Pioner 10 Haqqinda Melumat - Vikipedia

Pioner 10 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Missiya xarakterikası
Ad Pioner 10
Ölkə ABŞ ABŞ
Məqsəd(lər) Planetlərarası maqnitizmi öyrənmək
kosmik şüalar
heliosfer keçid bölgəsi
neytral hidrogen boşluğu
toz zərrəciklərinin sürəti
günəş küləkləri parametrləri
Yupiterin peykləri.
Gəmi Pioner-F
Ağırlığı 258 kq
İdarə NASA
Qalxış aparatı Atlas/Centaur/TE 364–4
Qalxış tarixi
və zamanı
3 mart 1972, 01:49:00 UTC
Qalxış yeri Qalxış Kompleksi 36 A , Keyp Kanaveral

Pioner 10 (ing. Pioneer 10) və ya Pioner F — 1972-ci ildə astoroid qurşağının xaricinə səyahət etmiş ilk insansız kosmik gəmi. 3 mart 1972-ci ildə buraxılmışdır. Pioner 10 uluzlararası səyahət üçün hazırlanmışdır. Pioner 10-un içinə insan şəkilli qızıl disk yerləşdirilmişdir. Pioner 10 1983-cü ildə Günəş sistemini tərk edərək ulduzlararası səyahətə başlamışdır.

Hazırlanması redaktə

Pioner 10 1969-cu ildə dizayn edilmişdir. Əsas məqsəd kimi Yupiterin öyrənilməsi görülürdü. Kosmik gəmi TRV üsulu ilə hazırlanmışdır. Öz kütləsi 258 kq, yanacağının və alətlərinin kütləsi uyğun olaraq 30 və 27 kq idi. Voyagerlərə oxşar olub izotop termoelektrik generatorları ilə təchiz olunmuşdur. Plutonium elementinin 238-ci izatopunu ehtiva edir ki, bu da qalxış zamanı 155 V demək idi.

Missiya redaktə

Pioner 10 10 dekabr 1973-cü ildə Yupiter ilə qarşılaşan ilk kosmik aparat olmuşdur. Aparat daha sonra elmi cəhətdən vacib məlumatlar əldə etmişdir. Günəş sisteminin xaricində missiyası 31 mart 1997-ci ildə başa çatmışdır.

 
Pioner 10 və 11-in yeri

Təmas redaktə

Günəş sisteminin xaricində zəif siqnal buraxan Pioner 10 1997-ci ildə raket uçuşlarının yoxlanışlarında istifadə olunurdu. Daha sonra Pioner 10-la əlaqə kəsilmişdir. Nəhayət 2003-cü ilin 23 yanvarında Yerdən 7,5 milyard mil uzaqlıqdan çox zəif siqnalı aşkarlanmışdır. 7 fevral 2003-cü ildəki təmas cəhdi isə uğursuz olmuşdur. Siqnalın zəifləməsinin səbəbi məsafənin getdikcə çoxalması və aparatın enerji sərfiyyatı idi. Son təmas cəhdi 10 mart 2006-cı ildə olsa da Pioner 10-dan cavab gəlməmişdir.

Xronologiya redaktə

Tarix Hadisə
3 mart 1972 Kosmosa buraxılmışdır.
15 iyul 1972 Asteroid qurşağına daxil olmuşdur.
3 dekabr 1973 Yupiter planetinin ilk şəklini göndərmişdir
13 iyun 1983 Neptun planetinin orbitinə yaxınlaşmışdır.
31 mart 1997 Missiyası başa çatmışdır.
17 fevral 1998 Pioner 10-dan 7,6 milyard mil uzaqlıqlıqda ikən siqnal qeydə alınmışdır.

Qalereya redaktə


Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023