Polşa–Belarus divarı Haqqinda Melumat - Vikipedia

Polşa–Belarus divarı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Polşa–Belarus divarı

Polşa–Belarus divarı — 2022-ci ildə Polşa hakimiyyəti tərəfindən qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Polşa və Belarusiya sərhəddindəki ayırıcı divar.[1][2][3]

Polşa–Belarus divarı
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 180 km
Tarixi
Yaradılıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəmin redaktə

Polşa və Belarus sərhədində hasarın çəkilməsinə səbəb 2021-ci ilin yazında yaranan miqrasiya böhranı olub. 2021-ci ilin yayından etibarən Yaxın Şərq və Afrika ölkələrindən olan miqrantların Belarusun Litva, LatviyaPolşa ilə sərhədini qanunsuz keçmək cəhdlərinin sayı kəskin artıb. 2021-ci il sentyabrın 2-dən noyabrın 30-dək olan müddətdə Podlaskie və Lyublin voyevodalığının Belarusla sərhədə bitişik 183 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib[4][5].

2021-ci il oktyabrın 29-da Seym Belarusla dövlət sərhədi boyunca divar tikintisi haqqında qanun qəbul esdir və bu qanuna təcili baxılır[6] və bu qanun noyabrın 4-də prezident Andjey Duda tərəfindən imzalandıqdan sonra qüvvəyə minib. Divarın tikintisi 1 milyard 615 milyon zloti (400 milyon dollardan çox) dəyərində qiymətləndirilirdi.

Tikintisi redaktə

4 yanvar 2022-ci ildə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik ölkənin sərhəd xidməti Belarusla sərhəddə tikanlı məftillərlə polad divarın tikintisinə dair podratçılarla müqavilələr imzaladığını elan edir. Onun ümumi uzunluğu heyvanların keçidi üçün 22 qapının təşkili ilə 186 kilometr olmalıdır[7].

Yanvarın 24-də Polşa sərhədçisinin mətbuat katibi Anna Mixalska jurnalistlərə bildirib ki, yanvarın 25-dən divarın tikintisinə başlamağa hazırdır[8].

Daxili İşlər Naziri Mariuş Kaminski Twitter mikrobloqunda elan etdiyi kimi şlaqbaumun tikintisi 30 iyun 2022-ci ildə başa çatdırılıb[9][10][11].

Tənqidi redaktə

Divarın tikintisinə həm Polşada, həm də Belarusda ekoloji fəallar etiraz ediblər. Onların fikrincə, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Belovejskaya Puşça da daxil olmaqla ekosistemi iki hissəyə ayıracaq[12][13].

Bundan əlavə, siyasətçilər 2015-ci ildə Macarıstanın Serbiya və Xorvatiya ilə sərhədlərində inşa edilmiş, lakin qeyri-qanuni miqrasiyanın dayandırılmasına səbəb olmayan oxşar strukturu misal gətirərək, divarı miqrantlarla mübarizədə səmərəsiz adlandırıblar[14].

İstinadlar redaktə

  1. "Польша во вторник начнет строительство заграждения на границе с Белоруссией" (rus). РИА Новости. 2022-01-24. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  2. "Work on Belarus border barrier to start on Tuesday". THEfirstNEWS (ingilis). 2022-01-24. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  3. "Poland begins work on new EU-Belarus border wall to deter migrant crossings". The Straits Times (ingilis). 2022-01-25. 2023-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  4. "Stan wyjątkowy na granicy z Białorusią. Jest decyzja prezydenta" (polyak). Polska Agencja Prasowa. 2021-09-02. Archived from the original on 2023-02-18. İstifadə tarixi: 2023-05-11.
  5. "Польша ввела чрезвычайное положение на границе с Белоруссией" (rus). РИА Новости. 2021-09-02. 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  6. "Mur na granicy z Białorusią powstanie. Sejm zadecydował" (polyak). Sputnik. 2021-10-29. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  7. Natalia Pacholczyk. "Granica z Białorusią. Straż Graniczna podpisała umowy na budowę zapory. W tle 523 mln zł". Wiadomości (polyak). 2022-01-04. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  8. "Польша 25 января начнет строить заграждение на границе с Белоруссией" (rus). Известия. 2022-01-24. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  9. Urszula Gwiazda. "Koniec prac nad budową zapory na granicy z Białorusią". RMF24 (polyak). 2022-06-30. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  10. "Польша закончила строительство забора на границе с Белоруссией" (rus). РБК. 2022-06-30. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  11. Vanessa Gera, Kirsten Grieshaber. "Poland completes Belarus border wall to keep migrants out". CTV News (ingilis). 2022-06-30. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-23.
  12. Иван Сысоев. "Экологи требуют от ЕС запретить Польше строить стену на границе с Беларусью". RG.RU (rus). 2022-02-01. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  13. "Чем опасно появление польской стены в Беловежской пуще? Мнение главы Минприроды Беларуси". ONT.BY (rus). 2022-11-20. 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
  14. "Стену между Польшей и Белоруссией назвали неэффективной для борьбы с мигрантами". Lenta.ru (rus). 2022-07-04. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024