Portal:ABŞ kinematoqrafı/Tarix Haqqinda Melumat - Vikipedia

Portal:ABŞ kinematoqrafı/Tarix Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:ABŞ kinematoqrafı/Tarix

  • 1892-ci ilTomas Edison tərəfindən kineskopun icad edilməsi ilə ABŞ-da kino sənayesinin yaradılması.
  • 1903-cü il — "Qatarın müthiş qarəti" adlı ilk vestrn janrında film çəkilir. Rejissor qismində Edvin Porter çıxış edir.
  • 1907-ci ilLos-Anceles şəhərində kütləvi kinoistehsala start verilir.
  • 1910-cu il — ABŞ kinostudiyaları və jurnalları vasitəsilə, kinoaktyorlar dünya şöhrətini əldə etməyə başlayırlar.
  • 1911-ci il — Hollivudda "Horlis Kentavr film kompani" adlı ilk studiyanın əsası qoyulur. Onun ardınca isə, 1915-ci ildə Karl Liml və Tomas İnsin rəhbərliyi altında digər studiyalar da yaradılır.
  • 1913-cü il — Hollivudda kino sənayəsinin yaranması
  • 1915-ci il — D.U. Qriffitin müəllif olduğu və ABŞ-da vətəndaş müharibəsindən bəhs edən "Millətin doğuluşu" adlı tarixi epopeyanın ekranlara çıxarılması.
  • 1917-ci il — ABŞ kino mühəndisləri cəmiyyətinin üzvləri tərəfindən kinoplyonkalar üçün 35 mm. formatında standart qəbul edilir.
  • 1922-ci il — Ekranlara ilk primitiv rəngli (mavi rəngi olmayan qırmızı-yaşıl qammalı plyonkalar) filmin nümayiş olunması.
  • 1924-cü il — "Metro" və "Goldwyn Pictures" şirkətlərinin birləşməsi və vahid "Metro-Goldwyn-Mayer" şirkətinin təsis olunması.
  • 1927-ci il — Nyu Cersi ştatının Pennsauken şəhərində ilk açıq səma altında kinoteatrın açılış mərasimi təşkil olunur.
  • 1928-ci il — Uolt Disney "Villi paroxodu" adlı ilk cizgi filmini ekranlaşdırır (cizgi filmin baş qəhrəmanı Mikki Maus olur).
  • 1929-cu il — Hollivudun tanınmış "Roosevelt" otelində ilk "Oskar" mükafatının təqdimolunma mərasimi keçirilir.
  • 1932-ci il — İlk dəfə Uolt Disney tərəfindən multiflikasiya filmində tətbiq olunan "Texnikolor" adlı üçrəngli texnologiya tərtib olunur.
  • 1934-cü il — "La Cucaracha" adlı ilk tamrəngli qısametrajlı filmin ekranlarda nümayiş olunması.
  • 1934-cü il — Erməni əsilli amerikalı rejissor Ruben Mamulyan "Bekki Şarp" adlı ilk tammetrajlı və rəngli film ekranlaşdırır.
  • 1937-ci il — Uolt Disney davametmə müddəti 82 dəqiqə olan "Ağbəniz və yeddi cırtdan" adlı ilk tammetrajlı cizgi filmini ekranlaşdırır.
  • 1939-cu il — Geniş ekranlara "Küləklə sovrulanlar" və "Öz ölkəsinin sehrbazı" adlı Hollivudun iki möhtəşəm filmi çıxarılır.
  • 1941-ci il — Ekranlara kino sənəti üçün önəmli va novator addım hesab edilən rejissor Orson Uellsin "Vətəndaş Keyn" filminin çıxarılması.
  • 1941-ci il — ABŞ-da kommersiyalı üçölçülü (stereo) kino və genişekranlı sineskop istifadəyə verilir.
  • 1980-ci il — Mühüm filmlərin əksəriyyəti "Dolby" stereosistemlərinin köməyi ilə yaradılmağa başlayırlar.
  • 2010-cu il — Ceyms Kemeronun məşhur "Avatar" filmi ekranlarda nümayiş olunur. Filmdə tətbiq olunan 3D texnologiyaları, daha sonrakı illərdə yaradılmış digər kino- və teleproqramlarda geniş şəkildə istifadə olunur.

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024