Portal:Anime və manqa Haqqinda Melumat - Vikipedia

Portal:Anime və manqa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Redaktə 
Anime və manqa portalı

Anime (アニメ?) — yapon animasiyası. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzlər var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). "Anime" sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.

Manqa (漫画, マンガ?) — yapon komiksləri. Günümüzdə mövcud olan manqa forması İkinci dünya müharibəsindən sonra inkişaf etməyə başlamışdır. Manqaya qərb ənənələri çox təsir etmişdir, lakin qədim yapon incəsənətinin qədim köklərini özündə saxlamağa davam edir.

Yaponiyada bütün yaşdan olan insanlar manqa oxuyur, o həm təsviri incəsənət, həm də bədii ədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də ən müxtəlif janrlarda və müxtəlif mövzulara aid çoxlu sayda əsərlər mövcuddur: macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, dəhşət, erotika, biznes və s. 1950-ci ildən etibarən manqa yapon mətbəələri üçün böyük bir sahəyə çevrilir və dünyanın digər yerlərində də məşhurlaşır.

Redaktə 
Seçilmiş məqalə

Seylor Mun (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn?, orijinal tərcüməsi Gözəl Qoruyucu Seylor Mun və daha sonra Gözəl Qoruyucu Seylor Mun)yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō?) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi?) komandasına başçılıq edir.

Redaktə 
Seçilmiş şəxs

Risa Oribe (織部 里沙, Oribe Risa?) və ya səhnə adı ilə LiSA (Love is Same All ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır.

LiSA-nın mahnıları "Sword Art Online""Fate/Zero" kimi bir çox anime seriallarında səsləndirilmişdir. Onun sinqlları Oricon-un həftəlik sinqllar çartının ilk onluğunda yer almışdır. "Crossing Field" sinqlı Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya, "Oath Sign" sinqlı isə qızıl sertifikasiya almışdır.

Redaktə 
Seçilmiş siyahı

Fate/Zero (フェイト/ゼロ, Feito/Zero?, azərb. Tale/Sıfır‎) Ufotable animasiya studiyası tərəfindən eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialının rejissorluğunu Ey Aoki etmişdir, ssenarini isə Akira Hiyama və Akihiro Yoşida yazmışdırlar. Personajların ilkin dizaynlarını Takaşi Takeuçi hazırlamış, Atsuşi İkariya və Tomonori Sudo orijinal dizaynlardan istifadə edərək anime üçün personajları dizayn etmişdirlər. Musiqi Yuki Kaciura tərəfindən bəstələnmişdir. Anime serialı Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanında baş verən hadisələrin 10 il əvvəlidir: yeddi ustanın və yeddi xidmətçinin Fuyuki şəhərində ortaya çıxacaq Müqəddəs qədəhi qazanmaq üçün qatıldıqları Dördüncü Müqəddəs qədəh müharibəsindən bəhs edir.

Eyniadlı ranobe əsasında anime serialının çəkiləcəyi "Young Ace" jurnalının 2011-ci il fevral buraxılışının reklamı vasitəsilə anons edilmişdir. "Fate/Zero"-nun istehsalında AniplexNitroplus da iştirak etmişdir.

Redaktə 
Seçilmiş şəkil
Manqada emosiyaların göstərilməsi
Redaktə 
Seçilmiş personaj

Pikaçu (ピカチュウ, Pikatyu?); ing. Pikachu) — NintendoGame Freak-ə məxsus olan oyun seriyası, manqa və anime olan "Pokemon"da yer alan personaj. Uydurma kainatın xüsusi pokemon canlılarından biri olan Pikaçu oyun dizayneri Suqimori Ken və Game Freak yaradıcılıq komandası tərəfindən yaradılmışdır və ilk dəfə "Pokémon Red və Blue" video oyunlarında ortaya çıxmışdır və daha sonra sonrakı oyunlarında iştirak etmişdir. Pikaçu ən çox tanınan və məşhur pokemonlardan biridir, o franşizin rəsmi talismanı kimi son illərdə isə Yapon pop mədəniyyətinin ikonasına dönmüşdür.

Pikaçu Piçu pokemonundan yaranıb və təkamül nəticəsində Rayçu pokemonuna çevrilə bilər. Uydurma pokemon dünyasında Pikaçu adətən evlərdə, meşələrdə, dərələrdə, bəzi zamanlar dağlarda və adalarda, həm də elektrik stansiyalarda yayılmışdır. Elektrik növü pokemon olaraq, Pikaçu yanaqlarında elektrik saxlayır və lazımlı hallarda onun köməyi ilə hücum edə bilir.

Redaktə 
Bilirsinizmi...
Redaktə 
Mövzular
Ümumi

Anime və manqa fanatları • Anime-festival • Anime sənayesi • Kospley • Docinşi • Anime tarixi • Manqa tarixi

Auditoriyaya görə

Kodomo • Cosey • Seynen • Şonen • Şoco

Janrlar

Eççi • Harem • Maho-şoco • Mexa • Yaoy • Yuri • Hentay

Siyahılar

Anime şirkətləri • Anime-festivallar • Anime & manqa video oyunları • Bestseller manqalar • Ən uzun davam edən animemanqa seriyaları • Manqa jurnalları

Redaktə 
Vikilayihələr
Redaktə 
Seçilmiş məzmun

Seçilmiş məqalələr:

Featured article Seylor Mun
Featured article Steins;Gate
Featured article Shojo Beat
Featured article Angel Beats!
Featured article Söz bağçası
Redaktə 
Əlaqəli portallar
Redaktə 
Vikimedia

Anime

Vikisitatda anime     Vikikitabda anime     Vikimənbədə anime     Vikilüğətdə anime     Vikianbarda anime
Sitatlar Kitabçalar & Mətnlər Mətnlər İzahlar Şəkillər & Media

Manqa

Vikisitatda manqa     Vikikitabda manqa     Vikimənbədə manqa     Vikilüğətdə manqa     Vikianbarda manqa
Sitatlar Kitabçalar & Mətnlər Mətnlər İzahlar Şəkillər & Media

Serverin keşini təmizlə


Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025