Portal:Azərbaycan kino sənəti/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia

Portal:Azərbaycan kino sənəti/Seçilmiş məqalə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Azərbaycan kino sənəti/Seçilmiş məqalə

Bəxtiyar1955-ci ildə çəkilmiş Azərbaycan filmi. Film üç dostun Bəxtiyar (Oqtay Əfəndiyev), Saşa (Lyuba Belıx) və Yusifin (Nazim Yüzbaşov) hələ uşaq ikən professor Rəcəbovun (Məmmədrza Şeyxzamanov) bağına alma oğurluğuna girmək planları ilə başlayır. Uşaqlar qərara gəlir ki, Bəxtiyar yaxşı səsi olduğundan daş hasarın üstünə çıxıb oxusun və professor Rəcəbovun başını qatsın. Onlar isə fürsətdən istifadə edib almaları yığsınlar. Bəxtiyar hasarın üstündə başlayır oxumağa. Bunu eşidən professor cəld bayıra çıxıb Bəxtiyarı tutur və evinə gətirir. Onun səsinə valeh olan professor "Xanəndə olmaq istəyirsən" deyə soruşur? "Heç məndən xanəndə olar" deyə Bəxtiyar suala sualla cavab verir. Beləliklə professorla Bəxtiyarın tanışlığı belə baş verir. Professor biləndə ki, uşaqlar almaları yaralı əsgərlər üçün yığırlarmış səxavət göstərib özü onlara çoxlu alma verir. (...Daha ətraflı)


Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024