Pirdirəyi Haqqinda Melumat - Vikipedia

Pirdirəyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

PirdirəyiŞamaxı şəhərindən şimal-qərbdə, Gülüstan qalasının qalıqlarından şərqdə yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1049,4 m[1], şəhər səviyyəsindən isə 350 m.[2]

Pirdirəyi
Dağın Gülüstan qalasının qalıqlarından görüntüsü
Dağın Gülüstan qalasının qalıqlarından görüntüsü
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 1049,4[1]
Yerləşməsi
40°39′16″ şm. e. 48°37′40″ ş. u.
Ölkə  Azərbaycan
Pirdirəyi xəritədə
Pirdirəyi
Pirdirəyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

X əsrin birinci rübündə Şamaxının Şirvanşahların paytaxtı və Şirvanın mühüm və vacib şəhərlərindən biri olduğu zaman, Pirdirəyi dağının zirvəsində "pir" ziyarətgahı var idi ki, həmin dövrdə şəhərlərdə və kəndlərdə müasir Azərbaycanın ərazisində onlara tez-tez rast gəlmək olardı.[2]

Arxeoloji tədqiqatlar redaktə

Dağın dibindəki arxeoloji tədqiqatların materialları bu ərazinin erkən orta əsrlərə qədər olan tarixini əks etdirir.[3] Dağın şərq dibinin yaxınlığında erkən orta əsrlər dövrü üçün səciyyəvi olan keramik qabların çoxsaylı parçaları tapılmışdır. Sara Aşurbəylinin sözlərinə görə, bu tapıntılar vaxtilə Şamaxı yaxınlığında böyük yaşayış məskəninin olduğunu göstərilər.[2]

1967-ci ildə arxeoloqlar dağın dibində yastı qapaqlı və qulpları qabağa çıxan keramik qabların çoxsaylı qırıntılarını yığmışdılar. Taxıl ovma, həvəngdəstəni və üzüm sıxma vannaları şəklində daş alətlər aşkar olunmuşdur. Bu tapıntılar orta əsrlərə xarakterik olan istehsal texnikasının tənəzzülünü göstərir. Arxeoloq Hüseyn Ciddinin sözlərinə görə, bu tənəzzül Bizans, xəzərlilərsasanilərin arasında olan müharibələr kimi xarici amil və feodal cəmiyyətinin formalaşması kimi daxili amil ilə bağlı idi.[4]

Şamaxı şəhərindən 1 kilometr şimalda yerləşən Piridirəyin geniş yaşayış məskəni Kür-Araz mədəniyyəti materiallarıyla zəngindir. Bu məskən şumlanıb və üzümlüklərlə tutulub. 1970-ci ilin arxeoloji qazıntılar zamanı yaşayış məskəninin ərazisində əkinçilik məhsullarının emalı üçün istifadə olunan daş alətlər, nalşəkilli ocaq altlıqları və keramik qablar aşkar edilmişdir. Yığılmış keramika arasında bəzəkli olanı da var, həmçinin açıq-kremli çalarlı maye gil örtüklü olan saxsı qırıqlar tapılmışdır. Arxeoloq İdeal Nərimanovun sözlərinə görə, Piridirəyi yaşayış yeri Kür-Araz mədəniyyətinin ilkin məskənlər sırasına aiddir.[5]

Qalereya redaktə

İstinadlar redaktə

  1. 1 2 Топографическая карта К-39-122, Шемаха, 1985. (rus) Sitat səhvi: Xətalı <ref> etiketi; "ReferenceA" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  2. 1 2 3 Sara Aşurbəyli Государство Ширваншахов. — Б.: Элм, 1983. — səh.. 105. — 341 səh. (rus)
  3. Джидди, 1981, səh. 25 (rus)
  4. Hüseyn Ciddi О памятнике Пирдиреки // Доклады Академии наук Азербайджанской ССР. — 1968. — Т. XXIV, № 12. — səh. 54–57.
  5. İdeal Nərimanov. Поселения Пирдереки и Девечи // Археологические открытия 1970 года. — М.Nauka, 1971. — səh. 392.

Ədəbiyyat redaktə

  • Hüseyn Ciddi О памятнике Пирдиреки // Доклады Академии наук Азербайджанской ССР. — 1968. — Т. XXIV, № 12. — səh. 54–57. (rus)
  • Hüseyn Ciddi Средневековый город Шемаха (IX–XVII века). — Б.: Элм, 1981. — 174 səh. (rus)

Ən Son Axtarılanlar

Fayl:Qurban_Məsimov.jpg Fayl:The_Occupational_Ptrsion_Schemes_(Disclosure_of_Information)_Regulations_1996_(UKSI_1996-1655). Fayl:Skin_diseases_-_their_description,_pathology,_diagnosis,_and_treatmtrt_-_with_a_copious_formula Fayl:Message_from_the_President_of_the_United_States,_ruansmitting_sundry_statements_relative_to_the Fayl:Predictors_of_academic_success_of_graduate_studazts_in_the_communications_managemazt_curriculum Fayl:Italy_and_the_rise_of_a_new_school_of_criticism_in_the_18th_caztury_(with_special_referazce_to_ Fayl:Medical_law_for_medical_men_(elecenonic_resource)_-_their_legal_relations_shortly_and_popularly Fayl:Moise_Kean_-_2015_-_Juventus_FC_(youth_team).jpg Fayl:Stars10055.svg Fayl:An_analysis_of_the_U.S._Departmazt_of_Defazse_conruacting_and_logistics_support_during_the_firs Fayl:The_National_Insurance_(Indusazial_Injuries)_(Insurable_and_Excepted_Employments)_Amendment_Reg Fayl:Distribution_of_woolly_mammoth.png Fayl:A_manual_of_palaeontology_for_the_use_of_students_with_a_general_inenoduction_on_the_principles Fayl:Chavasse's_advice_to_a_wife_-_on_the_management_of_her_own_health_and_on_the_treatment_of_some_ Dövlət_Yerquenluşu_Layihə_İnstitutu Fayl:The_dogmatic_faith-_an_inquiry_into_the_relation_subsisting_betweru_revelation_and_dogma_-_in_e Fayl:The_art_of_the_Vitrna_galleries,_giving_a_brief_history_of_the_public_and_private_galleries_of_ SəhifəyəKeçidlərXeberazerbaycanin-qeyri-neft-sektorunda-onlarla-brende-cevire-bilecek- xeberermenistan-sefiri-etimadnamenin-suretini-macaristan-xarici-isler-nenirliyinin-protokol-rehberi Fayl:ImamReza(A).jpg
Dostlarınla Paylaş

Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024