə köçürüldü.

XX əsrin 70–90-cı illərində şirkət ənənəvi olaraq satış həcminə görə müxtəlif növ sürtkü yağları istehsal edən qlobal şirkətlər arasında lider mövqe tutdu. Şirkət həmçinin benzin istehsal edirdi və şirkətin 1989-cu ilə qədər Birləşmiş Ştatlarda yüzdən çox yanacaqdoldurma məntəqəsi var idi. 1990-cı ildə şirkət, həmçinin sürtkü yağları bazarında ixtisaslaşan və geniş pərakəndə satış məntəqələri və avtomobil təmiri sexləri şəbəkəsinə malik olan Jiffy Lube-un aktivlərini satın aldı. 1998-ci ildə Pennzoil və Quaker State adlı iki şirkətin birləşməsi zamanı 2002-ci ildə Royal Dutch Shell tərəfindən satın alınan yeni Pennzoil-Quaker State şirkəti yarandı[2].

Pennzoil şirkəti Xəzər dənizinin şelfinin Azərbaycan sektorundakı neft yataqlarının perspektiv işlənməsində iştirak etmək arzusunu bildirən ilk xarici şirkətlərdən biri olmuşdur. "Azəri–Çıraq–Günəşli" neft yataqlarının mənimsənilməsi və işlənməsi üzrə müqavilənin şərtlərinə görə, şirkət yataqların işlənməsinə 726 milyon ABŞ dolları (9,81%) investisiya etməli idi və bunda şirkətin mənfəət payı layihə 2,46% təşkil etmişdir. 1999-cu ildə şirkət bu layihədəki payını Yaponiyanın Itochu şirkətinə satmışdır[3].

İstinadlar redaktə

  1. "Encyclopedia Britannica. Pennzoil Company". 2011-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-25.
  2. Shell приобретает Pennzoil.Rol.ru
  3. "Сайт посольства Азербайджана в КНР". 2009-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-25.

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024