Pirəköcə Haqqinda Melumat - Vikipedia

Pirəköcə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

PirəköcəAzərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.

Pirəköcə
40°03′46″ şm. e. 48°17′00″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Pirəköcə xəritədə
Pirəköcə
Pirəköcə

Tarixi redaktə

Pirəköcə kəndi Kürdəmir rayonunun eyniadlı bələdiyyəsinin tərkibində, Kür çayının sağ sahilində, Şirvan düzündə yerləşir. Rayon mərkəzindən 50 km, Sabirabad rayonunun mərkəzindən 23 km, Bakı şəhərindən isə 239 km uzaqlıqdadır. Sabirabadın Muradbəyli kəndi ilə Kür çayı, Kürdəmirin Axtaçı və Qocalı kəndləri ilə isə quru vasitəsilə qonşudur. Qədim zamanlarda Kür çayı vasitəsilə Pirəköcədən Tiflis, Qazax şəhərlərinə getmək olardı. Lakin XX əsrin ortalarından başlayaraq çay üzərində Mingəçevir, Şəmkir, Yenikənd və s. su-elektrik stansiyaları tikildiyindən hazırda həmin şəhərlərə getmək mümkün deyildir. Kəndin adının etimologiyası orta əsrlərdə burada olan bir pirlə bağlıdır. Kür çayı daşarkən həmin piri məhv etmişdir. Hazırda pirin qalıqları belə qalmamışdır. Kəndin adının mənası "pirə köçək" deməkdir. Sonralar bu söz aşınmaya məruz qalaraq "pirəköcə" formasına düşmüşdür. Hətta, sovet dönəmində bir zamanlar rəsmi sənədlərdə kəndin adı "Pirəköjə" kimi yazılırdı.

Toponimikası redaktə

Pirəköcə oyk. Kürdəmir r-nunun Qocalı i.ə.v.-də kənd. Kür çayı sahilində, Şirvan düzündədir. Pirəköcə variantında da qeyda alınmışdır. əsli Piraqocadır. Oykonim ”qocalı nəslinə mənsub pir” mənasında olub, eyniadlı pirin adını daşıyır. Kənddə qocah nəslinin nümayandəlari indi də yaşayır.[1]

Coğrafiyası və iqlimi redaktə

Kənddə Kür çayı sahilində məşur Tuğayı ağacları var. Yerli əhali çaydan müxtəlif kiçik və iri həcmli balıqlar ovlayırlar. Kəndin ərazisi dağ-çöl və yarımsəhra landşaft qurşağında, orta və zəif parçalanmiş dağarası düzənliklərin və ovalıqların yarımsəhra landşaftına daxildir. Pirəköcədə balıqlardan poruya, ağ balığa, sürünənlərdən su ilanına, tısbağaya, aqamaya, suda-quruda yaşayanlardan quru qurbağasına, quşlardan ördəyə, qaşqaldağa, qaza, məməlilərdən oxlu kirpiyə, qırmızıquyruq qum siçanına, yırtıcılardan canavara rast gəlmək olar. Demək olar ki, bu kəndin zoologiyası müxtəlif və zəngindir. Kəndin bitki örtüyü səhraların və yarımsəhraların yerində yenidən bərpa olunmuşdur. Yağıntıların illik miqdarı 200 mm-ə bərabərdir. Pirəköcə kəndində Kaynazoy erasına aid 4-cü dövr çöküntüləri vardır. Kənddə ən yuksək temperatur 43 dərəcədir. Kəndin torpaqları boz-çəmən rəngindədir.

Əhalisi redaktə

2008-ci ilin məlumatlarına görə kənddə 61 ev və 251 nəfər əhali var. Əhalinin əksəriyyəti kişilərdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 387 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı redaktə

Kəndin əhalisi taxılçılıq, əkinçilik, bağçılıq, bostançılıq, əsasən isə maldarlıqheyvandarlıqla məşğuldur.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024