Portal:ABŞ kinematoqrafı/Amerika kinosunun kateqoriyalaşdırılması Haqqinda Melumat - Vikipedia

Portal:ABŞ kinematoqrafı/Amerika kinosunun kateqoriyalaşdırılması Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:ABŞ kinematoqrafı/Amerika kinosunun kateqoriyalaşdırılması

— Film hər bir yaşdan olan auditoriya nümayəndəsi üçün baxmağa tövsiyə olunub. Bir qayda olaraq bu cür filmlərin süjetlərində, erotika, seks, narkotik səhnələri yoxdur, bu kateqoriyadan olaq zorakılıq səhnələri isə çox azdır.

— Azyaşlı uşaqların bu kateqoriyaya aid kinolara baxdığı zaman valideynlərin onlarla birgə iştirakı tövsiyə olunur. Bir qayda olaraq, bu kateqoriyadan olan filmlər seks və narkotik səhnələrini özündə ehtiva etmir, zorakılıq və dəhşət səhnələri isə minimum sayda olur. Lakin filmin bəzi süjet nöqtələri uşaq qavrayışı üçün qeyri-münasib ola bilər.

— Kinofilmin seyr edilməsi zamanı 13 yaşa qədər olan şəxslər ilə birlikdə valideynlərin olması vacibdir. Bir qayda olaraq, bu kateqoriyaya aid filmlərdə zorakılıq və narkotik səhnələri tez-tez müşahidə olunur, seks səhnələri isə əsasən olmur.

— Kinofilmin seyr edilməsi zamanı 17 yaşa qədər olan şəxslər ilə birlikdə valideynlərin və ya müşayiət edən böyüklərin olması çox önəmlidir. Bir qayda olaraq, bu kateqoriyaya məxsus filmlərdə "yaşlı" xarakterli materiallar saxlanılır. Həmçinin bu kateqoriyaya tez-tez zorakılıq və narkotik səhnələrini ehtiva edən kinolentlər də aid edilir.

— 17 yaşından aşağı olan şəxslərə bu kateqoriyadan olan filmlərə baxmaq məsləhət görülmür. Bu kateqoriyaya aid filmlər çoxlu sayda zorakılıq, seks səhnələri, eləcə də qeyri-normativ leksikanı özündə birləşdirir. Bununla belə, bu kateqoriyaya daxil edilmiş filmlərə "pornoqrafik və ya tərbiyəsiz" klişelərini təqdim etmək düzgün deyil.


Saytda 78 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023