Portal:İsrail Haqqinda Melumat - Vikipedia

Portal:İsrail Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsrail portalına xoş gəlmisiniz!
ברוכים הבאים ל

Seçilmiş məqalə

İsrail Dövləti (ivr.מדינת ישראל‏‎(Medinat Yisra'el), ərəb. دولة إسرائيل‎ (Dawlat Isrā'īl)), qeyri rəsmi adı İsrail (ivr.ישראל‏‎)(ivr.מדינת ישראל ‏‎ — Asiyada dövlət. Asiya,Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, cənubunda Misir və Qırmızı dəniz yerləşir.

İsrailin paytaxtı Knessetin (İsrail Məclisi) qərarına görə Qüdsdür. Lakin BMT bu qərarı tanımır. İsraildəki böyük səfirliklərin çoxu maliyyə mərkəzi olan Tel-Əviv şəhərində yerləşir. İsrail əhalisinin çoxu yəhudi olan yeganə dövlətdir.

Uzun və dar şəkilə sahib İsrailin uzunluğu 470 km, ən geniş yeri isə 135 km-dir. Sahəsi 27.817 km²-dir. 7.282.000 nəfər əhaliyə sahib İsrail müxtəlif mədəniyyətlərə, dinlərə, xalqlar aid insanları birləşdirmişdir. Pul vahidi Yeni İsrail şekelidir. İsrail dünyada ən böyük 43-cü iqtisadiyyata sahibdir. İsrail İnsani İnkişaf İndeksinə görə Orta Şərqdə birinci, Asiyada 5-cidir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Şəxsiyyət

Frans Kafka — (alm. Franz Kafka‎; 3 iyul 1883, Praqa, Avstriya-Macarıstan3 iyun 1924, Kirlinq, Avstriya) — alman dilli, yəhudi əsilli yazıçı. Əsas əsərləri roman, roman fraqmentləri (Məhkəmə prosesi, Qəsrİtkin düşmüşlər), hekayələr və həmçinin Felise BauerMilena Yesenska ilə apardığı məktub yazışmalarından ibarətdir.

Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.

Kafka 1883-cü ildə Praqanın keçmiş qetto məhəlləsi olan Yozef rayonunda yəhudi ailəsində anadan olmuşdur. Onun atası Herman Kafka (1852-1931) cənubi Çexiyada çex dilli yəhudi icmasından çıxmışdır. Herman Kafka hələ uşaqlıqdan atasının mallarını yaxınlıqda yerləşən kəndlərə aparırdı. Sonralar o, atasının firmasının nümayəndəsi və daha sonra qalanteriya məhsulları üzrə ticarətlə məşğul olan iş adamı olur.

Yazıçının anası Yuliya Kafka (1856-1934) Podiebarddan olan varlı pivə istehsalçısının qızı idi. O, alman dilində danışmağa üstünlük verirdi. Yulia Kafka ərinə nisbətən daha yüksək savada malik idi. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarix

1994-cü il İsrail - İordaniya sülh müqaviləsiİsrailİordaniya arasında davam edən müxtəlif problemlər və torpaq anlaşılmazlıqlarını həll etmək məqsədiylə imzalanmışdır. İki ölkə arasında yaşanan problemlərə görə cəmdə 18.3 milyard dollarlıq bir itki meydana gəlmişdir. Bu sülh müqaviləsi İsrail ilə Fələstin Milli Rəhbərliyi arasında davam edən Orta Şərq Barış Müddətinin bir qolu olmuşdur. Müqavilə 26 oktyabrda Arava Vadisinin (ing. Arabah) cənub sərhədlərində imzalanmışdır. Bu müqavilə ilə İordaniya Misirdən sonra İsrail ilə əlaqələrini normallaşdıran ikinci Ərəb ölkəsi olmuşdur. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mədəniyyət

Masada (ivr.מצודה‏‎ - "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala.

Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

İdman

Makkabi (Təl Əviv)İsrailin futbol klubu 1906-cı ildə yaradılmışdır. 11 dəfə Avropa kuboklarında iştirak edib."Makkabi" 20 dəfə ölkə çempionluğunu, bir o qədər də ölkə kubokunu qazanıb. Komanda 2 dəfə Asiya kubokunun (1968/69, 1970/71), 3 dəfə İntertoto kubokunun (1992/93, 1998/99, 2008/09) qalibidir. 7 dəfə "qızıl dubl" edən "Makkabi" İsrailin aşağı divizionda oynamayan yeganə komandasıdır. Bundan əlavə, Təl-Əviv komandası ölkəsinin Çempionlar Liqasının qrup mərhələsində oynayan 2 təmsilçisindən biridir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş şəkil

Tel-Əvivdə çimərlik
 

Şəhərlər

Aforizm

" Müdrikin dilindən çıxan tənqid, axmağın dilindən çıxan tərifdən dəyərlidir. "
Yəhudi atalar sözü

Bilirsinizmi?

İsrail Silahlı Qüvvələrinin emblemi
  • Tel-Əviv 1909-cu ildə şotlandiyalı memar P.Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir.
  • 1917-ci ildə Qüds müharibəsindən sonra General Edmund Allabinin komandanlığı ilə Qüds şəhəri ingilislərin əlinə keçmişdir.
  • 1993-də imzalanan Oslo müqaviləsi İsrail-Fələstin arasında ilk üz-üzə diplomatik müqavilə olmuşdur.


Lüğət

  • Azərbaycan — אזערביידזשאן
  • su— מים
  • salam— נַקנִיק
  • mən— אני
  • idman— ספורט
  • insan— אדם
  • həyat— חיים
  • Yer— העולם
  • dondurma— גלידה

Kateqoriyalar

Əlaqəli portallar


Coğrafiya ABŞ Türkiyə İran


İsrail Vikixəbərdə  İsrail Vikisitatda  İsrail Vikikitabda  İsrail Vikimənbədə  İsrail Vikilüğətdə  İsrail Vikiversitetdə  İsrail Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Saytda 23 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024