Pir Cavanşir kilsəsi Haqqinda Melumat - Vikipedia

Pir Cavanşir kilsəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Pir Cavanşir kilsəsi

Pir Cavanşir kilsəsi ― Abidələr kompleksi Gədəbəy rayonu ərazisində yerləşmişdir. Həmin kompleksə daxil olan məbəd yaxşı yonulmuş kvadrat formalı daşlardan inşa edilmişdir. [1]

Pir-Cavanşir kilsəsi
Ölkə Azərbaycan
Şəhər Gədəbəy
Yerləşir Gədəbəy rayonu
Aidiyyatı Alban kilsəsi
Tikilmə tarixi VII əsr

Tarixi redaktə

R.B.Göyüşov dairəvi məbədlər istisna olunmaqla günbəzli məbədlərin bütün digər tiplərini VIII əsrə və ondan sonrakı dövrə aid etmişdir. [2] Məbədin adı, bizim fikrimizcə, onun dövrünü dəqiqləşdirməyə müəyyən qədər kömək edə bilər. "Alban tarixi" əsərindən məlumdur ki, Albaniya hökmdarı Cavanşir ölkə ərazisində xristian məbədlərinin inşası ilə məşğul olmuşdur. Güman etmək olar ki, bəlkə də, Pir Cavanşir məbədinin adında alban hökmdarı Cavanşirin adı əks olunmuşdur. Bunu nəzərə alaraq, həmin məbədin VII əsrin ortalarında inşa edilməsi haqqında fərziyyə xarakterli mülahizə söyləmək mümkündür. [1]

Memarlıq xüsusiyyətləri redaktə

Məbədin girişi memarlıq xaçının qərb qolunda yerləşmişdir. Memarlıq xaçının şimal və cənub qollarında apsidalı pastoforilər qərar tutmuşdur. Məbəd memarlıq xaçının şimal, cənub və şərq qollarında açılmış pəncərələr vasitəsilə işıqlandırılmışdır. Memarlıq xaçının şərq qolunda yerləşmiş mehrab apsidası nal formalı olub, dörd dərin taxçaya malikdir. Xarici tərəfdə divarların üzünü yarımdairəvi kiçik tağlar bəzəyir. Məbədin daxilində iri küplər divarlara qoyularaq hörülmüşdür. R.B.Göyüşovun fikrincə, bu üsulla məbədin akustikası gücləndirilmişdir. [2] Maraqlıdır ki, İtaliyanın Ravenna şəhərində 547-ci ildə inşa edilmiş San Vitale məbədinin günbəzi saxsı qab halqalarından qurulmuşdur. A.L.Yakobsonun fikrincə, bu üsulla məbədin günbəzi yüngülləşdirilmişdir. [3] Lakin saxsı günbəz akustikanı da yaxşılaşdıra bilərdi.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 Xəlilov M.C. Albaniyanın Xristian Abidələri (IV-X əsrlər) (az.). Bakı: AFPoliqrAF. 2011. 136–137.
  2. 2,0 2,1 Геюшев Р. Б. Христианство в Кавказской Албании (по данным археологии и письменных источников) (rus). Баку: Элм. 1984. 95.
  3. Якобсон. А.Л. Закономерности в развитии средневековой архитектуры (rus). Ленинград: Наука. 1985. 32.

Ədəbiyyat redaktə

  • Xəlilov M.C. Albaniyanın Xristian Abidələri (IV-X əsrlər). Bakı: AFPoliqraf 2011, s.341
  • Геюшев Р. Б. Христианство в Кавказской Албании (по данным археологии и письменных источников). Баку: Элм 1984, c192
  • Якобсон. А.Л. Закономерности в развитии средневековой архитектуры. Ленинград: Наука, 1985, с. 152

Saytda 212 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024