Peritonit Haqqinda Melumat - Vikipedia

Peritonit Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Peritonit — (lat. peritoneum periton yaxud qarın boşluğunu örtən seroz qişa + lat. -itis iltihabi göstərən şəkilçi) peritonun iltihabı, qarın boşluğunun iltihabı.

Peritonit
XBT-10 K65.
XBT-9 567
XBT-9-KM 567.8[1][2], 567.89[1][2], 567.82[2]
DiseasesDB 9860
MedlinePlus 001335
eMedicine med/2737 
MeSH D010538
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səbəbləri redaktə

Peritonitin ən çox görülən səbəbi mədə-bağırsaq traktının qarın boşluğuna perforasiyasıdır(deşilməsi), buna görə mədə və ya bağırsaq tərkibi və mikroflorası, yəni mədə-bağırsaqların lümenində yaşayan bakteriyalar qarın boşluğuna daxil olur. Ancaq periton qıcıqlanmasının səbəbləri başqa amillər də ola bilər: yad cisim, öd kisəsi dəlinməsi yaxud qaraciyər yırtılması nəticəsində ödün peritona axması, dəlinmiş mədə xorasından mədə turşusu. Qadınlarda peritonit səbəblərindən biri də infeksiyalı uşaqlıq borusu və ya yumurtalıq kistasının partlaması ola bilər [3]

Növləri redaktə

İltihabın qaynaqlarına görə peritonitlər bir neçə cür olur:

  • İnfeksion (yoluxucu)
    • birincili - bura qaraciyər xəstəlikləri və assit zamanı spontan bakterial peritonit və peritoneal dializ alan xəstələrdə əmələ gələ bilər.
    • ikincili - qarın boşluğu orqanlarının zədələnməsi sonucu (dəlinməsi, yırtılması)
    • üçüncülü - sürəkli və ya antibiotik müalicədən sonra qayıdan infeksiya nəticəsinda qarın boşluğu orqanlarının zədələnməsi olmadan əmələ gəlir. Qan yoluyla keçir, immun çatmamazlığı zamanı meydana gələ bilər.
    • peritoneal absses infeksion mayenin fibrinli ekssudat, piylik və ya qonşu orqan tərəfindən kapsullaşması, bir qovuğa toplaşması nəticəsində törəyir.
  • Qeyri-infeksion (steril, qeyri-yoluxucu)
    • kimyəvi - qan, öd, kontrast maddəsi (barium sulfat) ya başqa qıcıqlandırıcıların peritona yayılması yaxud boşluqlu orqanın divariçindən gələn iltihabi qeyri-infeksion prosesin (məsələn, Kron xəstəliyi) peritona yayılması sonucu əmələ gəlir.
    • autoimmun - Aralıq dənizi qızdırması zamanı vaxtaşırı qayıdan birincili peritonit.

Əlamətləri redaktə

Peritonitin simptomları qarın ağrısı, qızdırma, ishal, sidikqovucu müalicəyə rəğmən yaxşılaşmayan assit, bağırsaq keçməzliyi ola bilər.

Ağırlaşmaları: kəskin böyrək çatmamazlığı yaxud xroniki böyrək çatmamazlığının ağırlaşması.

Diaqnostika redaktə

Laborator üsullar redaktə

  • qanın analizi - sola meyilli leykositoz (>11,000 hücr/μ L), C-reaktiv zülalın kimi iltihab göstəricilərin qalxması müşahidə olunur. Dalaq böyüməsi (hipersplenizm), ağır sepsis və immun çatmamazlığı dənəli leykositlərin artımını azalda bilər.Qaraciyər (GOT, GPT, GGT, AP, Bilirubin) və laxtalanma (PT, PTT, İNR) göstəriciləri qaraciyər xəstəliyini, amilaza və lipaza - pankreatiti aşkarlaya bilər. 1,1-dən artıq olan zərdab-assit albuminin nisbəti (qradienti) (SAAN, SAAQ) spontan bakterial peritonitə (SBP) xassdır.
  • sidiyin analizi böyrək və sidik-ifrazat sistemində xəstəlikləri aşkarlamağa kömək edir. Ancaq aşağı qarın ağrıları və çanaq infeksiyaları zamanı da sidikdə ağ qan hüceyrələrin artması və mikrohematuriya görülə bilər.
  • nəcisin analizi ishallı xəstələrdə keçirilir: Clostridium difficile, Salmonella, Shigella, CMV və b. xəstəlik törədicilərin nəcisdə tapılması infeksion enterokoliti üzə çıxara bilər.
  • parasentez - assitik mayenin şprislə deşilməsi. Mayedə pH, qlükoza, zülal, laktat dehidrogenaza (LDH), hüceyrə sayı, Qram boyaması, aerob və anaerob kulturaları müayinə olunmalıdır. Pankreatitdən və ya pankreatik sızmadan şübhələndikdə analizlərə amilaza da qatılmalıdır. Öd və sidik sızmalarına şübhə edildikdə bilirubin və kreatinin səviyyələri də ölçülməlidir. Bakterial peritonitlər adətən normadan aşağı pH və qlükoza, yüksək LDH və zülal nümayış etdirirlər.

Görüntüləyici üsullar redaktə

 
Diafraqmaaltı toplaşmış sərbəst hava
  • ultrasəs müayinə assitin (birincili spontan bakterial peritonitin səbəbi), öd daşlarının və ya öd kisəsinin iltihabının olub olmamasını aşkarlayır.
  • yatıq və duran vəziyyətə qarın rentgeni qarın boşluğunda sərbəst havanın, böyrək daşlarının olub-olmamasını göstərir. Sərbəst hava çox vaxt mədə və onikibarmaq bağırsağın dəlinməsində, daha az nazik və yoğun bağırsağın perforasiyasında müşahidə olunur, kor bağırsağın (appendiks) dəlinməsində isə rast gəlinmir. Öd kisəsinin və ya siqma divertikulitin örtülü dəlinməsində, eləcə də kiçik həcmli sərbəst hava toplaşmasında rentgen şəkillərində sərbəst hava görünmür.

Müalicə redaktə

Kəskin peritonitin müalicəsi təcili cərrahi əməliyyatdır. Əməliyyatın əsas məqsədi:

  • iltihabi ocağın aradan götürülməsi
  • irinin, nekrozların və fibrin ərpin aradan götürülməsi (yaranın təmizlənməsi və peritoneal yuyulma, lavaj)
  • qarın boşluğunun bütün nahiyələrinin suyunun çəkilməsi (drenaj)

Qaynaqlar redaktə

  1. 1 2 Disease Ontology (ing.). 2016.
  2. 1 2 3 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. eMedicine. Brian James Daley. Peritonitis and Abdominal Sepsis. Arxivləşdirilib 2022-09-15 at the Wayback Machine

Saytda 29 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024