Polygon (veb-sayt) Haqqinda Melumat - Vikipedia

Polygon (veb-sayt) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Polygon (veb-sayt)

video oyun veb-saytı

Polygon — xəbərlər, gözdən keçirmələr və videolar paylaşan videooyunlar üzrə ixtisaslaşmış ABŞ saytı. 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlayan "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. Onlar həmçinin içərisində video məzmunu olan lonqrid jurnalabənzər bədii məqalələr hazırlayırdılar və oyun yeniləndikcə rəylərini dəyişdirirdilər.

Polygon
Loqonun şəkli
2015-ci ildən bəri istifadə edilən loqo
URL polygon.com
Kommersiya Bəli
Tipi Videooyun mədəniyyəti
Qeydiyyat Bəli (qeyri-məcburi)
Dilləri ingilis dili
Proqramlaşdırma dili HTML5
Sahibi Vox Media
Redaktor Kristofer Qrent
Açılma tarixi 24 oktyabr 2012 (11 il əvvəl) (2012-10-24)
Hazırkı statusu Fəaliyyət göstərir
Alexa reytinqi 1,421 (sentyabr 2018-ci ildən etibarən)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saytın istehsal prosesi 10 ay davam etmişdir və onun 16 nəfərli işçi heyətində "Joystiq", "Kotaku" və "The Escapist" saytlarının baş redaktorlarını da ehtiva edirdi. Saytın dizaynı HTML5 adaptiv standartlarla hazırlanmışdı və çəhrayı rəng çertyojuna malik idi. Saytın reklamları müəyyən məzmunlu qurumların birbaşa sponsorluqlarına əsaslanırdı. "Vox Media" şirkəti saytın hazırlanması barədə bir sənədli film seriyası istehsal etmişdir.

Tarix redaktə

Videooyun mədəniyyəti üzrə ixtisaslaşmış "Polygon" bloqu 24 oktyabr 2012-ci ildə "Vox Media" şirkətinin üçüncü mülkiyyəti olaraq fəaliyyətə başlamışdır. Saytı texnologiya üzrə ixtisaslaşmış və 2011-ci ildə "SB Nation" idman bloqunun bir genişləməsi olaraq fəaliyyətə başlamış "The Verge" bloqunun əsasında yaradılmışdır. 2011-ci ilin əvvəllərində "Vox Media" şirkətinin baş icraçı direktoru Cim Bankoff videooyunlar üzrə ixtisaslaşmış bir sayt qurmaq barədə danışmq üçün "Joystiq" videooyun bloqunun baş redaktoru Kristofer Qrant ilə əlaqə qurmuşdur.[2][a] Bankoff videooyunların "Vox Media" şirkətinə uyğun bir bazar hesab edirdi, çünki "Vox Media" saytları 18–49 yaş demoqrafikinin üzvlərini cəlb edirdi.[3] O, mobilsosial şəbəkə oyunları kateqoriyalarını nəzərdən keçirərək videooyunları genişlənən bir bazar olaraq görmüşdür. "Forbes" jurnalı Bankoffun təklifini məzmun fermaları və yox olan çap publikasiyalarının dövründə “onlayn jurnalistikaya ciddi təəhhüd” kimi təsvir etmişdir, ancaq Qrant Bankoffa güvənməmiş və onun təklifini rədd etmişdir.[2] "Vox Media" şirkətinin "The Verge" saytının inkişafında göstərdiyi səyləri, onların verilənlər bazasının idarəetmə sistemini, eləcə də onların paylaşdıqları məzmunların və əldə edikləri sponsorluqları gördükdən sonra Qrant fikrini dəyişmiş və Bankoffla danışıqları davam etdirmişdir. Qrant yeni qurulacaq saytın "GameSpot" və "IGN" kimi videooyun mədəniyyəti üzrə ixtisaslaşmış ən böyük saytlarla rəqabət aparmasını, ancaq hələ də lonqrid "jurnalabənzər jurnalistika"ya rəhbərlik etməyi arzulayırdı.[2][b] Saytın “videooyun jurnalistikasını yenidən xarakterizə etmək” cəhdinin bir parçası olaraq "Vox Media" saytın təsis edilməsi barədə "Sıfırlamağa basın" (ing. Press Reset) adlı 13 hissəli bir sənədli film seriyası hazırlamışdır.[3]

"Forbes" jurnalı "Polygon" saytının orijinal 16 nəfərlik işçi heyətini üç fərqli rəqib videooyun bloqlarının baş redaktorlarını ehtiva etdiyinə görə “ulduzlarla örtülmüş” kimi təsvir etmişdir.[2] 2012-ci ilin yanvar ayında Qrant "Joystiq" saytını tərk etmiş və diqqətini tamamilə "Polygon" saytına cəmləşdirmişdir. O, özü ilə birlikdə "Kotaku" saytının və "The Escapist" jurnalının baş redaktorlarını – Brayn Kresente və Russ Pittsi gətirmişdir.[2] Digər heyət üzvlərinə "Joystiq" saytının idarəedici redaktoru Castin MakElroy,[5] eləcə də həftəsonu redaktoru Qriffin MakElroy və "UGO", "IGN", "MTV", "VideoGamer.com"[3][6] və "1UP.com"[7] saytlarının redaktorları daxil idi. Ben Kuçera 2013-cü ilin noyabr ayında "The Penny Arcade Report" veb-komiks layihəsi ləğv edildikdən sonra "Polygon" saytının redaktor heyətinə qoşulmuşdur.[8] "Vox Media" şirkətinin baş qərargahları Nyu-YorkVaşinqton şəhərlərində yerləşməsinə baxmayaraq, "Polygon" komandası Filadelfiya, Qərbi Virciniya, San-Fransisko, Sidney, LondonOstin kimi bir-birlərində ayrı yerlərdə fəaliyyət göstərir.[9][10] Saytın hazırlanma prosesi 10 ay davam etmişdir. Bu dövrdə qurucu heyət saytın adını, paylaşacaqları məzmunu[2] və gözdən keçirmə balının şkalasını[4] müəyyən etmişdir. "Polygon" heyəti ilkin fəaliyyətlərinə 2012-ci ilin fevral "The Verge" saytında "Vox Games" adı altında başlamışdır.[11] Bu vəziyyət həmin ilin oktyabr ayına qədər davam etmişdir.[3] Saytın adı 2012-ci ilin aprel ayında "PAX East" tədbirindəki panellərində bəyan edilmişdir.[7] Saytın adı poliqonlara – “videooyunların başlıca təməlqoyma bloku”na istinad edir.[10]

2013-cü ilin axırlarında gerçəkləşən maliyyələşdirmənin ikinci turunda yetərli pul əldə etdikdən sonra "Vox Media" şirkəti saytın “jurnal nəşri qədər televiziya proqramı” hiss verməsi üçün video məhsuluna daha çox pul yatıracaqlarını açıqlamışdır.[12] "Polygon" 2014-cü ilin iyun ayında daha az funksiyanın fəaliyyət göstərəcəyini açıqlamışdır. Buna səbəb saytın video rejissoru və video dizayneri olan Russ Pittsin saytı tərk etməsi idi.[13] 2015-ci ildə "Polygon" saytı "The Mary Sue" təsisçisi Suzanna Polonu işə almışdır. Bundan sonra sayt videooyunlardan başqa populyar mədəniyyət və əyləncə sektorunu əhatə etməyə başlamışdır. "GamesIndustry" saytı bu hadisəni “Gamergate qalmaqalı zamanı videooyun və texnologiya sahəsində tərəqqipərvər, feminist prinsipləri qəbul etmək istiqamətində dəyişən mədəni həssaslıq yaratmışdır” deyə qiymətləndirmişdir.[14]

"Vox Media" şirkəti daha sonra müəyyən videooyunlara özəl bir neçə sayt yaratmışdır. Bu saytların redaktor heyəti "Polygon" və "SB Nation" saytlarından gəlirdi. 2016-cı ilin mart ayında "League of Legends" kiberidmanı üçün nəzərdə tutulmuş "The Rift Herald"[15] və "Dota 2" kiberidmanı üçün nəzərdə tutulmuş "The Flying Courier", 2017-ci ilin iyun ayında isə "Overwatch" kiberidmanı "Heroes Never Die" saytı fəaliyyətə başlamışdır.[16] 2017-ci ilin iyul ayında Brayn Kresente "Rolling Stone" saytı olan "Glixel" üçün "Polygon" saytını tərk etmiş,[17] Kris Plante isə onun yerini almışdır.[18] 2017-ci ilin avqust ayında "Polygon" saytının video prodüseri Nik Robinson barəsindəki münasib olmayan onlayn seksual təxərrüş iddialarının gərgin vəziyyət yaratmasından sonra o, saytı tərk etməli olmuşdur.[19]

Məzmun redaktə

Biz istehsalın insani tərəfinə və insanlara diqqət ayırmaq istəyirik. Mən bizim onlara göstərdiyimiz hörməti insanların da göstərməyini istəyirəm.[c]

Castin MakElroy "Polygon" saytının redaktə strategiyası barədə danışarkən (2012-ci ilin oktyabr ayı).[4]

"Polygon" saytı videooyunlar barədə xəbərlər, gözdən keçirmələr və videolar paylaşır.[11] "Polygon" oyunlar haqda yox, oyunları hazırlayanlar haqda məqalələr paylaşaraq rəqiblərindən fərqlənməyə çalışırdı. "Polygon" hər həftə lonqrid formasında hazırlanmış məqalələr paylaşmağı planlaşdırırdı.[4] Onlar həmçinin müəyyən bir oyun yeniləndikcə ona verdikləri rəyləri dəyişdirmək qərarına gəlmişdilər.[3] Sayt "The Last of Us" videooyununa verdiyi aşağı gözdən keçirmə xalına görə tənqid olunmuşdur.[20] Buna baxmayaraq, "Polygon" oyunun yenidən işlənmiş buraxılışına yüksək gözdən keçirmə xalı vermişdir.[21] Oyunların satışa çıxarılmazdan əvvəlki və sonrakı keyfiyyətini nəzərə alan sayt buraxılış-əvvəli gözdın keçirmələri “müvəqqəti” (ing. Provisional) kateqoriyası altında paylaşır.[22] 2018-ci ilin sentyabr ayından başlayaraq sayt təqnidçilərinə daha çox azadlıq vermək üçün gözdən keçirmələrdəki xal sistemini ləğv etmiş, onun yerinə “Polygon tövsiyə edir” (ing. Polygon Recommends) sistemini gətirmişdir. Tövsiyə edilən bu videooyunlar saytın “Polygon əsasları” (ing. Polygon Essentials) adlı siyahısıma yerləşdirilir. Bu siyahıda saytın hər kəsin oynamalı olduğunu düşündüyü videooyunlar mövcud olur.

"Polygon" saytının videooyun istehsalına ayırdığı diqqəti 2013-cü ilin axırlarında daha da genişlənmiş,[12] 2014-cü ilin ortalarında isə video heyətinin itirilməsi və redaktor heyətinin daha az "jurnalabənzər" məqalələr hazırlamağa son qoymaq barədə aldığı qərar ilə zəifləmişdir.[13] 2015-ci ildən etibarən sayt sadəcə videooyunları yox, populyar mədəniyyəti də əhatə etməyə başlamışdır.[14] "Polygon" saytının "Minimap" (azərb. Mini-xəritə‎) podkastı iTunes mediapleyerində 2015-ci ilin ən yaxşılarından biri olmuş,[23] "New York" jurnalı isə saytın "Car Boys" (azərb. Avtomobil oğlanlar‎) vebserialını tərifləmişdir.[24]

Saytın flaqman podkastı olan "The Polygon Show" (azərb. Polygon şousu‎) 2017-ci ildə fəaliyyətə başlamışdır. Podkastda videooyunlar və videooyun mədəniyyəti barədə müzakirələr aparılır.[25] 2018-ci ildə podkast "The Daily Dot" saytının tərtib etdiyi “hər bir videooyun əbləhinin bilməli olduğu 10 videooyun podkastı” siyahısına daxil edilmişdir.[26] 2018-ci ilin may ayında "Polygon" "YouTube" saytında "Brand Slam" (azərb. Marka döyüşü‎) adlı bir seriyaya başlamışdır. Burada marka talismanları bir-birləriylə vuruşurlar.[27]

Dizayn redaktə

Sayt çəhrayı rəng çertyojundan istifadə edir[3] və dizaynı "The Verge" jurnalının dizaynına bənzəyir.[28] Sayt HTML5 standartlarından istifadə etmək üçün proqramlaşdırılmışdır və kompüter, planşet, eləcə də smartfon ekranlarına uyğunlaşmağı üçün adaptiv dizayna malikdir.[2] Bu, ayrı bir mobil versiyaya ehtiyac duymamaq üçün edilmişdi.[28] Saytın lonqrid jurnalistikası mobil platformalar üçün optimallaşdırılmışdı.[4]

Biznes redaktə

Sayt onlayn reklamçılığın “birbaşa məzmun sponsorluğu” modelindən istifadə edir. "Forbes" jurnalı "Vox Media" şirkətinin məzmun fermalarından və xəbər toplayıcısı taktikalarından qaçınmasının, həmçinin icmalar qurmağa göstərdiyi marağın dövründə “jurnal reklamçıları” üçün arzuolunan olduğunu yazmışdır.[2] Sayt özünün lonqrid formasındakı jurnalistikası yüksək keyfiyyətli məzmun hazırladığı sübut etmək üçün reklamçılara nümayiş etdirirdi.[4] Saytın maliyyələşdirici sponsorlarına "Geico", "Sony" və "Unilever" daxildir.[2]

2014-cü ilin iyun ayında "Comscore" tərəfindən verilən məlumata görə "Polygon" ən çox ziyarət edilən dördüncü videooyun saytıdır.[13]

Qeydlər redaktə

  1. "Vox Media" şirkətinin işçisi Bankoff keçmiş "AOL" icraçı direktoru, "Joystiq" isə "AOL" şirkətinin sahibləndiyi bir videooyun bloqu idi.[2]
  2. Lonqrid onlayn jurnalistikası o dövrdə xariqüladə idi.[4]
  3. Orijinal sitat:
    "  We want to focus on the human side of development, and focus things on people. I want people to feel the respect that we feel for them. " 

İstinadlar redaktə

  1. "polygon.com Traffic Statistics". www.alexa.com. Alexa Internet. 13 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Solomon, Brayn. "The Inside Story Of Polygon, The Verge's New Gaming Sister-Site". www.forbes.com. Forbes. oktyabr 24, 2012. 3 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 avqust 2014.
  3. 1 2 3 4 5 6 Duryee, Tricia. "Let the Games Begin: Vox Media Launches a New Site Covering Videogames". All Things Digital. oktyabr 24, 2012. avqust 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 3, 2014.
  4. 1 2 3 4 5 6 Stark, Chelsea. "Veteran Game Journalists Unite to Launch Vox's 'Polygon'". Mashable. oktyabr 25, 2012. yanvar 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 3, 2014.
  5. McElroy, Griffin. "It's a Departure". Polygon. aprel 24, 2018. iyun 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyun 25, 2018.
  6. Cullen, Johnny. "Joystiq group, Crecente to form VOX Games – details". VG247. yanvar 4, 2012. avqust 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 4, 2014.
  7. 1 2 Cullen, Johnny. "Vox Games becomes Polygon, Gera and Kollar become new staff members". VG247. aprel 6, 2012. avqust 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 4, 2014.
  8. GamePolitics Staff. "Ben Kuchera Joins Polygon". GamePolitics.com. yanvar 2, 2014. avqust 4, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 4, 2014.
  9. Associated Press. "Digital Media Hub Vox Valued at $1B as NBCUniversal Invests". Inc. avqust 13, 2015. avqust 10, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 30, 2018.
  10. 1 2 Beaujon, Andrew. "Why Polygon takes video-games journalism seriously". Poynter Institute. oktyabr 25, 2012. avqust 4, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 4, 2014.
  11. 1 2 Svişer, Kara. "On the Verge Again: Vox Media Officially Launches Into Videogames Content Arena". All Things Digital. 21 fevral 2012. 4 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  12. 1 2 Johnson, Erik. "Polygon publisher Vox Media raises $40m". MCV. Future Publishing. 16 oktyabr 2013. 4 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  13. 1 2 3 Parfitt, Ben. "Three staff cut as Polygon moves away from features and video". MCV. Future Publishing. 19 iyun 2014. 4 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  14. 1 2 Pirson, Den. "Polygon hires The Mary Sue founder Susana Polo". GamesIndustry.biz. Eurogamer. 3 mart 2015. 5 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  15. Sinkleyr, Brendan. "SB Nation, Polygon launch League of Legends site". GamesIndustry.biz. Eurogamer. 15 aprel 2016. 11 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  16. Qrent, Kristofer. "Introducing three new esports sites". Polygon. Vox Media. 7 iyun 2017. 16 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  17. Sinkleyr, Brendan. "Brian Crecente leaving Polygon". GamesIndustry.biz. Eurogamer. 11 iyul 2017. 14 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  18. "The Verge's Chris Plante to take executive editor role at Polygon". GamesIndustry.biz. Eurogamer. 1 avqust 2017. 15 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  19. Plunkett, Lyuk. "Polygon Parts Ways With Nick Robinson Following Twitter Claims". Kotaku. Univision Communications. 10 avqust 2017. 1 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  20. Ten, Nikolas. "Polygon Slammed For 7.5 Review For The Last of Us". GameRevolution. CraveOnline. 6 iyun 2013. 4 avqust 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  21. Kollar, Fillip. "The Last of Us Review: Dead Inside". Polygon. Vox Media. 5 iyun 2013. 4 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  22. Orlend, Kayl. "The spotty death and eternal life of gaming review scores". Ars Technica. 15 fevral 2015. 10 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  23. Roqoff, Andrea. "Vox Media in the News: Week of dekabr 21, 2015". marketing.voxmedia.com. Vox Media. 22 dekabr 2015. 24 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: yanvar 24, 2016.
  24. Feldman, Brayn. "Car Boys, the Hilarious Existential Horror Car-Crash Series, Is the Best Fall Show". nymag.com. New York. 14 oktyabr 2016. 23 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  25. Kohen, Deyvid. "Vox Media Will Begin Livestreaming Circuit Breaker, The Polygon Show on Twitter". www.adweek.com. 3 oktyabr 2017. 15 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  26. Nup, Cozef. "10 gaming podcasts every gaming nerd should know". The Daily Dot. 16 iyul 2018. 18 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  27. Uohl, Cessika. "Marketers' Mascots Pummel Each Other to Submission in Polygon's 'Brand Slam'". adage.com. Advertising Age. 9 may 2018. 13 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.
  28. 1 2 Hilye, Brenna. "Vox Media's Polygon now live on dedicated website". www.vg247.com. VG247. 25 oktyabr 2012. 4 avqust 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 dekabr 2018.

Xarici keçidlər redaktə

П:   Jurnalistika portalı П:   Videooyunlar portalı


Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024