Portal:Çin/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia

Portal:Çin/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Çin/Seçilmiş məqalə

Sin İmperiyası 1844-cü ildə
Sin İmperiyası 1844-cü ildə

Sin sülaləsi və ya Sin İmperiyası ( daytsin qurun, çin. sadə. 清朝, pinyin: Qīng Cháo, hərfi mənası: "Sin çao") — mancurlar tərəfindən yaradılan və idarə olunan çoxmillətli imperiya. Sonralar bütün Çin bu imperiyanın tərkibinə qatılmışdır. Ənənəvi çin tarixşünaslığına görə monarxiya üsul-idarəli Çinin sonuncu sülaləsidir. 1616-cı ildə mancur qəbiləsi Aysin Qyöro tərəfindən hazırda Şimal-Şərqi Çin regionu adlanan Mancuriya ərazisində yaradılmışdır. Yarandığı dövrdən təxminən 30 il sonra bütün Çin, MonqolustanOrta Asiyanın bir hissəsi bu imperiyanın hakimiyyəti altına keçmişdir.

Əvvəlcə sülalə mancurların öz sələfləri hesab etdikləri çjurçjenlərin qurduqları keçmiş Szin imperiyasının adına uyğun olaraq "Szin" (金 — qızıl; ənənəvi çin tarixşünaslığında "Xou Szin" 後金 — Sonuncu Szin) adlandırılmışdır. 1636-cı ildə ad dəyişdirilərək "Sin" (清 — "təmiz") qoyulmuşdur.(ardı...)


Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024