Portal:Azərbaycan tarixi Haqqinda Melumat - Vikipedia

Portal:Azərbaycan tarixi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Portal:Azərbaycan tarixi

Azərbaycan tarixi portalına
xoş gəlmisiniz!
redaktə  

Dövlət

Eldənizlər yaxud Azərbaycan Atabəyləri — Sülalənin əsasının qoyulması Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslan şahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq elə keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, ƏrzurumMarağa torpaqlarını əhatə edirdi.

(Məqaləni oxu...)

redaktə  

Şəxsiyyət

Mir Cəfər Bağırov - Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi (193312 iyul 1953); Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (oktyabr 1932 – dekabr 1933; aprel-iyul 1953); General-polkovnik. Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur.

İlk təhsilini mollaxanada almışdır. 1907-ci ildə Quba şəhərindəki ibtidai məktəbə daxil olmuşdur. Məktəbi müvəffəqiyyətlə bitirən Mircəfər təhsilini Quba Ali ibtidai məktəbində davam etdirir. 1913-cü ildə məktəbi bitirib, Quba ziyalılarının topladığı pulla Petrovski (Mahaçqala) şəhərinə gedərək Petrovsk 2 illik pedaqoji kursuna (rus dili müəllimliyi) daxil olmuşdur.

(Məqaləni oxu...)

redaktə  

Abidə

Göy məscidTəbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri. XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. QaraqoyunluAğqoyunlu hökmdarları – Cahanşah Həqiqi (14381467), Uzun Həsən (14531478) və Sultan Yaqub (14781490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər.

Böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi, yüksək təhsilli hakim və incəsənət hamisi olan Cahanşah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazırdı. Cahanşahın tikdirdiyi çoxsaylı gözəl binalar sifarişçinin bədii fəallığını və incə zövqünü yaxşı əks etdirir. Bu abidələrin çoxunun adı türk alim–səyyahı Övliya Çələbinin (XVII əsr) kitabından bəllidir. O, Təbrizin ən yaxşı tikililərini sadalayaraq onlardan bir neçəsinin də adını çəkir – "Cahan şah imarəti", "Cahan şah hamamı", "Cahan şah karvansarası", "Cahan şah binası" – və qeyd edir ki, "Təbrizdə ən böyük mədrəsə Cahan şah mədrəsəsidir".

(Məqaləni oxu...)

redaktə  

Hadisə

Rusların Qafqaz ekspedisiyaları - rusların 864-1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 913-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü.

943-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi. Dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu.

(Məqaləni oxu...)

redaktə  

Yaşayış məntəqəsi

Şirvan - Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı.

Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyə Kürdüstanında, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir. Şirvan adının etimologiyasının müxtəlif yozumları (şirlər diyarı, süd ölkəsi, Ənuşirəvanın adının qısaldılmış forması və s.) məlumdur. Ən çox diqqət edilən isə Şirvan sözünün şir, yaxud şər tayfasının adından törəməsi ehtimalını irəli sürən V.F.Minorskinin fikridir. O, həmçinin yazır: "Şirvan adını Şərqi Qafqazın bir sıra yerlərinə Xəzərin cənub sahillərindən (Gilan, Deyləm) köçüb gələnlərin köhnə məskənləri ilə bağlılığını göstərən adlar sırasına daxil etmək mümkündür".


(Məqaləni oxu...)

redaktə  

Seçilmiş şəkil

Rus rəssamı Qriqori Qaqarinin Sərdarabad qalası yaxınlığında kürdlər və tatarlar (Azərbaycan türkləri) arasında toqquşmanı təsvir edən əsəri.

(Digər şəkillər...)

redaktə  

Seçilmiş tərkib

redaktə  

Kateqoriyalar

Azərbaycan kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "+" klikləyin:
redaktə  

Şablon

redaktə  

Əlaqəli portallar

Azərbaycan tarixi Vikixəbərdə  Azərbaycan tarixi Vikisitatda  Azərbaycan tarixi Vikikitabda  Azərbaycan tarixi Vikimənbədə  Azərbaycan tarixi Vikilüğətdə  Azərbaycan tarixi Vikiversitetdə  Azərbaycan tarixi Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar

Ən Son Axtarılanlar

Fayl:Parliamentary_vs._party_government_(microform)_-_an_address_delivered_at_the_opening_of_Queen's Fayl:Procuremazt_integrity_in_contingazcy_operations-_a_case_study_of_Army_Contracting_Officer_coren Fayl:Green_list_-_wholesale_price_list_to_the_trade_(IA_greenlistwholesa1934vaug).pdf Fayl:Safety_azles_for_the_installation_and_maintenance_of_elecruic_supply_stations-_comprising_part_ Fayl:Exploring_the_Position_of_Community_Health_Cazters-_Increasing_Health_Care_Coverage_and_Access_ Fayl:Handbook_of_physiology,_for_students_and_practitioners_of_medicine_(IA_handbookofphysio00flinri Fayl:A_course_of_fifteru_lectures_on_medical_botany_-_druominated_Thomson's_new_theory_of_medical_pr Fayl:The_complete_poems_of_Dr._Hazry_More_(1614-1687)_For_the_first_time_collected_and_edited-_with_ Fayl:Plan_of_work_for_cooperative_hydrology_investigations_-_1985_-_Bureau_of_Land_Managemazt_ Fayl:Standard_Referazce_Materials_-_The_NIST_traceable_referazce_material_program_for_gas_standards_ Fayl:Forest_Products_Laboratory_list_of_publications_on_the_growth,_senucture,_and_identification_of Fayl:A_synopsis_of_modern_medical_jurisprudtrce_-_anatomically,_physiologically,_and_fortrsically_il Fayl:Message_from_the_Presidtrt_of_the_United_States_(i.e._Madison),_transmitting_a_letter_from_the_ Fayl:Principles_and_methods_of_orthodontics;_an_inruoductory_study_of_the_art_for_studruts_and_pract Fayl:Mistakes_of_the_local_governmazt_board_and_of_other_"Authorities"_in_poor_law_adminisazation;_b Fayl:The_fenit_gardaz_-_a_treatise_intazded_to_explain_and_illustrate_the_physiology_of_fenit_trees, Anyuya_Milli_Parkı Fayl:30_St_Mary_Axe_-_The_Gherkin_from_Leadenhall_St_-_Nov_2006.jpg Azərbaycan_Xalq_Cümhuriyyəti_Parlamrutində_Bitərəflər_fraksiyası Fayl:Report_to_the_Local_Government_Board_on_the_indusenial_enaining_of_girls_in_the_separate_and_di
Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024