Petro Poroşenko Haqqinda Melumat - Vikipedia

Petro Poroşenko Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Petro Poroşenko

Ukrayna biznesmeni, milyarderi və siyasətçisi

Petro Oleksiyovıç Poroşenko (ukr. Петро Олексійович Порошенко; 26 sentyabr 1965[1][2][…], Bolqrad[d], Odessa vilayəti) — Ukrayna Respublikasının 5-ci Prezidenti (2014–2019). Eyni zamanda biznesmen, milyarderi və siyasətçi.[3][4][5][6]. Forbes jurnalının (2013, fevral) rəyinə görə öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard)[7]. Ukrayna xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti.

Petro Poroşenko
ukr. Петро́ Олексі́йович Пороше́нко
Ukraynanın xalq deputatı[d]
12 may 1998 – 14 may 2002
Ukraynanın xalq deputatı[d]
14 may 2002 – 8 sentyabr 2005
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d]
22 yanvar 2001 – 25 noyabr 2005
Ukraynanın xalq deputatı[d]
25 may 2006 – 15 iyun 2007
Ukraynanın xalq deputatı[d]
12 dekabr 2012 – 3 iyun 2014
7 iyun 2014 – 20 may 2019
ƏvvəlkiAleksandr Turçinov
SonrakıVolodimir Zelenski
Ukraynanın xalq deputatı[d]
Vəzifədədir
29 avqust 2019-cu ildən
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1965(1965-09-26)[1][2][…] (58 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti iş adamı, siyasətçi, diplomat, iqtisadçı, təşəbbüskar
Dini şərqi ortodoks xristianlıq, Ukrayna Pravoslav Kilsəsi
Hərbi xidmət
Rəhbərlik edib
Döyüşlər
Rütbəsi ali baş komandan[d]
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri Maltanın "Xidmətlərə görə" ordeni "Vətəndaşlıq xidmətlərinə görə" böyük xaç ordeni "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Vətəndaş ləyaqəti ordeni "Xidmətlərinə görə" ordeni (Ukrayna) Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni Decoration for Exceptional Merits "Respublika" ordeni "Stara Planina" ordeni "Ağ qartal" ordeni "Böyük Vitautas" ordeni "Kral Əbdüləziz" ordeni
State Prize of Ukraine in Science and Technology Honored Economist of Ukraine adlı atıcı silah
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1998–2005-ci və 2006–2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Respublikası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Respublikasının Milli Bank Şurası rəhbəri (2007–2012-ci illər), Ukrayna Respublikasının xarici işlər naziri (2009–2010-cu illər), Ukrayna Respublikasının iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il).

Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir[8].

Həyatı redaktə

26 sentyabr 1965-ci ildə Bolqradda anadan olub. Ruminiya kralliği, Bessarabiya (indiki Odissey əyalətinin İsmayıl rayonu) əsilli atası Aleksey İvanoviç Poroşenko(d.t. 1936) 1959-cu ildən Bolqradda işləməyə başlayıb. Anası Yevgeniya Sergeyevna Poroşenko(1937–2004)Kuqurluy-Matroska (Bessarabiya, Ruminiya kralliği — indiki Odissey əyalətinin İsmayil rayonu) doğumludur və o da Bolqradda iş həyatına başlamışdı. Poroşenko, Kiyev Dövlət Universitetində Beynəlxalq münasibətlər və Beynəlxalq iqtisadiyyat fakültəsində, Belnəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almış, həmçinin O, cüdo idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur.

İş həyatı redaktə

Ali təhsilə yiyələndikdən sonra Poroşenko kakao satışında şəxsi biznesini qurur. 1990-cı ildə bir neçə qənnadı fabrikinin sahibi olur və sonralar bu fabrikləri "Roşen" adı altında birləşdirir və "Roşen" Ukraynanın ən çox məhsul istehsal edən qənnadı fabrikinə çevrilir. Sonralar şokolad istehsalında "Kral" olan Roşen məhsulunun təxminən yarısı Rusiyaya ixrac olunurdu.

Həmçinin bax redaktə

Mənbə redaktə

  • Şəxsi saytı  (ukr.)
  • "ЛІГА.Досье"-də Petro Poroşenko haqqında
  • Кость Бондаренко. "Хто й чим володіє в Україні". Львівска газета (ukrayna). 17 июля 2003. 2012-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-27.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024