Peterhof (muzey-qoruq) Haqqinda Melumat - Vikipedia

Peterhof (muzey-qoruq) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Peterhof (muzey-qoruq)

Peterhof Dövlət Muzey-Qoruğu (rus. Государственный музей-заповедник „Петергоф“) dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir.

Peterhof Dövlət Muzey-Qoruğu
Государственный музей-заповедник „Петергоф“
Xəritə
Əsası qoyulub 1918
Mövzu dövlət təşkilatı[1]
Ölkə
Yerləşir Rusiya Rusiya Peterhof
59°53′ şm. e. 29°55′ ş. u.
peterhofmuseum.ru

Təsvir redaktə

İlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksiKolonist parkı, Strelnada yerləşən I Pyotr sarayıKonstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir.[2]

Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur.[1] 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur.

Tarixi redaktə

  • 19 may 1918 – Peterhof saray-park kopleksinin idarə olunması üçün Sovet Rusiyası rəhbərliyi tərəfindən "Peterhof" DMQ təsis edilmişdir[3].
  • sentyabr 1941 – yanvar, 1944 – "Peterhof" DMQ almanların işğalı altında olmuşdur. Həmin müddət ərzində kompleksə daxil olan saraylar qarət edilmiş, dağıdılmış və yandırılmış, heykəllər dağıdılmış, ağaclar məhv edilmiş, fontanlar sıradan çıxarılmış, muzeylər qarət olunmuşdur.[4]
  • sentyabr 1944 – 1947 – Peterhof saray-park kompleksinin bərpa olunması üçün əsasə restavrasiya işləri aparılmışdır.
  • 1999-cu il – restavrasiya işlərindən sonra I Pyotrun sarayı ziyarətçilərin üzünə açılmışdır.[5]
  • 2003-cü il – restavrasiya işlərindən sonra Konstantin sarayı ziyarətçilərin üzünə açılmışdır.[5]
  • 2007-ci il – "Oranienbaum" DMQ "Peterhof" DMQ-nun tərkibinə daxil edilmişdir.[2]
  • 12 iyun 2008-ci il – "Rusiyanın Yeddi Möcüzəsi" müsabiqəsinin qalibləri elan edilmiş və Peterhof saray-park kompleksi də qaliblər sırasına daxil olmuşdur.[6][7]
  • noyabr 2008 – "Peterhof" DMQ-na daxil olan obyektlər "Magistral" mühafizə qurumunun nəzarətinə verilmişdir.[8]

Direksiya redaktə

  • "Peterhof" DMQ-nun direksiyası Razvodnaya küçəsi, Peterhof ünvanında yerləşir.
  • Direktor: Kalnitskaya Yelena Yakovlevna.
  • Muzey-qoruq Rusiya Fedreasiyası Mədəniyyət və Kütləvi Kommunikasiya Nazirliyinə tabedir.

İstinadlar redaktə

  1. 1,0 1,1 "Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник «Петергоф»". 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
  2. 2,0 2,1 "Вадим Знаменов: В Ораниенбауме будет что посмотреть!". 2008-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
  3. "Дата основания Государственного музея-заповедника «Петергоф»". 2008-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
  4. "Город Петергоф". 2009-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
  5. 5,0 5,1 "Стрельна". 2008-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
  6. "«Петергоф» — всенародно признанное чудо России". 2008-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
  7. "О проекте". 2012-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.
  8. "«Магистраль» прошла через Петергоф и Ораниенбаум". 2014-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-05.

Xarici keçidlər redaktə


Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023