Portal:Anarxizm Haqqinda Melumat - Vikipedia

Portal:Anarxizm Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Anarxizm portalına
xoş gəlmisiniz!

Seçilmiş məqalə

Anarxizmin rəmzi

Anarxizmin (q.yun. αναρχω – qüdrətsiz) əsas xüsusiyyətləri özünü dövlətə münasibətdə göstərir. Bu cərəyana özlərini aid edən insanlar üçün dövlət şər mənbəyidir (zülm, müharibələr, repressiyalar, sosial parazitizm) və sosial münasibətlərin radikal şəkildə mükəmməlləşdirilməsinin yolu dövlətin dağıdılmasından və ləğvindən keçir. Anarxistlər siyasi mübarizə vasitəsi olan partiya, təşkilatlar və s. qurumlara neqativ münasibət bəsləyirlər. Anarxistlər "birbaşa təsir" taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş birbaşa kütləvi aksiyalarına, həmçinin "ölümlə təbliğat"a – terrorçuluğa çox ciddi əhəmiyyət verirlər. Anarxizm – siyasi mübarizə səviyyəsinə yüksəlmiş fərdi qiyamdır.

Anarxizmə onun cəmiyyətə təsirini və yayılmasını məhdudlaşdıran bəzi çatışmazlıqlar xasdır; bunlar mövcud ictimai institutlara və dövlətə alternativlər haqqında qeyri-müəyyən və utopik baxışlar, eyni zamanda, həddən artıq fərdiyyətçilik, nizamsızlıq, təşkilati zəifliklərdir. Lakin müasir cəmiyyətdə siyasi və sosial strukturların özündə belə hər zaman anarxik proqram və fəaliyyətləri qəbul edəcək və onlara meyillilik yaradacaq səbəblər və şərtlər mövcuddur; belə ki, həddən artıq bürokratizm bir çox hallarda dövlət əleyhinə əhval-ruhiyyənin geniş yayılmasına səbəb olur. Sosial və siyasi bərabərsizliyin mövcudluğu isə mülkiyyətin yenidən bölüşdürülməsi istəyinin güclənməsinə səbəb olur. İctimai davranışın sərtliyi və cəmiyyətdəki mühafizəkarlığın bir çox insanlar, xüsusilə də gənclər arasında kortəbii etirazlara səbəb olur və fərdi azadlıqlar uğrunda anarxist mübarizə meylini gücləndirir.

Anarxizmin əsas ideyası, iyerarxik bir qurumun - dövlət, din, patriarxat quruluş ya da iqtisadi elitalar - lazımsız olmaqdan əlavə daxili olaraq insanın bacarığının maksimallaşdırılmasına bir maneə olduğu fikridir. Anarxistlər ümumiyyətlə insanların özlərini yaradıcılıq, birgə iş və qarşılıqlı hörmət təməllərində idarə edə bilmə bacarığına sahib olduqlarına inanırlar. Gücün daxili olaraq zərər verici olduğuna və iqtidardakıların qaçınılmaz olaraq öz mənfəətləri ilə maraqlandıqlarına və özlərini seçənlərin yaxşılığından çox öz güclərini artırmağı hədəflədiklərinə inanırlar. Anarxistlər ümumiyyətlə əxlaqın fərdi bir məsələ olduğuna və ABŞ konstitusiyası kimi sekulyar qanunlar ya da dini bir nüfuz tərəfindən diktə edilmiş qanunlar olmasından çox, digər fərdlər və cəmiyyətin yaxşılığı üçün sahib olduqları marağa söykənməsi lazım olduğuna inanırlar. Anarxist fəlsəfələrin çoxunda hər fərdin öz davranışlarından məsul olduğu ifadə edilir. Patriarxal idarə şəklinə əsaslanan idarəçilər, insanları özləri üçün düşünmək və davranmaqdan çəkindirərək, elita zümrənin onların yerinə qərar verdiyi və ehtiyaclarını qarşıladığı bir sistemi diktə edir; bu da insanlığını itirmiş bir sürünü yaradır. Hakimiyyət özünü haqsız yerə, ən fundamental fərdi əxlaqi qərarların alınmasında belə ən son hakim olaraq qəbul edəndə, məsələn nə üçün öldürülə biləcəyi ya da nə üçün ölməyə dəyər olduğu kimi mövzularda (məcburi əsgərlik və abortda olduğu kimi), insan azadlığı ölçülməz şəkildə məhdudlaşdırılmış olur. Məqaləni oxu...

Görkəmli şəxsiyyət

Maks Ştirner (alm. Max Stirner‎), əsl adı Yohan Kaspar Şmidt; d. 25 oktyabr 1806, Bayroyt, Almaniya - ö. 26 iyun 1856, Berlin) — alman filosofu olmuşdur.O əsasən nihilizmin ,ekzistensializmin, postmoderizmin,və anarxizmin ən əsas anarxo-individualizmin öndərlərindən biri olaraq görülür.Ştirnerin əsas əsəri Eqo və mülkiyyətdir.Bu əsər ilk dəfə 1845-ci ildə Leypsiqdə dərc olunub və həmin dövrdə müxtəlif nəşrlərilə tərcümələri günümüzə qədər nəşr olunur.

Maks Ştirner Bayroyt,Bavariada doğulmuşdur.Onun həyatı haqqında Şotlandiyada doğulan alman yazıçı Con Henri Mekkey 1898-ci ildə Almaniyada nəşr elətdirdiyi Maks Ştirnerin bioqrafiyası əsərində(Max Stirner – sein Leben und sein Werk) yazıb.Maks Ştirner nəfəs alətləri ustası olan atası Albert Christian Heinrich Schmidt (1769–1807) və əczaçı olan anası Sophia Elenora Reinlein'ın (1778–1839) tək övladı idi. Atası 19 aprel 1807-ci ildə 37 yaşında vərəmdən vəfat edib.Onun anası maddi çətinliklər səbəbindən Heynrix Ballersted adındakı əczaçı ilə evləndi və onlar qərbi Prussiyanın Kulm şəhərində(indiki Polşa ərazisi) yerləşdilər.Həkimlər, Maksın anasının ruhu sağlamlığı üçün hava dəyişməyini təklif etmişdilər. O da yeni həyat yoldaşı ilə birlikdə Şimali Almaniya bölgəsinə getməyə qərar verir. Anası Maksı qohumlarına tapşırır. Maks ilk dəfə idi ki, ailəsindən uzaqda tək qalmışdı.

Yohan Kaspar, orta məktəb və liseydə müəllimi Hegelçi Georg Andreas Gablerin çalışqan tələbəsi olur. Liseyi bitirdikdən sonra Berlinə gedir və Hegelin yanında fəlsəfə, filologiya və teologiya oxuyur(1826-1828). 1928-ci ildə Berlindən ayrılıb Erlangenə gedir və burada bir semestr fəlsəfə oxuduqdan sonra dörd ilə qədər Almaniyanı gəzmək üçün təhsilinə ara verir. Qohum ziyarətləri istisna olmaqla hara getdiyi, harada qaldığı, kiminlə olduğu, nə iş gördüyü bəlli deyildi. Məqaləni oxu...


Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023