Pirəhmədli (Füzuli) Haqqinda Melumat - Vikipedia

Pirəhmədli (Füzuli) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pirəhmədli (Füzuli)

PirəhmədliAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Pirəhmədli
39°28′25″ şm. e. 47°09′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Pirəhmədli xəritədə
Pirəhmədli
Pirəhmədli

Tarixi redaktə

Pirəhmədli kəndi öz adını məşhur türkman əmiri Pir Əhməddən alıb. Kənd Səfəvilər dövləti dönəmində Qarabağ əyalətinin Dizaq nahiyəsinə aid idi. Qarabağ xanlığına bağlı Xırdapara-Dizaq mahalının başkəndi bir sürə Pirəhmədli şenliyi olub. XVIII yüzildə mahalın naibi bu kənddə əyləşirdi. Sonralar bu kəndə "Xanlıq Pirəhmədli" deyildi. 1727-ci ilə aid Osmanlı qaynağında Pirəhmədli kəndindən bəhs olunur. Həmin bilgini yazımıza köçürürük. Dizaq nahiyəsinə tabe olan Pirəhmədli kəndi Kənd Əriş (Arış) kəndinin yaxınlığında yerləşir. Kəndin gəliri 9.600 ağça idi. Camaat əkinçiliklə məşğul idi. Dənli bitkilərdən buğda, arpa və çəltik əkirdilər. Baramaçılıqla da ilgilənənlər vardı. Xanlıq dönəmində kənd divan (xəzinə) mülkü idi. İbrahimxəlil xan sonra bu kəndi oğlu Hüseynqulu ağaya verdi. 1823-cü ilə bağlı qaynaqda kənddə Hüseynqulu ağanın torpağı, rəiyyət və rəncbəri olduğu göstərilir. Həmin qaynaqdakı məlumatı yazımıza köçürürük. Pirəhmədli kəndi— 17 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Vəliməmməd kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, çavuş 1 tüstü, dəllək 1 tüstü, molla 1 tüstü, Hüseynqulu ağanın nökərləri 2 tüstü, kasıb 4 tüstü. Hüseynqulu ağa varis qoymadan vəfat etdiyi üçün kənd qardaşı Səfiqulu ağaya qaldı. 23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada (Xırdapara)-Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var. Həmin qeydiyyatda göstərilir ki, Pirəhmədli kəndində-molla 1 tüstü, 3 kişi, bəy rəiyyəti 30 tüstü, 66 kişi qərar tutur. 1842-ci ilə bağlı qaynaqda da göstərilir ki, kənd öncə Hüseynqulu ağanın imiş. Vəfat etdiyindən qardaşı Səfiqulu ağaya qalıb. Səfiqulu ağaya bağlı rəiyyətlər dövlət tərəfindən siyahıya alınıb. Həmin siyahıda Pirəhmədli kəndində 35 tüstünün olduğu göstərilir. Pirəhmədli kəndi XIX yüzilin ikinci yarısında Böyük (Xanlıq) Pirəhmədli və Yal Pirəhmədli kəndlərinə bölündü. Azərbaycan xalqına ağır-azman oğullar bəxş etmiş Məliknamazəliyev soyu bu kənddəndir.

17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.[1]

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Pirəhmədli kəndi, "Soy" dərgisi, 7 (15), 2008. Səh.115.
  • İslam Qurbanov "Nəsilnamə"

Toponimikası redaktə

Pirəhmədli oyk. Füzuli r-nunun eyniadlı i.ə.v.-da kənd. Düzənlikdədir. Dağ yalında yerləşdiyinə görə keçmiş adı Yal Pirəhmədli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə burada maskunlaşmış pirəhmədli nəslinin adı ilə adlanmışdır.[2]

Əhalisi redaktə

İqtisadiyyatı redaktə

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024